Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2347/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “cavabdehin 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunun ləğv edilməsi, mərhum anası X2 Zərdab rayonu Gəlmə kəndində, zamanında Karl Marks adına kolxozun 10 oktyabr 1995-ci il tarixli 04 nömrəli müvəkkillər iclasının qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 010 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsə olaraq onun adına yeni çıxarışın verilməsi və xx.xx.2024-cü ildə (********** saylı) verdiyi ərizəsini 7 ay müddətinə icrasız saxlamaqla qanun pozuntusuna yol verdiyinə görə cavabdehin Zərdab rayon ofisinin rəhbəri olmuş Ceyhun bəyin hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunun ləğv edilməsi, mərhum anası X2 Zərdab rayonu Gəlmə kəndində, zamanında Karl Marks adına kolxozun 10 oktyabr 1995-ci il tarixli 04 nömrəli müvəkkillər iclasının qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 010 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsə olaraq onun adına yeni çıxarışın verilməsi və xx.xx.2024cü ildə (********** saylı) verdiyi ərizəsini 7 ay müddətinə icrasız saxlamaqla qanun pozuntusuna yol verdiyinə görə cavabdehin Zərdab rayon ofisinin rəhbəri olmuş Ceyhun bəyin hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, iddiaçının anası X6i xx.xx.2013-cu ildə vəfat etmiş, bu barədə ölüm faktını Zərdab Rayon Qeydiyyat şöbəsi 22 May 2013-cu il tarixində təsdiq edərək AZ-İN 620525 saylı Ölüm haqqında Şəhadətnamə tərtib etmişdir. AR-sı Ədliyyə Nazırliyi Zərdab rayon Ofisi xx.xx.2023-cu il tarixli 37 saylı məktubunda DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi idarəsinə məktub yazaraq, İddiaçı xx.xx.2013-cu ildə vəfat etmiş X2 qanuni vərəsəsi olması faktını təsdiq etmişdir. X1, Zərdab rayonunun Gəlmə kəndi ərazisində 0 10 ha həyatyanı torpaq sahəsi vardır. Həmən torpaq sahəsinə mərhum X4 xx.xx.1996-cl il tarixində 417 invertar nomrəli «Reqistrasionnoye Udostoverenie» həmçinin «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin «Texniki Pasportunu» iyun 2000-ci ildə almışdır. Zamana gorə səlahiyyətli idarələr yalnız bu kimi sənədlər tərtib edib verirdi. Sözügedən torpaq sahəsi və onun üzərində olan 2 otaqlı yaşaylş evi üçün yeni nəsil «Çıxarış » almaq üçün xx.xx.2024-cu il tarixində topladığı sənədləri ərizə ilə birgə cavabdehin Zərdab şəhərində olan ofisinə təqdim etmişdi. Ərizənin ofis qeydiyyat N-si ********** olmuşdur. Uzun zaman kəsiyindən və dəfələrlə yerli ofisə müraciətlərindən sonra nəhayət xx.xx.2024-cu il tarixində, 7 ay sonra, ünvanlanan 3- 21-3-36/2-3894/2024 saylı imtina məktub gondərilmişdir. Cavabdeh X1 adında olan daşınrnaz əmlakın təkrarən yenidən qeydiyyatına imtina vermişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənəd məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. 417 inventar nömrəli 2000-ci il tarixli Fərdi yəşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surəti.
2. A.R.Daşınmaz əmlakın Dövlət reystri xidməti Rəisinin Müavininin xx.xx.2009-cu il tarixli RX/03/05-515 nömrəli məlumat xarakterli məktubu.
3. .Zərdab rayonundakı Sabiq K.Marks adına kolxozun müvəkkillər yığıncağının xx.xx.1995-ci il tarixli 04 Nö-lı iclas protokolunun surəti.
4. Cavabdehin xx.xx.2025-ci il tarixli 3- 21 3 36/2 30/2025 saylı imtina məktubu
5. ..Zərdab Rayonu Gəlmə bələdiyyəsinin Elektron xəritəsindən çıxarışın surəti
6. .Zərdab rayon X9 icraiyyə komitəsi sədrinin Azərbaycan SSr Nazirlər soveti sədrinin müavini Əlış Lənbəranskiyə rayon vətəndaşlarının Fərdi yaşayış evlərinə hüquq müəyyən edici sənədlərin verilməsində kı, problem barəsində 23 05.1986-cı ıl tarixli 03/923 saylı məktubun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi X5 adına verilmiş A seriyalı 189971 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstdə düşən 340 kv.m hissədə mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın yuxarıda qeyd olunan hissədə mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının vəkili məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir: “cavabdehin 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunun ləğv edilməsi” “iddiaçının mərhum anası X2 Zərdab rayonu Gəlmə kəndində, zamanında Karl Marks adına kolxozun 10 oktyabr 1995-ci il tarixli 04 nömrəli müvəkkillər iclasının qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 010 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsə olaraq onun adına yeni çıxarışın verilməsi” “xx.xx.2024-cü ildə (********** saylı) verdiyi ərizəsini 7 ay müddətinə icrasız saxlamaqla qanun pozuntusuna yol verdiyinə görə cavabdehin Zərdab rayon ofisinin rəhbəri olmuş Ceyhun bəyin hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi”. Məhkəmə tələbin “cavabdehin 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunun ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən məktub isə halkimiyyət tədbiri olmamaqla yanaşı məlumat xarakterli bir sənəddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubu inzibati akt hesab edilmədiyindən onun ləğv olunmasına inzibati məhkəmə icraatında baxıla bilməz. İddianın “iddiaçının mərhum anası X2 Zərdab rayonu Gəlmə kəndində, zamanında Karl Marks adına kolxozun 10 oktyabr 1995-ci il tarixli 04 nömrəli müvəkkillər iclasının qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 010 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsə olaraq onun adına yeni çıxarışın verilməsi” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Bununla bağlı ilk növbədə ölmüş şəxsin vərəsələrinin dairəsi müəyyən olunmalı və vərəsə hesab olunan sözügedən arayışın verilməsi ilə bağlı inzibati orqana müraciət etməlidir. Hazırkı halda iddiaçının belə bir müraciəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “cavabdehin 3-21-36/2- 30/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunun ləğv edilməsi, mərhum anası X2 Zərdab rayonu Gəlmə kəndində, zamanında Karl Marks adına kolxozun 10 oktyabr 1995-ci il tarixli 04 nömrəli müvəkkillər iclasının qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 010 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsə olaraq onun adına yeni çıxarışın verilməsi və xx.xx.2024-cü ildə (********** saylı) verdiyi ərizəsini 7 ay müddətinə icrasız saxlamaqla qanun pozuntusuna yol verdiyinə görə cavabdehin Zərdab rayon ofisinin rəhbəri olmuş Ceyhun bəyin hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev