Məhkəmə qərarları › İş №2-1(116)-2348/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2348/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2348/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2348/2023 nömrəli qərardadı ilə cavabdehin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 03 may N68-ci il tarixdə həqiqi hərbi xidmət keçmək üçün çağırılmış və 18 may N68-ci ildən 6 iyun N70-ci il tarixə kimi keçmiş SSRİ-nin N saylı hərbi hissəsində sıravi sürücü kimi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi N saylı hərbi hissə N avqust N68-ci ildən 12 noyabr N68-ci ilədək keçmiş Çexoslovakiya Respublikasının ərazisində yerləşdirilmişdir. Hərbi hissənin xidmət kitabçasında göstərilmişdir: «N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam döyüş hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini keçmək və qardaş Çexoslovakiya xalqına sosializmin müdafiəsində kömək etmək əmri verildi». Bundan başqa hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində göstərilmişdir: Zabitlər, serjantlar və əsgərlər qardaş Çexoslovakiya xalqına daxili əksinqilabi qəsdlərdən müdafiə üçün mərdlik və ləyaqətlə kömək göstərirlər. xx.xx.N68-ci il tarixli N saylı əmrdə isə hərbi hissənin şəxsi heyətinin özünün vətənpərvərlik və beynəlxalq borcunu şərəflə yerinə yetirməsi göstərilmişdir. SSRİ Müdafiə Nazirinin əmri ilə bütün şəxsi heyətə təşəkkür elan edilmişdir. Göründüyü kimi məhkəməyə təqdim etdiyi sənədlərdə onun Çexoslovakiya Respublikasının ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etməyi təsdiq olunur. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə ərizə ilə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sonuncu dəfə 20N-cu ildə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır". “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, bu iş üzrə iddia müddəti ötürüldüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli A/3234 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli məktubuna əlavə olunmuş, Rusiya Federasiyası Ədliyyə Nazirliyi "xxxx" X1 Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq idarəsi müdirinə ünvanlamış Rusiya Federasiyası MN Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli xx/xx-6960 №-li məktubundan görünür ki, N49-cu il təvəllüdlü İddiaçı hərbi xidmət keçməsi məsələsi ilə bağlı məlumatların tələb edilməsi haqqında sorğuya görə o, 3 may N68-ci il tarixində Azərbaycan MSSR Mingəçevir ŞHK tərəfindən orduya çağırılıb. 18 may N68-ci ildən (120 №-li əmr) 6 iyun N70-ci il tarixinə kimi (133 №-li əmr) N saylı sahə poçtu hərbi hissəsində motoatıcı alayının sürücüsü vəzifəsində “siravi” hərbi dərəcəsində həqiqi təcili hərbi xidmət keçmişdir. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 834301 s, iş 1, vərəq 2 ob; siyahı 950128, iş 9, vərəq 43 ob. N avqust N68-ci ildən 12 noyabr N68-ci il tarixədək ÇSSR ərazisində N saylı sahə poçtu hərbi hissəsində yerləşdirilib. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 820209s, iş 2, vərəqlər 133, 150, siyahı 980817, iş 1, vərəqlər 77, 79v. N saylı sahə poçtu hərbi hissəsinin N68-ci illər tarixi üzrə xidmət kitabçasında deyilir: N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini keçmək və sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək əmri verildi”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 980817, iş 1, vərəq 227. N saylı sahə poçtu hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində deyilir: “...zabitlər, çavuşlar və əsgərlər cəsarət və ləyaqətlə qardaş Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək edirlər”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 932520, iş 4, vərəq 144. imza var, Möhür var, Ştamp var N saylı sahə poçtu hərbi hissə komandirinin N noyabr N68-ci il tarixli N saylı əmrində deyilir: “...Hissənin şəxsi heyəti vətənpərvərlik və milli borcunu şərəflə yerinə yetirir”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 932520, iş 4, vərəq 186. SSRİ Müdafiə Nazirinin 17 oktyabr N68-ci il tarixli 242 nömrəli əmrinə görə Çexoslovakiyada sosialistik fəthlərin müdafiəsi üzrə milli borcunu yerinə yetirməkdə iştirak edən bütün şəxsi heyətə tapşırıqların mükəmməl icrasına görə minnətdarlıq elan edildi. Ad siyahısı əlavə edilməyib. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 2, siyahı A-49335, iş 17, vərəqlər 413-414. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci hissəsinin ikinci abzasına əsasən başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən Müharibə veteranı adı verilir. İstinad olunan Əsasnamənin 2-ci hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir İş materiallarından görünür ki, iddiaçı, 3 may N68-ci il tarixində Azərbaycan MSSR Mingəçevir ŞHK tərəfindən orduya çağırılmış, 18 may N68-ci ildən - 6 iyun N70-ci il tarixinə kimi N saylı sahə poçtu hərbi hissəsində motoatıcı alayının sürücüsü vəzifəsində “siravi” hərbi dərəcəsində həqiqi təcili hərbi xidmət keçmişdir. Rusiya Federasiyası Ədliyyə Nazirliyi "xxxx" X1 Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq idarəsi müdirinə ünvanlamış Rusiya Federasiyası MN Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli xx/xx-6960 №-li məktubu ilə müəyyən edilir ki, o, N avqust N68-ci ildən 12 noyabr N68-ci il tarixədək ÇSSR ərazisində N saylı sahə poçtu hərbi hissəsində yerləşdirilmişdir. N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam hazırlıq vəziyyətinə gətirilmiş və ÇSSR-in dövlət sərhədini keçmək və sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək əmri verilmişdir. N saylı sahə poçtu hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində göstərilmişdir ki, “...zabitlər, çavuşlar və əsgərlər cəsarət və ləyaqətlə qardaş Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək edirlər”. Həmçinin N saylı sahə poçtu hərbi hissə komandirinin N noyabr N68-ci il tarixli N saylı əmrində “...Hissənin şəxsi heyəti vətənpərvərlik və milli borcunu şərəflə yerinə yetirir” qeydi öz əksini tapmış, SSRİ Müdafiə Nazirinin 17 oktyabr N68-ci il tarixli 242 nömrəli əmrinə görə Çexoslovakiyada sosialistik fəthlərin müdafiəsi üzrə milli borcunu yerinə yetirməkdə iştirak edən bütün şəxsi heyətə tapşırıqların mükəmməl icrasına görə minnətdarlıq elan edilmişdir. Beynəlxalq humanitar hüquqa görə beynəlxalq silahlı münaqişə müharibənin elan olunub olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb tanımamasından asılı olmayaraq iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişədir. Nəzərə alınmalıdır ki, iddiaçının iştirak etdiyi hərbi münaqişə - N avqust N68-ci ildə başlanan və “Dunay əməliyyatı” adlanan https://az.wikipedia.org/wiki/Var%C5%9Fava_M%C3%BCqavil%C9%99si_T%C9%99%C5 %9Fkilat%C4%B1X2 qoşunlarının Çexoslovakiyaya daxil olması və işğalı ilə nəticələnmiş beynəlxalq silahlı münaqişə olmuşdur. Sovet mənbələrində baş vermiş hərbi münaqişə “Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək etmək, sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək kimi” qələmə verilsə də, faktiki olaraq sözügedən hadisələrin hərbi münaqişə olması mübahisəsizdir. Sadəcə Çexoslavakiyanın hərbi müqavimət gücü olmadığından və Çexoslavakiya ordusuna müqavimət göstərməmək əmri verildiyindən SSRİ və müttəfiqlərinin qoşunları silah tətbiq etmədən işğalı başa çatdıra bilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının başqa ölkələrin ərazisində gedən hərbi münaqişədə hərbi birləşmənin tərkibində iştirak etməsi sübuta yetirildiyindən cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar