Məhkəmə qərarları › İş №2-1(116)-235/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-235/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-235/2022 11.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsi və həmin mənzilə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsi və həmin mənzilə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 28 il yaşadığı mənzil növbəlilik əsasında Yevlax Yun ilkin emalı X2 tərəfindən verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********97 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə etdiyi order xx.xx.2009-cu il tarixində Yevlax şəhər İcra Hakimiyəti başçısının xx.xx.2009cu il tarixli, 170 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********50 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubunda qeyd etmişdir ki, mübahisə predmeti olan Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi ev 2 mənzil 24-ə dair İddiaçı mülkiyyət hüquqları həmin şəxslə Yevlax Rayon İcra Hakimiyyəti ilə arasında bağlanmış sosial kirayə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın verilməsi ilə təmin edilmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə 4Ə-521 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən vətəndaş X3 adına özgəninkiləşdirilərək xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh qeyd olunanlara əsasən mübahisə məhkəmədən kənar öz həllini tapdığı üçün icraatda olan inzibati iş üzrə məhkəmə icraatına xitam verilməsini xahiş etmişdir. Məlumat Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən təqdim edilmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi məktubu iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış, sonradan iddiaçı sözügedən mənzili xx.xx.2022-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X1 və sonuncunun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsi və həmin mənzilə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar