Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-236/2022 27.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 28.02.2019-cu il tarixli **********9 nömrəli sərəncamının və 31.05.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qanunsuz və əsassız hesablanmış 41.000 manat vergi borcunun və 89.380,08 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin qanuni təmsilçisi X3 cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 28.02.2019-cu il tarixli **********9 nömrəli sərəncamının və 31.05.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qanunsuz və əsassız hesablanmış 41.000 manat vergi borcunun və 89.380,08 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Böyük Əmili kəndində İddiaçı Açıq Səhmdar Cəmiyyəti mövcuddur. ASC fəaliyyəti ilə əlaqədar daima öz üzərinə düşən borcu yerinə yetirərək vergi və digər ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz və əsassız olaraq ASC-yə vergi borcu və sosial sığorta haqqı hesablamışdır. Nəticə etibarilə 02.06.2020-ci il tarixə İddiaçı ASC-nin dövlət büdcəsinə 41.000 manat, DSMF-yə 89.380,08 manat ödənilməmiş borcu yaranmışdır. Bu səbəblə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən ünvanlanmış 22.09.2021-ci il tarixli məktuba əlavə edilmiş vəsatətdə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 11.05.2016-ci il tarixdə 2016-ci ilin cari torpaq vergisi bəyannaməsi təqdim edilmişdir. Cari bəyannamə məlumatlarına əsasən, 1-ci keyfiyyət qrupu olan, təyinatı üzrə istifadə edilən, Qanıx-Türyançay kadastr rayonunda yerləşən, sahəsi 55 ha kənd təsərrüfatı təyinatlı torpaqları və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlərdə yerləşən 90000 kv.m torpaq sahəsi olduğu bəyan olunmuşdur. Yuxarıda qeyd edilənlərə müvafiq olaraq, Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad gətirərək, vergi ödəyicisinin vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarına əsasən, vergi orqanları ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri məlumatlarına əsasən hesablamaq hüququ vardır. Cavabdeh qeyd olunan iddia ilə bağlı bildirir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Şəxsin qeyd etdiyi vergi borcu 41.000 manat yox 23.260,03 manat (18.226,64 manat əsas, 5.033,39 faiz manat borcu) təşkil edir və həmin borc məbləği iddiaçının qeyd etdiyi kimi “vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”la yox “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarla (analoji hesablama hüquqi şəxsin torpaq vergisi) yaranmışdır. Vergi borcunun yaranmasına səbəb olan **********541200, **********563000, **********542900, **********017200 nömrəli qərarlar vəsatətə əlavə edilmişdir. Belə ki, vergi orqanının **********542900, **********563000, **********541200 nömrəli qərarları 30.09.2020-ci il tarixində vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, vergi ödəyicisi tərəfindən isə 13.12.2020-ci il tarixində oxunmuşdur. **********017200 nömrəli qərar isə 03.06.2021-ci il tarixində göndərilmiş, 04.07.2021-ci il tarixində oxunmuşdur. Şəxs barəsində kameral vergi yoxlaması keçirilməmişdən qabaq “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” adlı 27.08.2020-ci və 26.05.2021-ci il tarixli **********953900 və **********326900 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinin işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər hissəsində yaranmış 89.380,08 manat borc (70.223,17 manat əsas və 19.156,91 manat faiz borcu) isə şəxsin özü tərəfindən təqdim etdiyi (cari) bəyannamələr nəticəsində yarandığından mübahisələndirilə bilməz (cari bəyannamələr əlavə edilmişdir). Həmin borc məbləği şəxsi hesab vərəqəsinə saldo şəklində birbaşa daxil olmuşdur. Belə ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının yığımı Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Buna görə də Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilən borc məbləği birbaşa şəxsi vərəqəyə daxil edilmiş, borcun yaranmasına əsas olmuş cari bəyannamələr alınmışdır. Göründüyü kimi qərarlardan iddia verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Cavabdeh vəsatətində iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizə təqdim edərək vergi borcunun yaranmasına səbəb olan **********541200, **********563000, **********542900, **********017200 nömrəli qərarların COVİD-19 pandemiyası ilə bağlı tədbiq edilən karantin rejimi ilə əlaqədar mübahisələndirilə bilmədiyini qeyd etmiş və həmin qərarların mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İşin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə vergi borcunun yaranmasına əsas **********541200, **********563000, **********542900, **********017200 nömrəli qərarlar olmuşdur. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə cavabdehin 28.02.2019-cu il tarixli **********9 nömrəli sərəncamının və 31.05.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 28.02.2019-cu il tarixli sərəncam vergi borcunun yaranmasına əsas olmuş akt deyil, 89.380,08 manat məbləğdə “büdcəyə olan qalıq və faiz” təyinatlı ödənişin həyata keçrilməsi ilə bağlı ödəniş tapşırığını ifadə edir. İddiaçının nümayəndəsi müddətin bərpası barədə ərizəsində də məhz yuxarıda qeyd olunan qərarıların mübahisələndirilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilən kargüzarlıq sənədlərinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh vergi orqanının 27.08.2020-ci il tarixli **********326900 nömrəli, 30.09.2020-ci il tarixli **********542900, **********563000, **********541200 nömrəli qərarları iddiaçı tərəfindən 13.12.2020-ci il tarixdə oxunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən kargüzarlıq sənədlərinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh vergi orqanının: **********563000 nömrəli 29.09.2020-ci il qeydiyyat tarixli Torpaq vergisi-2019-cu il analoji hesablama barədə qərarı 30.09.2020-ci il tarixdə imzalanmaqla iddiaçının equtusuna yerləşdirilmiş və 13.12.2020-ci il tarixdə oxunmuşdur; **********541200 nömrəli 29.09.2020-ci il qeydiyyat tarixli Torpaq vergisi-2020-ci il analoji hesablama barədə qərarı 30.09.2020-ci il tarixdə imzalanmaqla iddiaçının equtusuna yerləşdirilmiş və 13.12.2020-ci il tarixdə oxunmuşdur; **********541200 nömrəli 29.09.2020-ci il qeydiyyat tarixli Torpaq vergisi-2020-ci il analoji hesablama barədə qərarı 30.09.2020-ci il tarixdə imzalanmaqla iddiaçının equtusuna yerləşdirilmiş və 13.12.2020-ci il tarixdə oxunmuşdur; **********542900 nömrəli 27.08.2020-ci il qeydiyyat tarixli analoji hesablama barədə qərarı 27.08.2020-ci il tarixdə imzalanmaqla iddiaçının e-qutusuna yerləşdirilmiş və 13.12.2020-ci il tarixdə oxunmuşdur; **********017200 nömrəli 03.06.2021-ci il qeydiyyat tarixli Torpaq vergisi-2021-ci il analoji hesablama barədə qərarı 03.06.2021-ci il tarixdə imzalanmaqla iddiaçının equtusuna yerləşdirilmiş və 04.07.2021-ci il tarixdə oxunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və cavabdehin nümayəndəsinin təqdim etdiyi vəsatətdən və vəsatətə əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 30.09.2020-ci il tarixli qərarlarından 13.12.2020-ci il tarixdə, 03.06.2021-ci il tarixli qərarından isə 04.07.2021-ci il tarixdə məlumatlı olmuş, lakin qanunveriliciyin yuxarıda sadalanan müddətlə bağlı tələbinə iddiaçı tərəfindən əməl edilmədən məhkəməyə 02.09.2021-ci il tarixdə ərizə ilə müraciət edilmişdir ki, bu da prosessual müddətin buraxıldığını göstərir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin qanuni təmsilçisi məhkəmə iclasında təqdim etdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində müddətin buraxılmasına səbəb kimi pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimini əsas gətirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ölkədə tədbiq edilən karantin rejimi müddətində iddia ərizəsinin məhkəməyə ünvanlanması üçün poçt xidməti müvafiq tələblərə riayət etməklə xidmət göstərmiş, həmçinin iddiaçı iddia ərizəsini elektron kabinet vasitəsilə də məhkəməyə ünvanlamaq imkanına malik olmuşdur. Bununlaa yanaşı sonuncu qərarın oxunduğu 04.07.2021-ci tarixdə ölkə ərazisində artıq sərt karantin rejimi mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarlarından daha əvvəl məlumatlı olsa da, onları İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, 13.12.2020-ci il və 04.07.2021-ci il tarixlərində elektron qaydada aldığı qərarları 01.09.2021-ci il tarixdə iddia ərizəsini imzalayaraq və tamamilə başqa aktların ləğvini tələb etməklə, iddia ərizəsini 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edərək mübahisələndirmiş və prosessual müddəti ötürmüşdür. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin qərarının ilkin olaraq iddia ərizəsini 01.09.2021-ci il tarixdə imzalamaqla məhkəməyə ünvanlandığını və iddia ərizəsinin məhkəməyə 02.09.2021-ci il tarixdə daxil olmaqla mübahisələndirdiyini nəzərə alınmaqla, qanunla nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisəli qərar barədə ilk dəfə məlumat aldığı vaxtdan hesablanmaqla 2 aya yaxın müddət keçdikdən sonra məhkəmə qaydasında cavabdehin qərarını mübahisələndirməklə ləğv olunmasını tələb etmişdir. İddiaçının mübahisələndirilən qərardan ilk dəfə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırarkən məlumat aldığı fərz olunsa belə, o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 28.02.2019-cu il tarixli **********9 nömrəli sərəncamının və 31.05.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qanunsuz və əsassız hesablanmış 41.000 manat vergi borcunun və 89.380,08 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-236/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-236/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver