Məhkəmə qərarları › İş №2-1(116)-236/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-236/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-236/2024 14.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 4139.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 4139.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2035/2023 nömrəli qərardadı ilə X16, X7 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-236/2024 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə Göyçay rayonu Qarabaqqal kəndi ərazisindən İddiaçı, X11, X3 və X5 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 242 saylı, 40806018 X21 verilmişdir. Həmin torpaq sahəsinin 4139,22 kv.m hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilməsi üçün iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan 17 mart 2023-cü il tarixli 3-21-3-36/2-1047/2023 saylı məktubla daşınmaz əmlakın üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir.Cavabdeh inzibati orqan imtinanı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edilməsi və torpaq sahəsi üzərində mübahisə olduğunun aşkar edilməsi ilə əsaslandırmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi başqa şəxs tərəfindən istifadə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək JN 2987F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara aqrar islahat zamanı verildiyini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN-242, kod 40806018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə Göyçay rayonu Qarabaqqal kəndi ərazisindən İddiaçı, X11, X3 və X5 0,88 ha torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Göyçay rayonu Qarabaqqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin adı qeyd olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarından görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisindən İddiaçı, X11, X3 və X5 0,88 ha torpaq sahəsi ayrılmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-36/2-2331/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 4139.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, JN-242Z nömrəli Dövlət Aktının digər planşetlərin əsasında iddiaçı və ailə üzvlərinin təkrar mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. JN-242 Z nömrəli X9 elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası və uqodiyası meyvə bağları, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olaraq mülkiyyətçilərin adlı siyahısnda İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi olaraq göstərilmişdir. JN-242 Z nömrəli Dövlət Aktı TEKUİS məlumatlarında sənəd üzrə 0.41 ha, faktiki sahə isə 0.39 ha olaraq göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-242 Z nömrəli Dövlət Aktının (sənəd üzrə 0.41 ha, faktiki sahə isə 0.39 ha) 0.22 ha hissəsi elektron baza məlumatlarında **********12 reyestr nömrəli çıxarışla X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.52 ha torpaq sahəsi ilə üst-üstə düşür. Yerliözünüidarəetmə qurumundan bildirildiyinə görə TEKUİS məlumatlarında göstərilən JN-242Z nömrəli Dövlət aktı ilə verilmiş torpaq sahəsi faltiki olaraq X6, X2 faktiki olaraq istifadəsindədir. Əlavə olaraq bildiririk ki, real məkan ilə (faktiki torpaq sahəsi) Qarabaqqal kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi (DVJ) arasında konfiqurasiya, sürüşmə, bucaq fərqləri olduğu üçün islahat xəritəsinə uyğun olaraq araşdırma aparmaq mümkün olmamışdır. İddiaçı baxış zamanı iddia etdiyi torpaq sahəsi olaraq TEKUİS məlumatlarında JN-242 Z olaraq göstərilən torpaq sahəsini göstərmişdir və həmin torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Üzərində meyvə bağı mövcud olan torpaq sahəsinin X6, X2 faktiki istifadəsində olduğu və meyvə ağaclarının X6, X4 məxsus olduğu yerliözünüidarəetmə qurumundan bildirilmişdir. İddiaçının hüquqi marağı 4139.22 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarət olduğu üçün torpaq sahəsinin bir hissəsi üzərində (çıxarışla üst-üstdə düşməyən hissənin) mülkiyyət hüququnun qeydə alınması,qalan hissəyə münasibətdə isə iddianın mümkünlüyünə qiymət verilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. İddiaçıya hüquqi yardım qaydasında izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə **********12 reyestr nömrəli çıxarışın iddia olunan torpaq sahəsi ilə üstüstdə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 4139.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar