Məhkəmə qərarları › İş №2-1(116)-2371/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2371/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2371/2024 15.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Reyasət Heyətinin Cavabdeh qarşı “Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Reyasət Heyəti cavabdeh “Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək bildirmişdir ki, məhkəmə icraatı zamanı Cavabdeh müraciətinə Azərbaycan Respublikasi Vəkillər X1 tərəfindən xx.xx.2024-cü il tarixdə baxılaraq onun kollegiya üzvlüyündən xaric edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara dəyişiklik edilmiş, fəaliyyətinin 7 (yeddi) ay müddətinə dayandırılması və xx.xx.2024-cü il tarixdən bərpa edilməsi qərara alınmışdır. Odur ki iddiaçının iddia tələbinə dair hüquqi marağının qalmadığını və iddia tələbindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək iddiaçının iddiadan imtinasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığından (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur), hazırkı halda şifahi məhkəmə baxışında tərəflərin çıxışınadək verildiyindən (eyni zamanda cavabdehin də, buna etirazı yoxdur) qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Reyasət Heyəti Cavabdeh qarşı “Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası qəbul edilir və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar