Məhkəmə qərarları › İş №2-1(116)-2372/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2372/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2372/2024 30.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir rayon Qeydiyyat şöbəsinə qarşı “Cavabdeh doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü ildə 875 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində «anası» qrafasında anasının adının “Lətifə”dən «Lütviyyə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Mingəçevir rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Məmmədova (Əliyeva) Sevinc Daday qızının Cavabdeh doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin avqust ayının 20-də, 875 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnaməsində «anası» qrafasında qeyd edilmiş «X11» sözlərinə düzəliş edilərək «X6» qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Cavabdeh doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin avqust ayının 20-də 875 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində «anası» qrafasında anasının adının “Lətifə”dən «Lütviyyə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əvvəldən soyadı valideynlərinin soyadı ilə, yəni Əliyeva olmuş, nigaha daxil olduqdan sonra soyadı dəyişdirilərək Məmmədova olmuşdur. X2, anası X6 olmuşdur. Ona doğum haqqında şəhadətnamə verilərkən anasının adı «Lütviyyə» əvəzinə səhvən «Lətifə» qeyd edilmişdir. Əslində isə iddiaçının anasına aid müvafiq sənədlərdə onun adı «Lütviyyə» kimi qeyd edilmişdir. X18 xx.xx.1991-ci ildə vəfat etmiş, anası Lütfiyyə Əliyeva isə xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı bildirir ki, atasına dair ölüm haqqında şəhadətnaməni əldə etsə də. anasına dair doğum haqqında, ölüm haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərini əldə edə bilməmişdir. Müraciət etməsinə baxmayaraq, həmin sənədlərin iddiçıya verilməsindən imtina edilir. X1 olması aşağıdakı sənədlərlə təsdiq olunur: - Lütfiyyə Əliyeva 1963-cü ildən 1999-cu ilə kimi Mingəçevir şəhər Səhiyyə şöbəsində tibb bacısı işləmişdir. İşə qəbul olunarkən tərtib olunmuş «Kadrlar uçotunun şəxsi vərəqəsi» sənədində «Ailə vəziyyəti» qrafasında iki uşağının olması qeyd edilmiş və uşaqlardan birinin 1974-cü ildə anadan olmuş X10 olmağı göstərilib. - Lütfiyyə Əliyevanın öz xətti ilə xx.xx.1991-ci ildə yazdığı tərcümeyi hal sənədində onun 1974-cü ildə anadan olmaqla iddiaçının onun qızı olduğu və Gəncə musiqi məktəbinin 1-ci kurs tələbəsi olduğu qeyd edilmişdir. - Mingəçevir şəhər 10 JNe-li MİS-nin şəhər Səhiyyə şöbəsinə təqdim etdiyi xx.xx.1991-ci il tarixli 5663 saylı arayışda X4 Lütfiyyə Əliyevanın qızı olduğu qeyd edilmişdir. - X3 tərtib etdiyi «Avtobioqrafiya» sənədində onun məhz Lütfiyyə Əliyeva olması qeyd edilib. - Mingəçevir şəhər Mərkəzi Xəstəxanası ilə bağlanmış fərdi əmək müqaviləsində adının X8 olması qeyd olunub. - Mingəçevir şəhər Səhiyyə şöbəsinin 29 mart 1979-cu il tarixli 38 saylı əmrində göstərilmişdir ki, nikah şəhadətnaməsinə əsasən X5 ərinin soyadı ilə X8 hesab edilsin. Qeyd edilən sənədlər də iddiaçının anasının məhz X8 olduğu təsdiq olunur. Doğum haqqında qeyd kitabında və doğum şəhadətnaməsində iddiaçının adının düzgün yazılmaması müəyyən məsələlərdə ona çətinliklər yaradır. Buna görə cavabdehə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müraciət etmişdir. Müraciətinə 27 aprel 2024-cü il tarixdə Mingəçevir rayon Qeydiyyat şöbəsində baxılmış və təmin edilmədən 3-16-5/7-M-15-505/2024 nömrəli məktubla imtina edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Ədliyyə nazirliyi Vəətəndaş vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubu, Mingəçevir şəhər Mərkəzi Xəstəxaması PHŞ-nin 29 aprel 2024-cü il 18-1-61/3-94/2024 nömrəli arayışı, 5.05.1991-ci il tarixli Tərcümeyi-hal, Mingəçevir şəhər 10 nömrəli MİS-nin şəhər Səhiyyə şöbəsinin xx.xx.1991-ci il tarixli arayışı, xx.xx.2000-ci il tarixli 9 nömrəli “ölüm haqqqında akt qeydi" Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Onun barəsində Cavabdeh doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü ildə, 875 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində «anası» qrafasında anasının adı “Lətifə” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində anasının adına (“Lətifə”dən – “Lütviyyə”yə) düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.2000-ci il tarixli 9 nömrəli “ölüm haqqqında akt qeydi"ndə iddiaçının ana adı “Lütviyyə” qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq qeydiyyat aparılan zaman mərhumun şəxsiyyət vəsiqəsinə istinad edildiyindən “ölüm haqqqında akt qeydi"ndə adı “Lütviyyə” qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan, tərcümeyi-haldan, ailə tərkibi haqqında arayışdan və digər sənədlərdən görünür ki, onun anasının adı “Lütv(f)iyyə” olaraq qeyd edilmişdir. İşdə olan, iddiaçı tərəfindən təqdim edilmiş bütün sənədləri və cavabdeh orqan tərəfindən təqdim edilmiş mərhum barəsində tərtib edilmiş sonuncu sənəd olan “ölüm haqqqında akt qeydi"ni məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının mərhum anasının adının “Lütviyyə” olması ilə bağlı gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Mincəçevir rayon Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1974-cü il tarixli, 875 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində İddiaçı «anası» qrafasında adının “Lətifə”dən «Lütviyyə”yə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar