Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-238/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3344/2019 nömrəli xx.xx.2019cu il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, xx.xx.2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013-cü il tarixli, 85 nömrəli sərəncamı ilə rayonun Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.1 ha torpaq sahəsinə verilmiş sxem üzrə 48 metr X 18 metr ölçüdə bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncam verildikdən sonra sexin tikintisinə başlanılmışdır. Sexin tikintisi davam etdiyi müddətdə FHN-nin (bundan sonra Cavabdeh) əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişlər. Tikinti məcburi qaydada dayandırılmış və onlar ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və onun mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışlar. Sonradan cavabdeh ona qarşı iddia qaldırmışdır. FHN Göyçay rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013-cü il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini, ona məxsus torpaq sahəsində inşa edilmiş sexin isə sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati - İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəf bu qərardad ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə tərəfin apellyasiya şikayəti təmin edilməmişdir. Tərəf bu qəradad ilə də razılaşmayaraq kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə FHN-nın ona qarşı qaldırdığı əsassız iddia mümkün hesab edilməmişdir. Amma cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və onun mülkiyyət hüququna müdaxiləyə son qoymamışdır. Cavabdehin iddia qaldırıb-qaldırmamağından asılı olmayaraq onun iddiaçının mülkiyyətinə müdaxiləsi qanunsuz olmuşdur. Nazirliyin ümumiyyətlə onun mülkiyyətinə daxil olmaq, orda aparılan tikintini dayandırmaq və orda post quraraq onun mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneələr yaratmaq kimi səlahiyyətləri yoxdur. Belə olduğu təqdirdə cavabdehin hərəkətlərinin qanunsuz olması təsdiq edilir. Qanunsuz hərəkətlər nəticəsində ona həm maddi, həmçinin də mənəvi ziyan dəymişdir. Müraciəti əsasında “xxxxxxxxxxxxxxxxx” MMC cavabdehin hərəkətləri nəticəsində əldən çıxmış faydanı hesablamış və hesablamaya dair rəy vermişdir. Rəydə də göstərilir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əldən çıxmış fayda olaraq 1 560 896 manat maddi ziyan vurulmuşdur. Mülkiyyət hüququna qanunsuz müdaxilə nəticəsində ona mənəvi ziyan da dəymişdir. Mənəvi ziyanın dəyərini müəyyən etmək mümkün olmadığı üçün dəymiş ziyanın əvəzində simvolik olaraq 439104 manat məbləğində pulun ödənilməsi nəticəsində dəymiş mənəvi ziyan kompensasiya edilə bilər. Cavabdehin etirazının dəlilləri: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zamanGöyçay rayonu, Potu kəndində təyinatı yaşayış məntəqələrin torpaqları olan torpaq sahəsində layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilmədən çörəkbişirmə sexinin tikintisinin aparılması aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmaqla torpaq sahəsinin təyinatına zidd olaraq və tikinti layihəsini ekspertizadan keçirilmədənhəmin tikintiyə dair İddiaçı icazə verilmişdir. Bununla bağlı, Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən tikinti işlərini dayandırmadan qüsurların aradan qaldırılması barədə xx xxxxxx 2013-cü il tarixli, 1524 nömrəli yazılı Göstəriş tərtib olunmuş və İddiaçı aparılan tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılınası barədə tapşırıq verilmişdir. Bundan sonra, İddiaçı xx xxx 2016-cı il tarixdə Agentliyə müraciət etmiş və ona məxsus yuxarıda qeyd olunan sahibkarlıq obyektinə baxışın keçirilməsini xahiş etmişdir. Baxış nəticəsində obyektin mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə və Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən qanunvericiliyin tələbləri pozulmaqla inşa olunmuş və mövcud vəziyyətdə istismarı təhlükəli olan obyektin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi qaldırılmış iddianı mümkün saymamışdır. Tərəflərindən müvafiq qaydada verilmiş apelyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Bununla da, 2016-ci ildən bu günə qədər vətəndaş İddiaçı tərəfindən həmin obyektin mövcud vəziyyətdə istismarının təhlükəli edən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılmamışdır. Eyni zamanda, məsələ ilə bağlı bir çox kütləvi informasiya vasitələrində, o cümlədən internet məkanında yayılmış məlumatları da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirlər. Belə ki, İddiaçıvaxtilə yuxarıda qeyd olunan tikinti obyekti ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət etmiş və digər məsələlərlə yanaşı aşağıdakıları da bildirmişdir. “Göyçay rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binası tikmək üçün mənə Göyçay rayon Potu kəndində torpaq sahəsi ayrılıb. Həmin ərazidə layihə əsasında 48x18 m. ölçüdə bir mərtəbəli binanın tikintisinə icazə də verilmişdir”. Sonra iddiaçı ayrı-ayrı fəhlələrin və iş icraçılarının adlarını sadalayaraq, onlara ödənilmiş məbləğləri və işlərin aparılması üçün tələb olunan tikinti materialların alınıb verildiyi göstərir və qeyd edir ki: “Lakin tikinti gedən zaman binanın betonları düzgün əkilməmiş və buna görə də dam örtüyünün quraşdırılması mümkün olmamışdır. Bunun nəticəsində də mənə 36414 (otuz altı min dörd yüz on dörd) manat maddi ziyan dəyib. Görülmüş işlərin keyfiyyətsizliyi nəticəsində mənə dəymiş maddi ziyanın cavabdehlər X3 və X5 36414 (otuz altı min dörd yüz on dörd) manat alınaraq mənə verilməsi üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Müraciətim məhkəmə tərəfindən icraata götürüldü və hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilən iclasların sonunda qismən iddiam təmin olundu.Yəni dəymiş maddi ziyana görə 36414 (otuz altı min dörd yüz on dörd) manat, əlavə olaraq məhkəməyə ödədiyim 30 otuz) manat rüsumun 21 (iyirmi bir) manat pul cavabdeh X3 alınaraq mənə ödənilməsi barədə Göyçay rayon Məhkəməsi qətnamə çıxardı. Göyçay rayon Məhkəməsinin bu qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Şəki Apellyasiya məhkəməsi işi icraata götürüb və hakim İnşallah Quliyevin sədrliyi bir neçə dəfə məhkəmə iclası da keçirilib. Mənim bu gün etdiyim şikayətin səbəbi də məhkəmənin qərarının verilməsinin hakim tərəfindən uzadılmasıdır. Bir ildir ki, məhkəmə çəkişməsi gedir” və s., və i. Qeyd olunanlardan göründüyü kimi, hələ 2016-cı ildə obyektin mövcud vəziyyətdə istismarının təhlükəli olması barədə Agentlik tərəfindən verilən iradlar öz təsdiqini tapmışdır. Bununla belə, Göyçay Rayon Məhkəməsində yuxarıda qeyd olunan məsələ ilə bağlı iddiaçı tikinti obyektinin inşasını başa çatdıra bilmədiyi və bu səbəbdən də sahibkarlıq fəaliyyətinə başlaya bilmədiyi üçün onun xeyrinə müvafiq qərarın qəbul edilməsinə baxmayaraq, iddiaçı yuxarıda qeyd olunanlara görə bu dəfə Fövqəladə Hallar Nazirliyini günahlandırır və indi Nazirlikdən maddi ziyanın əvəzini tələb edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən obyektdə aparılan tikinti işlərinin keyfiyyətsiz görüldüyü nəticəsində sahibkarlıq fəaliyyətinə başlana bilmədiyinə görə iddiaçı artıqX3 və X5 maddi kompensasiyanı almışdırHalbuki, məhz Agentliyin tikintisi ilə bağlı verilən iradlara vaxtilə məhəl qoymadığına görə iddiaçı çörəkbişirmə sexinin işlədib və sahibkarlıq fəaliyyətinə başlaya bilməmişdir. Burada bir sual da yaranır, görəsən, “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən əldən çıxmış faydanın qiymətləndirilməsi üzrə hesabat hazırlanan zaman inşa edilən obyektin yol verilmiş qüsurlara görə tikintisinin başa çatdırılmasını iddiaçı tərəfindən mümkün olmadığı, həmin səbəbdən iddiaçı sahibkarlıq fəaliyyətinə başlaya bilmədiyi və məsələ ilə bağlı bundan öncə ona dəymiş maddi zərərin əvəzi olaraq Göyçay Rayon Məhkəməsinin qərarına əsasən artıq tikinti işlərini keyfiyyətsiz aparan şəxsdən müvafiq maliyyə vəsaitinin aldığı ilə bağlı faktlar nəzərə alınmışdırmı. Hesabatdan göründüyü kimi, həmin faktlar qiymətləndirici təşkilat tərəfindən nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, İddiaçı buna heç bir əsası olmadan çörəkbişirmə sexinin işlədərək sahibkarlıq fəaliyyətinin başlanılmasını, Göyçay Rayon Məhkəməsində qaldırılan iddiada göstərilən şəxslərin gördüyü tikinti işlərinin keyfiyyətsizliyi nəticəsində maddi ziyanın dəyməsi ilə deyil, nəyə görə isə, məhz həmin tikinti işlərinin keyfiyyətsizliyini diqqətinə çatdıran Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində tikintiyə dövlət nəzarətinin aparılması ilə əlaqələndirir. Bir daha nəzərinizə çatdırırıq ki, 2016-ci ildən bu günə qədər vətəndaş İddiaçı tərəfindən həmin obyektin mövcud vəziyyətdə istismarının təhlükəli edən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılmamışdır. Eyni zamanda, həmin nöqsanların bu günədək mövcud olmasını nəzərə almadan, yalnız 3 ildən sonra müvafiq lisenziyası olub-olmamağı məlum olmayan “xxxxxxxxxxxxxxxxx” MMC kimi şirkət tərəfindən heç bir normativ və metodologiya sənədinə istinad etmədən və mövcud faktlar araşdırmadan tərtib olunan hesabatəsasında məhkəməyə müraciət edərək, maddi və mənəvi ziyanın ödənilməsini Fövqəladə Hallar Nazirliyindən tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edib təmin edilməsini xahiş etdi. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(84)-51/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “xx xxxxxx 2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Göyçay rayon Potu kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş 48,0 x 18,0 ölçüdə çörək bişirmə sexi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbi təmin edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-444/2017 saylı qərarının surətindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-51/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-619/2018 saylı qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-444/2017 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən 934.06 kv.m sahəsi olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0.10 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 934.06 kv.m sahəsi olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0.10 ha torpaq sahəsini X2 bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən 934.06 kv.m sahəsi olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0.10 ha torpaq sahəsinə X1 xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-598/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X6 və X7 qarşı iddiası qismən təmin edilmiş, cavabdeh X3 36414 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin SDS-2142-1679 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 598/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxx 2016-cı il tarixli aktın surətindən görünür ki, iddiaçının xx xxx 2016-cı il tarixli ərizəsinə əsasən ona məxsus sahiblarlıq obyekti binasına baxış keçirilmiş və binada köhnə yığma dəmir beton və metal elementlərin istifadə olunması, birləşmə düyünlərinin inşaat norma və qaydalarına cavab verməməsi, örtük konstruksiyalarının ümumi konsruktiv sxeminin seysmik tələblərə cavab verməməsi və dayanıqlığının təmin olunmaması, bünövrələrinin inşaat norma və qaydalarına uyğun yerinə yetirilməməsini nəzərə alaraq binanın mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Fövqəlada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cavabdehlər Göyçay rayon İcra Hakimiyyətinə, İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2013-cü il tarixli, 85 saylı sərəncamının ləğv edilməsi, Göyçay rayonu Potu kəndi ərazisində İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa olunan çörək sexinin sökülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-688/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-284/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-284/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-324/2017 saylı Qərarının surəti, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli Alqısatqı müqavilələrinin surətləri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli məktubu, DƏDRX-dən RX seriyalı ******* nömrəli Çıxarışın surəti, **********31-06301 reyestr nömrəli Texniki Pasportun surəti, “xxxxxxxxxxxxxxxxx” MMC-nin 22/AL/04-19 nömrəli Zərər üzrə hesabatı, AR FHN-nın xx.xx.2020-ci il tarixli münasibəti, xx.xx.2016-cı il tarixli Aktı və xx.xx.2020-ci il tarixli etirazı, DƏDRX-nın 16 saylı X10 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli **********32 saylı məktubları və ona əlavə edilmiş sənədlər, RX seriyalı ******* nömrəli Çıxarışın surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-619/2018 saylı Qərarının surəti,Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-444/2017 saylı Qərarının surəti, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-51/2017 saylı Qərarının surəti, Göyçay rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 85 nömrəli Sərəncamının surəti, xx.xx.2013-cü il tarixli Aktın surəti, xx.xx.2017-ci il tarixli İstismara qəbul aktının surəti, Göyçay Rayon Məhkəməsinin 2(046)-598/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surəti, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətiaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hələ 2013-cü ildə qeyri-yaşayış obyektinin tikintisinə başlanmış, cavabdeh tərəfindən tikinti işləri aparan İddiaçı tikintinin dayandırması və sökülməsi barədə göstəriş verilmişdir. Lakin sonuncu bundan imtina etmiş və bu səbəbdən xx xxxxxx 2013-cü il tarixli Akt tərtib edilmiş və mövcud vəziyyətdə istismarın təhlükəli olduğu bildirilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı) Bununla belə iddiaçı tərəfindən tikinti işləri yekunlaşandan sonra cavabdehə müraciət olunmuş və ona məxsus sahiblarlıq obyekti binasına baxış keçirilmiş və binada köhnə yığma dəmir beton və metal elementlərin istifadə olunması, birləşmə düyünlərinin inşaat norma və qaydalarına cavab verməməsi, örtük konstruksiyalarının ümumi konsruktiv sxeminin seysmik tələblərə cavab verməməsi və dayanıqlığının təmin olunmaması, bünövrələrinin inşaat norma və qaydalarına uyğun yerinə yetirilməməsini nəzərə alaraq binanın mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. (xx xxx 2016-cı il tarixli aktın surəti) İddiaçı cavabdehlər X6 və X7 qarşı işin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş maddi ziyana görə iddia qaldırmış və iddiası qismən təmin edilmiş, cavabdeh X3 36414 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (Göyçay Rayon Məhkəməsinin 2(046)-598/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi) İddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsini xahiş edir. Lakin işin hallarında müəyyən olunur ki, onun tərəfindən tikinti işləri aparılmış, yekunlaşmış və son nəticədə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ da rəsmi reyestrdə qeydə alınmış, hətta bundan sonra qeyd olunan qeyri-yaşayış binası və binanın yeləşdiyi torpaq sahəsini iddiaçı digər şəxsə bağışlamış və həmin şəxsin adına qeyd olunan torpaq sahəsinə və binaya çıxarış verilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “sexin tikintisi davam etdiyi müddətdə FHN-nin əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişlər. Tikinti məcburi qaydada dayandırılmış və onlar ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və onun mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışlar.” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında buna dəlalət edən mötəbər sübutlar mövcud olmadığından bununla bağlı onun bildirdiklərini inandırıcı və mötəbər sübut kimi qəbul etmir. Əgər cavabdeh tərəfindən iddiaçının bildirdiyi hərəkətlər edilmiş olsaydı, yəqin ki, iddiaçı dərhal və ya ağlabatan müddət sonra bu barədə hər hansı qaydada bildirər və ya səlahiyyətli orqanlara müraciət edərdi. Onun isə belə müraciəti olmamış, bu halı xeyli müddət sonra məhkəmə çəkişmələri başladıqdan sonra bildirmişdir. İddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında tədbirlər görülmüş və iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmışdır ki, axır nəticədə də qeyd olunan iddia mümkün sayılmamışdır. Cavabdehin qeyd olunan iddianı qaldırması qanunsuz və əsassız hərəkət hesab edilə bilməz. İddiaçının tələbinin cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi hissə ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-238/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-238/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver