Məhkəmə qərarları › İş №2-1(116)-238/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-238/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-238/2025 24.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi X7, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı, qeyd edilən qərarların bütün hüquqi nəticələri etibarsız sayılsın” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı, qeyd edilən qərarların bütün hüquqi nəticələri etibarsız sayılsın” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əsasən aşağıdakıları qeyd etmişdir : Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı ilə Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 16 saylı Ucar Ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 120 nömrəli müraciəti əsasında Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 16 saylı Ucar Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən bələdiyyənin adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü verilmişdir. Həmçinin Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı ilə Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 572 kv.m torpaq sahəsinin həyətyanı məqsədi üçün müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X6" X11 Ucar ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması qərara alınmışdır. Bələdiyyənin qeyd edilən qərarı və digər aidiyyəti sənədlər nəzərə alınmaqla, xx.xx.2022ci il tarixində qeyd edilən torpaq sahəsinin satılmasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X6" X11 Ucar ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac keçirilmiş və hərracın qalibi X9 olmuşdur. Lakin daha sonra aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi bələdiyyənin deyil, dövlət mülkiyyətində olmuş, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin bəzi əməkdaşlarının səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində qeyd edilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış və daha sonra satılması üçün hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 9 fevral 2023-cü il tarixli əmrləri ilə Xidmətin Ucar ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun məsləhətçisi X5 dövlət qulluğundan azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilmiş, Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi X1 töhmət verilmiş və Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X2 xəbərdarlıq edilmişdir. Eyni zamanda bildiririk ki, qeyd edilən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, 17 nömrəli rəy hazırda barəsində korrupsiya faktına görə açılmış cinayət işi üzrə istintaq aparılan Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin müdiri X10 və 9 fevral 2023-cü il tarixli əmrlə töhmət verilmiş ərazi şöbəsinin baş məsləhətçisi X3 tərəfindən qanunsuz olaraq tərtib edilərək imzalanmışdır. Qeyd edilənlərdən əlavə, “Cavabdeh hüdudları daxilində Göyçay şəhəri ərazi vahidinin ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 572 kv. m torpaq sahəsinin Yerquruluşu Planı”nda torpaq sahəsində fərdi yaşayış evinin yerləşdiyi müəyyən olur. Halbuki, üzərində bələdiyyəyə məxsus olmayan tikili yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində ola bilməzdi və bələdiyyənin belə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alına bilməzdi. Beləliklə, Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olduğu halda Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin bəzi əməkdaşlarının səhlənkarlığı və vəzifə borclarını lazımi səviyyədə yerinə yetirməməsi səbəbindən əsassız olaraq bələdiyyə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı və qeyd edilən qərarların bütün hüquqi nəticələri məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.5-ci bəndinə əsasən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək və Əsasnamənin 3.0.36-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq səlahiyyətləri Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir. Yuxarıda şərh edilən qanunvericilik normalarına əsasən mübahisənin predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alına və torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilə bilməzdi. Qeyd edilən səbəbdən hesab edirik ki, Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində dövlətin pozulmuş mülkiyyət hüququnun bərpası məqsədilə, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı, qeyd edilən qərarların bütün hüquqi nəticələri məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X8 Xidmətini cavabdeh kimi göstərərək və əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Nəzərinizə çatdırırıq ki, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində X4 hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında’ 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətim həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən silinməsi kimi öhdəliklərin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. İşəgötürən ilə işçi arasında əmək müqaviləsinə müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir Azərbaycan Respublikası inzibatı Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən həyata keçirilir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə fərdi əmək mübahisəsi kimi ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili verdiyi vəsatətin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Göyçay rayonu Göyçay bələdiyyəsinin 28 mart 2022-ci il tarixli 07 saylı qərarının surəti. • xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti. • A 682413 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti. • Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 68 nömrəli məktubunun surəti. • Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli rəyin surəti. • 09.02.2023-cü il tarixli, K-53 nömrəli əmrin surəti. • 09.02.2023-cü il tarixli İ-09 nömrəli əmrin surəti. • 09.02.2023-cü il tarixli İ-08 nömrəli əmrin surəti. • 15.03.2023-cü il tarixli F-23 nömrəli əmrin surəti. • X9 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli vəsatətin surəti. • Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1790-2023 nömrəli xx.xx.2023-cü tarixli qərardadın surəti. • Şəki Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-438/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının surəti. • Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2404/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın surəti. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı, qeyd edilən qərarların bütün hüquqi nəticələri etibarsız sayılsına nail olmaqdır. 23.06.İş üzrə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 16 saylı Ucar ərazi idarəsi və Cavabdehnə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi" tələbinə dair iddiası Şəki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1 (116)- 1790/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-438/2023 nömrəli qərardadı ilə Şəki inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadda Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qeyd etmişdir ki, “.....Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsinə nail olmaqdan ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsində iki cavabdeh göstərilməklə tələb iki hissədən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Tələbin birinci hissəsi Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi, ikinci hissəsi Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir. İddianın birinci hissəsi üzrə tələb öhdəliyin icrası haqqında iddia növündə, ikinci hissəsi üzrə tələb müəyyən etmə və ya tanınma haqqında iddia növündədir. Tələbin birinci hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin hissənin yönəldiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 16 saylı Ucar ərazi idarəsi iddiaçının tabeliyində olan PHŞ-in alt qurumu-ərazi idarəsidir.”. Həmin qərardadda belə nəticəyə gəlinmişdir ki, “Beləliklə kollegiya hesab edir ki, “İnzibati icraat haqqında" Qanunun 4.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqanlar arasında olan aidiyyət və ya səlahiyyətlərlə bağlı inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti olmadığından hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.”. Hazırkı halda iddiaçı mahiyyəti üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət edərək, əlavə olaraq “torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız sayılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2404-2023 nömrəli Qərarında əks olunmuş hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin Qərarda aşağıdakılar qeyd edilmişdir “....Məhkəmə kollegiyası hesab edir ki, icra hakimiyyətinə mənsub olan inzibatı orqanlar arasındakı ixtilaf mübahisə (o cümlədən qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll elmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu „mumı (publik) hüquq sahəsinə aid olsa belə, inzibatı məhkəmələr həmin mübahisəni həli etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların oz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməx və qanunun alıliyinə nail olmaq uçun inzibatı orqanlarla huquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) huquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Həmçinin nəzərə alınmalıdır ki. inzibatı məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra haKİmıyyətı və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özü-özünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz. İnzibatı icraat haqqında Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxan inzibatı orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir, inzibatı orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Bundan başqa, vurgulamaq lazımdır ki. qanunsuzluğu iddia olunan aktların və ya faktiki xarakterli hərəkətlərin subordinasiya baxımından yuxarı inzibatı orqanlar tərəfindən ləğvi üçün qanunvericilikdə mövcud olan mexanizmlərdən təcrübədə tam istifadə olunmur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətim tənzimləyən qanunvericilik aktlarında belə hüquqi imkanlar təsbit edilmişdir. Belə kı. "Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndə. eləcə də hər bır mərkəzi icra hakimiyyəti orqanının əsasnamələrində mərkəzi icra hakimiyyəti orqanlarının öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri- hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi təsbit edilmişdir. Bundan başqa, həmin Əsasnamələrdə subordinasiya baxımından yuxarı inzibati orqanların öz strukturuna daxıl olan qurumların və strukturuna daxil olmayan tabeliyındəkı qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək hüquqları nəzərdə tutulmuşdur. Odur kı müvafiq əsaslar və ehtiyac yarandıqda, dövlət orqanları icra hakimiyyətinin vahidliyi prinsipini nəzərə almaqla və qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə qanunsuz inzibatı aktların qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi barədə subordinasiya baxımından yuxarı inzibati orqanlara məlumat verməklə onların ləğvinə nail olmalıdırlar. Məhkəmə kollegiyası kassasıya şikayətinin cavabdeh Azərbaycan Respublikası İqtısəd'yyai Nazirliyi yanında Əmlak Məsələlər; Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 16 saylı Ucar Ərazi idarəsinin inzibatı orqan olmamasına dair dəlili ilə bağlı qeyd edir kı. Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictima; əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. "İnzibatı icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azəbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qomları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, həm qanunvericiliyin tələbləri baxımından, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubhk huquqi şəxsinin ərazi idarələri inzibati (publik) hüquq sahəsinin subyekti kimi fəaliyyət göstərən orqanlardır.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarında qeyd olunmuşdur ki, “5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə hər iki tərəf inzibati orqan olduğundan iddia mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 07 saylı qərarı və həmin torpaq sahəsinin hərracda satılması barədə bələdiyyənin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarı, qeyd edilən qərarların bütün hüquqi nəticələri etibarsız sayılsın” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar