Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-239/2022 08.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X6, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi qarşı “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Reyestrində Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən özünə məxsus 0.675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Reyestrində Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən özünə məxsus 0.675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 03.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 19.01.2022-ci il tarixli, 2-1(116)-239/2022 nömrəli qərardadı ilə X5, X8 və X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər X8 və X9 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Məhkəmə, hazırlıq iclasının üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tələb hüququnu Qəbələ rayonu Nic kəndində yerləşən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin RX seriyalı, ******* №-li çıxarışa əsasən mülkiyyətində olması ilə əsaslandırmış, bildirmişdir ki, plan-ölçü sənədinin hazırlanması cavabdehin vəzifəsi olduğu halda indiyədək müvafiq sənədin hazırlanması təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tərəflər arasında torpaq sahəsinin bölgüsü ilə bağlı razılığın olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə cavabdeh tərəfindən mübahisəli əraziyə baxış keçirilməmədiyini, yalnız formal cavablar verildiyini bildirdi. Qeyd etdi ki, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan, cavabdehin “həmin torpaq sahəsində müayinə işlərinin aparılmasına üçüncü şəxslər tərəfindən maneələrin yaradılması” ilə bağlı mövqeyi düzgün deyildir. Belə ki, cavabdeh ona mane olan şəxslərlə bağlı tədbir görülməsi üçün heç bir səlahiyyətli quruma müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçı Gori Koçiyev, vəkili və etibarnamə üzrə nümayəndəsi ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında plan-ölçü sənədinin tərtib olunması tələb edilən torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirildiyini, lakin tərəflər arasında torpaq sahəsinin bölgüsü ilə bağlı heç bir razılıq olmadığını, həmçinin üçüncü şəxslər tərəfindən müayinə işlərinə maneçilik yaradıldığını bildirdi. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında iddia olunan 0.675 ha torpaq sahəsinin özünün və digər ailə üzvlərinin faktiki istifadəsində olmasını, iddiaçının adına verilmiş çıxarışın saxta olmasını, həmçinin babasının iddiaçıya verdiyi vəsiyyətnamənin düzgün olmamasını, iddia olunan torpaq sahəsində iddiaçıdan başqa 8 nəfərin miras payının olmasını bildirərək, iddiaçıya 0.675 ha torpaq sahəsinin ayrılmasını düzgün hesab etmədiyini və faktiki istifadəsində olan həmin torpaq sahəsindən yalnız digər vərəsələrin də payı müəyyən edildikdən sonra iddiaçının istifadəsinə imkan yaradacağını bildirdi. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəməyə “iddia tələbinin geri götürülməsi barədə” ərizə təqdim edərək, bildirdi ki, üçüncü şəxslərlə iddiaçı arasında torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmadığından və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada yeri dəqiq bilinmədiyindən Qəbələ rayon Məhkəməsində torpaq sahəsinin naturada yerinin müyyən edilməsi ilə bağlı iddia qaldıracaqdır. Odur ki, hazırkı mərhələdə işə baxılmasını istəmir, məhkəmədən iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş edir. Tərəflər iddia ərizəsinin geri götürülməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmənin 08.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin geri götürülməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Yəni, iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi qarşı “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Reyestrində Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən özünə məxsus 0.675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-239/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-239/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver