Məhkəmə qərarları › İş №2-1(116)-2398/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2398/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2398/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evinin altındakı tərtib olunmuş 0.0296 ha torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyət hüququnun verilməsi və İsmayıllı rayonu Təzəkənd Bələdiyəsinin üzərinə (hərrac) keçirilmədən fərdi yaşayış evinin altındakı torpağın iddiaçının mülkiyyət hüquqlarının üzrə dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evinin altındakı tərtib olunmuş 0.0296 ha torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyət hüququnun verilməsi və İsmayıllı rayonu Təzəkənd Bələdiyəsinin üzərinə (hərrac) keçirilmədən fərdi yaşayış evinin altındakı torpağın iddiaçının mülkiyyət hüquqlarının üzrə dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, İsmayıllı rayonu Gəndov kəndində atasının nənəsi X5 məxsus olmuş və 1924-cü ildə inşa edilmiş fərdi yaşayış evi vardı. Həmin evə mülkiyyət hüququ nənəsinin 2000-ci ildə vəfatından sonra İsmayıllı Rayon Məhkəməsinin 2012-cı ildə qəbul edilmiş qətnaməsi əsasında əmisi X3 adına tanınmış və onun daşınmaz əmlak hüququ müvafiq çıxarışla rəsmiləşdirilmişdir 2012-ci ildə fərdi yaşayış evi Bakı şəhər sakini X1. xx.xx.2017-cı ildə həmin fərdi yaşayış evi tərəfindən Elnarə Sadıqovadan alqı-satqı müqaviləsi əsasında alınmışdır. xx.xx.2017-ci ildə qeyd olunan fərdi yaşayış evinə dair mülkiyyət hüququ rəsmiləşdirilmiş və bu barədə müvafiq çıxarış almışdır. Qeyd olunan tarixdən fərdi evin yerləşdiyi həmin torpaq sahəsinin qanuni sahibi və istifadəçisidir. 01.11 2017-cı ildə İsmayıllı RİH-ə yeni fərdi evin eskiz-layihəsinin hazırandığı və tikinti niyyəti barədə şifahi məlumat verilmiş, bu məqsədlə şifahi müraciəti əsasında evin texniki vəziyyətinə baxış keçirilmiş və istismar müddətini başa vurmuş həmin evin qonşulara zərər vermədən sökülməsinin məqsədəuyğun olması barədə iddiaçının səlahiyyətli nümayəndəsinin, icra hakimiyyətinin aparıcı məsləhətçisinin (mühəndis), İsmayıllı RlH-ın Təzəkənd İƏD üzrə nümayəndəsinin iştirakları ilə müvafiq sökülmə aktı tərtib edilmişdir. 2018-cı ilin martında ev sökülmüşdür. Fərdi yaşayış evinin tikintisini həyata keçirmək uçun həmin evin altındakı bələdiyyə mülkiyyətinə məxsus 0.0294 ha torpaq sahəsinin çıxarışının tələb olunacağı və bununla əlaqədar yaşayış məntəqəsində daimi qeydiyyatda olmadığı əsas gətirilərək qeyd olunan torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinə müraciət etməli olduğu bildirildi. İddiaçı məsələ ilə bağlı olaraq cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. 1 X9 qızı və İddiaçı arasında notanal qaydada bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin elektron surəti. 2 04 10 2012-ci il tarixli. 407-2558/44 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surəti. 3 İddiaçı adına verilmiş 14 09 2017-ci il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətr 4 01.11.2017-ci il tarixli fərdi yaşayış evinin sökülmə aktının əsli 5 AR İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin 08 02 2019-cu ıl tarixli, 15 nömrəli məktubu 6 AR İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin 18 09 2020-cı ıl tarixli. 158 nömrəli məktubu 7 Yer X4 barədə T Mürsəlov tərəfindən Kadastr və Yerquruluşu İdarəsinin hesabına 180 azn pulun köçürülməsi haqqında odənış qəbzinin surətr 8 AR İsmayıllı rayonu X2 RİH nın başçısı N Bağırova xx.xx.2021- cı il tarixli 51 nömrəli məktubunun surəti 9 İsmayıllı RİH-nin T.l Mürsəlova ünvanlanmış xx.xx.2021-cı ıl tarixli 05/1274 nömrəli cavab məktubu:

8. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin T.İ Mürsəlova ünvanlanmış 03.09 2021 -ci ıl tarixli **********19 nömrəli cavab məktubu.

9. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın T i.Mürsəlova ünvanlanmış 13 04 2022-cı il tarixli, **********28 nömrəli cavab məktubu

10. İsmayıllı RİH-nin T.l Mürsəlova ünvanlanmış 06 05.2022-cı ıl tarixli. 05/746 nömrəli cavab məktubu:

11. İsmayıllı RİH-nin T.İ Mürsəlova ünvanlanmış 27 05 2022-cı il tarixli. 05/958 nömrəli cavab məktubu;

12. İsmayıllı RİH-nin İddiaçı ünvanlanmış 02.12 2022-ci ıl tarixli. 05/1969 nömrəli cavab məktubu:

13. AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin T.İ Mürsəlova ünvanlanmış 09 12 2022-ci il tarixli, 09/M-2391 nömrəli cavab məktubu;

14. AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinin İddiaçı ünvanlanmış 13 12 2022-ci ıl tarixli, **********63 nömrəli cavab məktubu.

15. AR Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə idarəsinin T İ Mürsəlova ünvanlanmış 16 12 2022-ci il tarixli, 08-90 nömrəli cavab məktubu:

16. T.İ Mürsəlov tərəfindən AR-nın Prezidenti i Əliyevə ünvanlanmış 26 11.2022ci ıl tarixli məktubu və həmin məktuba ismayıllı RİH-nin 27 12.2022-ci il tarixli. 05/2123 nömrəli cavab məktubu

17. İddiaçı tərəfindən AR-nın Prezidenti İ Əliyevə ünvanlanmış 26 11 2022-cı ıl tarixli məktubu və həmin məktuba AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin T.İ Mürsəlova ünvanlanmış 13.01 2023-cü il tarixli 3-21 3-02/2-M-2122- 8/2022 cavab məktubu;

18. Fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyətinin qeydiyyat aparılmasına dair 01.04 2023-cu il tarixli notanal qaydada təsdılənmış razılıq ərizəsi;

19. İddiaçı İsmayıllı RİH-nin başçısı N.Bağırova ünvanlanmış 06 02.2023-cu ıl tarixli müraciəti və həmin müraciətə ismayıllı RİH tərəfindən verilmiş 24 12.2023-cu il tarixli, 5-54/2-M-22- 092/2023 nömrəli cavab məktubu:

22. T.İ Mürsəlovun ismayıllı rayonu Təzəkənd Bələdiyyəsinə və ƏMDX-nın DƏDKR PHŞ-nin 9 saylı Ərazi idarəsinə ünvanladığı müraciət və həmin müraciətə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKR PHŞ-nin T İ. Mürsəlova xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-M-0575-8/2024 nömrəli cavab məktubu: bələdiyyənin cavabı yoxdur

23. T.İ Mürsəlovun ismayıllı rayonu Təzəkənd Bələdiyyəsinə ünvanladığı 22 04.2024-cu ıl tarixli müraciət və həmin müraciətə İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş 08 05 2024 cu ıl tarixli 87 nömrəli cavab məktubu

24. T.İ. Mürsəlovun AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə ünvanladığı 22 04 2024-cu il tarixli müraciət və həmin müraciətə AR Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş 07.05 2024-cü ıl tarixli, 3-16-24/2-M-785-6/2024 nömrəli cavab məktubu

25. AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 29 04.2024-cu ıl tarixli 3- 16/2 M 11278- 6/2024 nömrəli məlumatlandırma xarakterli məktubu

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evinin altındakı tərtib olunmuş 0.0296 ha torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyət hüququnun verilməsi və İsmayıllı rayonu Təzəkənd Bələdiyəsinin üzərinə (hərrac) keçirilmədən fərdi yaşayış evinin altındakı torpağın iddiaçının mülkiyyət hüquqlarının üzrə dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evinin altındakı tərtib olunmuş 0.0296 ha torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyət hüququnun verilməsi və İsmayıllı rayonu Təzəkənd Bələdiyəsinin üzərinə (hərrac) keçirilmədən fərdi yaşayış evinin altındakı torpağın iddiaçının mülkiyyət hüquqlarının üzrə dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində göstərilik ki,iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya hüquqi yardım qaydasında izah olunur ki,hazırjı iddia tələbi onun nail olmaq istədiyi hüquqi nəticə baxımdan əlverişli hüquqi müdafiə vasitəsi olmamaqla barəbər onun subyektiv hüququnun olmaması səbəbindən mümkün şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evinin altındakı tərtib olunmuş 0.0296 ha torpaq sahəsi üzərində İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsinin mülkiyyət hüququnun verilməsi və İsmayıllı rayonu Təzəkənd Bələdiyəsinin üzərinə (hərrac) keçirilmədən fərdi yaşayış evinin altındakı torpağın iddiaçının mülkiyyət hüquqlarının üzrə dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar