Məhkəmə qərarları › İş №2-1(116)-24/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-24/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-24/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X20 və onun vəkili X28 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı (üçüncü şəxs X20) “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, xx xxxx 2015ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxxx 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı (üçüncü şəxs X20) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, xx xxxx 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və buna dair DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən xx.xx.2005-ci tarixli JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçılar xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X7 xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qanuni vərəsələri sayılmışlar. İddiaçılar bildirirlər ki, cavabdeh orqanın onların qanuni mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədləri üzərinə başqa ərazilərdə yerləşən torpaq sahələrinin plan və ölçü sənədlərinin vurulması qanunsuzdur, onların mülkiyyətinin əllərindən alınması cəhddir. Buna görə də üçüncü şəxsin adına tərtib edilmiş həmin plan və ölçü sənədləri ləğv edilməlidir. İddiaçılar üçüncü şəxsin adına çıxarışlara uyğun tərtib edilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onların müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçıların tələbinin təmin edilməsi cavabdeh inzibati orqanın səlahiyyətləri daxilində deyildir. Beləki, iddiaçıların ləğvini tələb etdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və plan ölçü sənədləri məhkəmə qərarları əsasında qeydə alınmışdır və bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi mümkün olmamışdır. İş üzrə üçüncü şəxs X20 tərəfindən məhkəməyə ünvanlanan və dəftərxana tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilən iddia tələbinə etiraz məktubunda üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını əsas gətirərək bildirmişdir ki, iddiaçılarla aralarında uzun illər davam edən məhkəmə mübahisələri artıq yekunlaşmaq üzrədir. Lakin iddiaçılar bununla barışmaq istəmir və əsassız iddialarla mübahisənin uzadılmasına çalışırlar. Məhkəmə iclasında iddiaçılar və onların vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs və onun vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də mərhum X31 həyat yoldaşı İddiaçı1 mərhumun vərəsəsi olaraq qeyd edilmişdir. İş materiallarında olan JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2005-ci il tarixli Aktın surətindən müəyyən edilir ki, ünvan 2ini X8 JN 265B saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş olan 0.25 ha torpaq sahəsinin sərhədləri naturada ölçülərək İddiaçı2 tanıdılmışdır. Torpaq sahəsinin eni şimaldan cənuba doğru 31 metr, şərqdən qərbə uzunluğu 86 metr olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubdan müəyyən edilir ki, ünvan 2ini, şəhid anası İddiaçı1 respublikanın direktiv orqanlarına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ərizə ilə müraciət edərək uzun illərdən bəri həyətyanı məqsədi ilə istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verildiyini bildirmişdir. Odur ki, şəhid anası İddiaçı1 çoxsaylı müraciətlərini nəzərə alaraq yerli AİK tərəfindən səhvən bölgüyə salınmış torpaq sahəsinin geri qaytarılması məqsədi ilə aidiyyəti sənədlərin qanunamüvafiq qaydada hazırlanaraq Komitəyə təqdim edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubdan müəyyən edilir ki, Oğuz rayon Kərimli kəndində torpaq islahatı aparılan zaman yerli AİKnın texniki səhvindən Kərimli kənd sakini X7 istifadəsində olan (zəbt) torpaq sahəsinin sərhədləri düzgün göstərilməmişdir. İH başçısının yanında Şura üzvləri İddiaçı2 istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətində olduğu kimi onun istifadəsinə verilməsi üçün A.Haşımovun mülkiyyətində olan torpaq sahəsinin yerinin dəyişdirilərək 0.11 ha miqdarında başqa sahədən verilməsini məqsədəuyğun hesab etmişdir. Məktubda qəbul edilmiş qərara əsasən dəyişdirilərək hazırlanmış yer quruluşu planına uyğun Kərimli kənd sakini X7 torpaq sahəsinə torpağın mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmasına sərəncam verilməsi xahiş olunur. İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 02 nömrəli məktubuna əlavə edilmiş “Qələbə” kolxozunun xx xxxxxx 1994-cü il tarixli 03 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 və siyahıda adları qeyd edilən digər vətəndaşlara bağ salmaq üçün əkinə yararsız sahədən 0.25 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdeh orqanın iş materiallarında olan xx.xx.2020-ci il tarixli **********30 nömrəli məktubuna sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Onlardan MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində yerləşən 0.119887 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, İddiaçı1, X6 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. JN-265B kod 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, Oğuz rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilən xx xxx 2011-ci il tarixli Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı2, X4 verdikləri etibarnamələrə əsasən hərəkət edən “Satıcı” İddiaçı1 və İddiaçı3 cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli ********** qeydiyyat, seriya MA ******* nömrəli çıxarışa əsasən Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən 0.119887 ha torpaq sahəsini “Alıcı” X3. Məktuba əlavə edilmiş A seriyalı 082093 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1198.87 kv.m həyətyanı torpaq sahəsi İddiaçı3 mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastr kitabında xx.xx.2008-ci il tarixdə 824 nömrəli ilə uçota alınmışdır. Məktuba əlavə edilmiş JN-5xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (R.İbrahimxəlilova, İddiaçı1, İddiaçı3) mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilmiş JN-5xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilmiş A seriyalı 444855 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastr kitabında xx.xx.2013-cü il tarixdə 3726 nömrəli ilə uçota alınmışdır. Məktuba əlavə edilmiş JN-4xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X40 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 7419 nömrə ilə qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş xx.xx.2015-ci il tarixli ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən “Satıcı” X40 və onun ailə üzvləri ümumi sahəsi 0.0653 ha torpaq sahəsini “Alıcı” X1. İş materiallarında olan JN-09xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4-ə-İ/56-57 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmiş və dövlət aktı qeydiyyatı kitabında xx.xx.2003-cü il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu” və MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-09xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 25 nömrəli qərarı ilə 560 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X10 mülkiyyətinə verilmiş və sənəd dövlət aktı qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN-4xx xxx 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon, AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müqavilə üzrə satıcılar X21, X25, X22 və X18 ümumi sahəsi 0.0653 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı X2. Bununlar bağlı RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmiş və 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan müqavilə və çıxarışa əsasən xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 32419 nömrəli xx xxxx 2018-ci il tarixli, 2-1(84)-1685/2017 nömrəli iş üzrə aparılan məhkəmə mühəndis-texniki ekspertizasının surətində nəticə hissəsində qeyd edilir ki, JN seriyalı 265 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X7 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (əkin) torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı əkin torpağıdır. İddiaçıların iddia etdiyi torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 nömrəli çıxarışlara əsasən X10 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və X10 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində nəticə hissəsində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X16 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X16 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. İş materiallarında olan Oğuz rayon, Kərimli kənd İƏV üzrə pay alacaq hüququ olan vətəndaşların Siyahısının təsdiq edilmiş surətində X15 və onun ailə üzvlərinin mülkiyyətinə “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında 0.12 ha, “faktiki torpaq sahəsi” qrafasında 0.74 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. İş materiallarında olan Oğuz rayonu, Kərimli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətində X15 və onun ailə üzvlərinin adı yazılaraq “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0.12 ha qeyd edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 04/2010 nömrəli xx xxxxxxx 2010-cu il tarixli qərardadından müəyyən edilir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə X9 nümayəndəsi İddiaçı1 həmin iş üzrə cavabdeh X16 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və 4000 manat pul məbləğinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X10 cavabdehlər Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi, (hazırkı iş üzrə iddiaçılar) X15, İddiaçı1 və İddiaçı3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiası isə təmin edilərək X7 adına verilmiş xx xxxxxxx 2005-ci tarixli JN-265B kod 40504018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” etibarsız hesab edilmiş, İddiaçı1, S.Ə.İbrahimxəlilov və İddiaçı3 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən və X12 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarına dair qarşılıqlı iddia tələbi təmin edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsindən həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 04/2010 nömrəli xx xxxxxxx 2010-cu il tarixli qərardadı ilə iddiaçı X9 nümayəndəsi İddiaçı1 həmin iş üzrə cavabdeh X16 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və 4000 manat pul məbləğinə dair iddia ərizəsi baılmamış saxlanılmış, (əsas: qanunda birbaşa göstəriş olmasına baxmayaraq nümayəndə İddiaçı1 buna səlahiyyəti olmadığı halda S.A.İbrahimxəlilovun mənafeyinə məhkəmədə qaldırdığı iddia ərizəsini imzalamışdır) iddiaçı və onun nümayəndəsinə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra onlar ümumi qaydada ərizə ilə birinci instansiya məhkəməsində yenidən iddia qaldıra bilərlər. Həmçinin iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, X10 cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi, X19, İddiaçı1 və İddiaçı3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılmasına dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. X5 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)569/11 nömrəli xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 213/2012 nömrəli xx xxxx 2012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(075)-1143/2011 nömrəli işi üzrə iddiaçı X15 cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə müdaxilələrə qadağa qoyulması, torpaq sahəsinin boşaldılması, aparılmış tikilinin sökülməsi və dəymiş 11000 manat maddi ziyanın, 100000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi qismən təmin edilmiş, iddiaçı X7 mülkiyyətində olan torpaq sahəsinə cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X20 tərəfindən edilən müdaxilələrə son qoyulması və torpaq sahəsinin boşaldılması qət edilmiş, iddiaçı X7 cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X16 qarşı iddia tələbinin aparılmış tikilinin sökülməsi və dəymiş 11000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın alınıb ona verilməsi tələbinə dair hissəsi təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-213/2012 nömrəli xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(075)-1143/2011 nömrəli qətnaməsi qismən ləvğ edilmiş, iddia tələbinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin sökülməsi hissəsində təmin edilmiş, cavabdeh X20 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 metr, eni 14 metr olmaqla 35 kv.m iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən həmin iş üzrə iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-4246 nömrəli xx xxxxxx 2012-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-213/2012 nömrəli xx xxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-500/2015 nömrəli xx xxxx 2015-ci il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X21 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixli, JN-424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-500/2015 nömrəli xx xxxx 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.1999-cu il tarixli, JN-424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Kərimli kəndində yerləşən xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və xx xxxx 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X10 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu, Kərimli kəndində yerləşən xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və xx xxxx 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X10 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-103/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********20-06301 reyestr nömrəli plan və ölçü sənədinin X16 aid hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçıya yardım məktubu göndərilərək nöqsanların aradan qaldırılması təklif edilsə də iddiaçı buna əməl etmədiyi üçün onun tələbi mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-23/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı (üçüncü şəxs: İddiaçı1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Kərimli kəndində yerləşən 654.01 kv.m torpaq sahəsinə adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 23/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu Kərimli kəndində yerləşən JN-04xx xxx 40504018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş 654.01 kv.m torpaq sahəsinin iddiaçı X13 və dövlət aktında adları qeyd olunan ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1910/16 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarından müəyyən edilir ki, İddiaçı1 xx xxxxxx 2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı (üçüncü şəxslər: X20, “xxxx” QSC) Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən X10 adına verilmiş 2008-ci il 8 sentyabr tarixli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 2008ci il 3 sentyabr tarixli, **********20-06301 nömrəli daşınmaz əmlakın texniki pasportunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-319/2016 nömrəli xx xxx 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, X10 adına verilmiş 2008-ci il 8 sentyabr tarixli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 2008-ci il 3 sentyabr tarixli **********20-06301 nömrəli daşınmaz əmlakın texniki pasportunun qismən, yəni X20 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 metr, eni 14 metr olmaqla 35 kv.m hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehdən 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin iş üzrə üçüncü şəxs tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2-1(107)-221/2016 nömrəli qərarı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-319/2016 nömrəli xx xxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2-1(107)-221/2016 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1910/16 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2- 1(107)-221/2016 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-935/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə X5 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən çıxarılma, torpaq sahələrinin kənarına basdırılmış dəmir dirəklərin və tikanlı məftillərin sökülməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-935/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədi üzrə 0.05586 hektar, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0.111 hektar, xx xxxx 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədi üzrə 0.0653 hektar, xx xxxxxxx 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0.0653 hektar torpaq sahələrindən çıxarılması, Oğuz rayon Kərimli kəndində yerləşən X5nun mülkiyyətində olan torpaq sahələrinin kənarlarına basdırılmış dəmir dirəklərin, tikanlı məftillərin sökülməsi, Oğuz rayon, Kərimli kəndində yerləşən X5nun mülkiyyətində olan torpaq sahələrindən X5nun istifadəsinə maneə törədilməsinin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(107)- 97/2018 nömrəli xx xxxx 2018-ci il tarixli qərardadından müəyyən edilir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8(054)-80/2018 nömrəli qərardadından borclu X23 və Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən şikayətlərə açıq məhkəmə iclasında baxaılmış, borclu X23 və Oğuz Rayon İcra və Probasiya Şöbəsinin şikayətləri təmin edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8(054)-80/2018 nömrəli qərardadı tam, həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli qərardadları qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi, İddiaçı1 ərizəsinin təmin edilməməsi qərar alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-222/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər (hazırkı iş üzrə üçüncü şəxs) X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli, xx xxxx 2015-ci il tarixli 00660000 nömrəli, xx xxxxxxx 2015-cil il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-222/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan iş üzrə iddiaçılar tərəfindən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1049/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-222/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və onların vəkili tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4730/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1049/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçıların hazırki iddia üzrə əsas dəlili ondan ibarətdir ki, 3-cü şəxsin mülkiyyətində olan torpaq sahələrinə plan-ölçü sənədləri hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, plan-ölçü sənədləri ilkin sənədlərə uyğun tərtib olunmamışdır. Qeyd olunan halın araşdırlması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və JN-265B KOD 40504018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi, X16 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlarının üst-üstə düşməsi və iddiaçıların sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi barədə rəy verilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X16 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X16 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində verilmiş məlumat məhkəmənin qərar qəbul etməsi üçün əsas olduğundan və iddiaçıların plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol vermədiyi aydın olur. Həmçinin məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddiaçıların özlərinə məxsus olduğunu iddia etdikləri 0,25 hektar torpaq sahəsinə dair tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Mərkəzin elektron bazasında öz əksini tapmamışdır və həmin Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları islahat zamanı ayrı-ayrı şəxslərə verilmiş pay torpaq sahələrinə işlənib hazırlanmış Çıxarış sənədlərində göstərilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Beləliklə də Sabir İbrahimxəlilovun adına tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə dair elektron baza məlumatları müəyyən olunmadığından hazırki vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, 3-cü şəxsin adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçılara aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30rşı (üçüncü şəxs: X20) “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, xx xxxx 2015ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx xxxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin (xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 113 manat 38 qəpik iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X14 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar