Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-24/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı “Göyçay Rayon Çayarxı bələdiyyəsinin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə X5 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 439 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə X5 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 438 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına həmin torpaq sahələri ilə bağlı A seriyalı 212168 və A212167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmiş və X8 kitabında uçota alınmışdır Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.22 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.0801 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı ASC cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çayarxı bələdiyyəsinin (hazırda Qarabaqqal bələdiyyəsi) X2 olduğu ümumilikdə 0.30 ha torpaq sahəsinin 2013-cü il tarixli qərarlarının etibarsız hesab edilməsini” xahiş etmişdir. Daha sonra məhkəmənin hüquqi yardımı əsasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin X2 olduğu ümumilikdə 0.30 ha torpaq sahələrinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-361/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək cavabdehin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla X1 torpaq sahələri uzun illərdir ki, iddiaçının qanuni istifadəsindədir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Üçüncü şəxsin hüquqi varisi məhkəməyə ünvanladığı yazılı münasibətində iddianın mümkün sayılmamsını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəllər ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarından görünür ki, X5 0.08 ha və 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" lardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha və 0.22 ha torpaq sahələri X4 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxsin hüquqi varisi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin hüquqi varisinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 9-cu bəndinə görə, dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, dövlət müəssisələrinin daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilmir. İşdən göründüyü kimi, iddiaçı "xxxx" ASC-yə Göyçay Rayon XDS İK-in xx.xx.1979cu il tarixli 10 nömrəli qərarı ilə 5 ha, xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarı ilə isə əlavə olaraq 1,33 ha torpaq sahəsi ayrılmışdır. X7 Rayonu Çayarxı Bələdiyyəsi tərəfindən satılmış torpaq sahələrinin həmin torpaq sahəsinin ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmiş, cavabdeh tərəfindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə satılmış 0,08 və 0.22 ha torpaq sahələri ha torpaq sahələri elektron bazada 6.4 ha Dövlət mülkiyyətinə məxsus torpaq sahələrinin hüdudları daxilində yerləşir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Sadalanan normalara istinadən, məhkəmə bu qənaətə gəldi ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları X5 münasibətdə əlverişli inzibati aktlar olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vurur. Ona görə də iddia təmin edilərək, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları ləğv edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Göyçay Rayon Çayarxı bələdiyyəsinin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-24/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-24/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver