Məhkəmə qərarları › İş №2-1(116)-24/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-24/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-24/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən JN1057A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsi və həmin ünvanda yerləşən 593 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 359 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 2 ünvanında yerləşən, mərhum əri X5 miras qalmış evə və həmin evin yerləşdiyi 1549.1 kv. metr həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1-(116)-1388/2021 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "ünvan 1 ünvanında yerləşən JN1057A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun qeydə alınmasını, çıxarışın verilməsini və həmin ünvanda yerləşən 593 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 359,1 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında ünvan 1 ünvanında yerləşən 593 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin ölçüsünü 359 kv.m qeyd etməklə yenidən iddia tələbini dəqiqləşdirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin cəmi 0.06 ha hissəsinə mərhum əri ilə birlikdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1057A saylı Şəhadətnamə verilmişdir. X1 istifadəsində 30 aprel 1974-cü il tarixli 12/4042 reyestr nömrəli müqavilənamə ilə həyətyanı torpaq sahəsinə bitişik, X3 aldığı evin də 580 kv. metr torpaq sahəsi olmuşdur. Həmin 580 kv. metr torpaq sahəsinə hər hansı sənəd təqdim olunmamışdır. Hal-hazırda fərdi yaşayış evinin texniki pasportunda göstərilən 959,1 kv.metr və mərhum əri X7 30 aprel 1974-cü il tarixli 12/4042 reyestr nömrəli müqavilənamə ilə X3 aldığı evin yerləşdiyi 580 kv. metr torpaq sahəsi olmaqla cəmi 1549,1 kv. metr həyətyanı torpaq sahəsindən iddiaçı istifadə edir. Ona görə də iddiaçı, ünvan 3 ünvanda yerləşən, mərhum əri X5 miras qalmış evə və həmin evin yerləşdiyi 1549,1 kv. metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsini cavabdehdən xahiş etmiş, cavabdeh orqan 24 avqust 2021-ci il tarixli **********13 nömrəli cavab məktubu ilə iddiaçının müraciətinin icra olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı X2 şəhərində yerləşən 1549.1 kv.m torpaq sahəsinin 949.1 kv m hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında Oğuz bələdiyyəsinə aiddir. Torpaq sahəsi yaşayış məntəqələri həyətyanı torpaqlar kateqoriyasına aiddir. Faktiki torpaq sahəsi 1118 kv.metrdir. Üçüncü şəxs iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Hidayətova X14 bələdiyyəsinin vergi uçotu “şəxsi hesab” vərəqəsinə əsasən mərhum əri X8 məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin olmasına görə bələdiyyənin qeydiyyatındadır və vergi ödəyicisidir. İddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı tələbinə dair, həyətyanı torpaq sahəsinə bitişik, mərhum əri X7 30 aprel 1974-cü il tarixli 12/4042 reyestr nömrəli müqavilənamə əsasında istifadəsində olan 580 kv. metr torpaq sahəsi də olmaqla, cəmi 1549.1 kv. metr ölçüdə həyətyanı torpaq sahəsinin Dövlət Reyestrində qeydiyyata alınaraq “Çıxarış” ın verilməsinə Oğuz bələdiyyəsi etiraz etmir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-1057A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X9 və İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/6-11-735/2023 nömrəli məktubundan görünür ki, Şəki rayonu 1 saylı dövlət notariat ofisində rəsmiləşdirilmiş müqavilələr 1989-cu ildən və Şəki rayonu 2 saylı dövlət notariat ofisində rəsmiləşdirilmiş müqavilələr isə 1988-ci ildən başlayaraq arxivə təhvil verilmişdir. Sorğuya əlavə edilmiş müqavilənaməyə baxış keçirilərkən həmin müqavilənamənin Oğuz (Vartaşen) rayon Muxas kənd sovetliyində təsdiq edildiyi müəyyən edilmişdir. Kənd sovetliyində rəsmiləşdirilmiş sənədlər Dövlət notariat arxivinə təhvil verilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavədən görünür ki, 593 inventar nömrəli “Texniki pasportda göstərilən 959.1 kv.m torpaq sahəsi Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, təyinatı yaşayış məntəsi torpaqları uqodiyası çoxillik əkmələr, 1057 A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmişdir. Sözügedən torpaq sahəsinin 0,06 ha hissəsi JN-1057 A nömrəli şəhadətnaməyə, 0,0062 ha hissəsi 1142 A nömrəli şəhadətnamə ilə, 0,0012 ha hissəsi isə 1042 A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst üstə düşür. 0,0471 ha hissəsi isə Bələdiyyə mülkiyyəti ilə üst-üstə düşür. Torpaq sahəsi bütövlükdə İddiaçı istifadəsindədir. JN-1057A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0,06 ha torpaq sahəsi 593 inventar nömrəli "texniki pasportda qeyd edilən 959,1 kv.m torpaq sahəsinin hüdudları daxilindədir. xx.xx.1974-cü il tarixli "müqavilənamə" də qeyd edilən keçmiş Vaartaşen şəhəri, Kirov küçəsi ev 8 ünvanında yerləşən 580 kv.m torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd olmadığı üçün sərhədlərinin döngə nöqtələrinin koordinatlarını, təyinatı, uqodiyasını, mülkiyyətçisini təyin etmək mümkün olmamışdır. 593 inventar nömrəli "texniki pasportda qeyd edilən 959,1 kv.m torpaq sahəsi, JN-1057A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.1974-cü il tarixli "müqavilənamə"də qeyd edilən, keçmiş Vartaşen şəhəri Kirov küçəsi ev 8 ünvanında yerləşən 580 kv.m torpaq sahəsinin dair məkan göstəriciləri qeyd edilmiş sənəd olmadığı üçün yerləşmə vəziyyətinə dair müqayisəli plan-sxem tərtib etmək mümkün olmamışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-924/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü 1142A və 1042A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir. **********04- 10301 və **********63-10301 nömrəli çıxarış və plan olçü sənədlərinin surəti təqdim edilir. 1142A və 1042A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. 1057A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi yeni elektron uçot məlumatlarına əsasən 1142A və 1042A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmür. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1216/2023 nömrəli məktubundan görünür ki, Vartaşen şəhəri, Kirov küçəsi 8 nömrəli evin Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) görə poçt ünvanı ünvan 4 küçəsi ev 8) xx.xx.1987-ci il tarixli 593 inventar nömrəli texniki pasport əsasında verilmiş 1694 nömrəli qeydiyyat vəsiqəsində göstərilmiş C.Xasməmmədov küçəsi dalan 2, ev 1 (Kirov küçəsi dalan 2, ev 1) ilə eyni ünvandır. - AZ-İ 985900 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. - 1694 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən sahəsi 67,7 kv.m olan yaşayış evi X7 adına qeydə alınmışdır. - xx.xx.1987-ci il tarixli 593 inventar nömrəli texniki pasportdan görünür ki, Vartaşen şəhəri Kirov dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 959,1 kv.m, fərdi yaşayış evi üzrə hüquq subyekti X10r. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2745/2023 nömrəli məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən qeyd olunan ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin X4 adına (mülkiyyətində, qanuni istifadəsində) olması ilə əlaqəli hər hansı bir sənəd (hüquqmüəyyənedici və yaxud texniki sənəd) aşkar edilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3397/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin X4 faktiki (qanuni) istifadəsinə ayrılması barədə 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində sənədlər mövcud deyildir. Sorğuya əlavə olunmuş yerləşmə sxemində qeyd olunan 0,0045 ha ümumi istifadədə olan ərazi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuş bələdiyyə mülkiyyətində olan 0,0471 ha torpaq sahəsinin daxilində yerləşir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - ünvan 1 ünvanında yerləşən JN1057A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınmasına və çıxarışın verilməsinə, həmçinin həmin ünvanda yerləşən 593 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 359 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsinə nail olmaqdır. İddia tələbinin “JN1057A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından iddiaçının sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasını tələb etmək hüququ olmuşdur. Belə ki, sözügedən maddi hüquq normasına görə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh orqan JN1057A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyinə şübhə yaradacaq hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da sözügedən şəhadətnamə əsasında iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hər hansı hal aşkar edilməmişdir. İddia tələbinin “593 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 359 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 359 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Sabir Alməmmədova məxsusluğunun müəyyən edilməsinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbayan Respublikası Prezidentinin xx.xx.2015 ci il tarixli 439 saylı Fərmanı təşkil edir. Belə ki istinad olunan Fərmanla təsdiq edilmiş “Siyahının” 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddia olunan 359 kv.m torpaq sahəsi yerləşən fərdi yaşayış evi üzərində 1694 nömrəli qeydiyyat vəsiqəsi əsasında X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tətib edilmiş 593 inventar nömrəli texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 959.1 kv.m göstərilmişdir. Sözügedən torpaq sahəsinin 600 kv.m hissəsi JN1057A nömrəli Şəhadətnamə ilə üst-üstə düşdüyündən, iddiaçı qalan 359 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Sabir Alməmmədova məxsus olmasını iddia etməkdə haqlı olmuşdur. Cavabdeh orqan ilkin olaraq təqdim etdiyi mütəxəssis rəyində 593 inventar nömrəli “Texniki pasportda göstərilən 959.1 kv.m torpaq sahəsinin 0,0062 ha hissəsinin 1142 A nömrəli şəhadətnamə ilə, 0,0012 ha hissəsinin isə 1042 A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst üstə düşməsini bildirsə də, məhkəmə tərəfindən üst-üstə düşdüyü bildirilən şəhadətnamələrdə qeyd edilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilməsi və yeni tərtib edilmiş sənədlərin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi yoxlanılmışdır. Müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü bildirilən 1142A və 1042A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir (**********04- 10301 və **********63-10301 nömrəli çıxarış və plan olçü sənədləri). 1057A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi yeni elektron uçot məlumatlarına əsasən 1142A və 1042A nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində olan, JN1057A nömrəli Şəhadətnamədə qeyd edilmiş 600 kv.m torpaq sahəsindən əlavə 359 kv.m torpaq sahəsi ilə bağlı cavabdeh orqanın imtinası da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan iddiaçı, torpaq sahəsi ilə bərabər həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə 1694 nömrəli qeydiyyat vəsiqəsinə istinad etməklə mülkiyyət hüququnun mərhum Sabir Alməmmədova məxsusluğunu iddia etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən JN1057A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi, həmçinin sözügedən ünvanda yerləşən 593 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 359 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar