Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2417/2025 13.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı X38 üçüncü şəxs qismində cəlb edilərək, “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək “RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən X10, X17 və X4 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “iddiaçının mərhum anası X26 26 iyul 1995-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra ünvan 1ində 0,20 ha həyətanı torpaq sahəsi və 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində həmin fərdi yaşayış evi yarasız hala düşmüş və nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən mirası qəbul edən vərəsə kimi iddiaçının adına, həmin fərdi yaşayış evinin yerinə yenisi inşa edilmişdir. X38 qanunsuz olaraq İddiaçı mərhum anası X12 miras qalmış və 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzəzlədən sonra iddiaçının adına inşa edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Qeyd olunan xüsusatla bağlı olaraq Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti 25 aprel 2019-cu il tarixli, 8/601/11-17 nömrəli məktubla iş üzrə cavabdehə müraciət etmiş və zəlzələ nəticəsində yenisi inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq siyahılarda X23 adının texniki səhv nəticəsində qeyd edildiyi bildirilmişdir. Bununla yanaşı, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(033)-944/2017 iş nömrəli qətnaməsindən də göründüyü kimi, mərhum X12 miras qalmış ünvan 1ində yerləşən 0,06 ha həyətanı torpaq sahəsi və 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evinin İddiaçı tərəfindən miras qismində qəbul edilməsi, o cümlədən, qanun üzrə birinci dərəcəli vərəsə olan İddiaçı mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə və onların barəsində sərəncam verilməsi ilə bağlı hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, cavabdeh tərəfindən ünvan 1ində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzərində X23 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi məqəsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan 28 sentyabr 2021-ci il tarixli, **********45 nömrəli məktubu ilə müraciətdə göstərilən məsələlərin icrasından imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Nəticədə, həmin tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2- 1(116)-483/2022 iş nömrəli qərarı ilə iddia təmin edilmiş və həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. İddiaçı bundan sonra qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan qeyd olunan fərdi yaşayış evinin özündə olan siyahılarda başqa şəxsin adına inşa edildiyini əsas gətirərək qanunsuz olaraq növbəti dəfə də iddiaçının ərizəsinin icrasından imtina etmişdir.”. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Həsənov X11 rayonu, Gözbarax kəndi ünvanında yerləşən fərdi yaşayış evinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi “Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair” Zaqatala Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda İddiaçı deyil başqa şəxsin adına qeyd olunmuşdur. Buna görə də qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (sözügedən evə münasibətdə dürüstləşdirilmiş siyahı) təqdim edildikdən sonra yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılması barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3- 21-3-47/2-H-0037-8/2023 (**********04) nömrəli məktub ünvanlanmışdır. Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər (siyahılar) əsasında aparılır. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur.”. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2557/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2557/2023 nömrəli qərarından iş üzrə tərəf olmayan şəxs X23 nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-434/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış, eyni zamanda xx.xx.2024-cü il tarixli 2-1(107)-434/2024 nömrəli qərardadla X23 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. X23 nümayəndəsi Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək, iş üzrə qəbul edilmiş məhkəmə aktının Lətif İsayevin qanunla qorunan maraqlarına toxunduğunu bildirmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2557/2023 nömrəli qərarının ləğv edilməsini, üçüncü şəxs qismində icraata cəlb olunmaqla iddia tələbinə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il 2-1(116)-3653/2024 nömrəli qərardadı ilə X38 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2557/2023 nömrəli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. X23 nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, “İddiaçı hazırki iş üzrə iddiasının təmin edilməsinə dair xx.xx.2023cü il tarixli 2-1(116)-2557/2023 nömrəli qərarı ‘məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(1 16)-3653/2024 nömrəli qərardadı ilə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra həmin işin icraatı eyni nömrə ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ali Məhkəmənin icraatında olan hazırki işlə əlaqəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Ali Məhkəmədə aidiyyatı üzrə işə baxılmış və yekun akt qəbul edilmişdir. Bundan sonra hazırki iş üzrə İnzibati Məhkəmədə araşdırma aparılması davam etdirilməyə başlamışdır. Məhkəmə iclası ilk olaraq xx.xx.2025-ci il tarixdə keçirilmiş, daha sonra xx.xx.2025-ci il tarixdə keçirilmiş, daha sonra isə xx.xx.2025- ci il tarixdə keçirilərək növbəti qeyri-müəyyən tarixə təxirə salınmışdır. Hazırki iş üzrə iddianın mahiyyəti ondan ibarətdir ki, yəni Həsənov X11 rayonu Gözbarax kəndində X5, X7 və X4 ümumbirgə mülkiyyətində olan 0,2014 ha torpaq sahəsi üzərində Dövlətimiz tərəfindən tikilmiş ümumi sahəsi 107,1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ DƏDR-də qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilsin. Bir daha məhkəmənin diqqətinə çatdırıram ki, həmin iddia əvvəllər təmin olunmuş, İddiaçı arzu etdiyi çıxarış rəsmiləşdirilərək ona verilmiş, lakin sonradan yuxarıda göstərilənlərə əsasən qanunsuz qəbul olunmuş qərarlar ləğv olunmuş və məlum olmuşdur ki, İddiaçı istinad edərək məhkəməyə təqdim etdiyi sübutlar, o cümlədən məhkəmə qərarları qanunsuz olduğuna görə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilərək qüvvədən düşmüşdür.”. Odur ki, İddiaçı iddiasının rədd edilməsini, ünvan 5ində yerləşən X5, X7 və X4 ümumbirgə mülkiyyətində olan 0,2014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.m olan fərdi yaşayış evinin üzərində DƏDR-də İddiaçı mükiyyət hüququna dair aparılmış qeydiyatın ləğv edilməsini, MPM-nin tələbləri nəzərə alınmaqla icrada dönüş edilərək həmin fərdi yaşayış evinin X23 xüsusi mülkiyyəti kimi DƏDR-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, İddiaçı bizə müraciət edərək İsayev Lətifin adına olan çıxarışın ləğv edilməsini və həmin çıxarışın iddiaçının adına işlənilməsini xahiş etmişdir. Bu məsələ idarənin səlahiyyəti olmadığına görə həll edə bilməmişik. X45 Nazirliyi tərəfindən tikilən evdir. Bu evlərə icra hakimiyyəti tərəfindən siyahı tərtib edilib Dövlət Xidmətinə verilmişdir. Həmin siyahıda İsayev Lətifin adı olmuşdur. Bundan sonar İcra Hakimiyyəti məktubla müraciət edərək bizə bildirdi ki, Lətifin adı səhvən düşüb. Əslində İddiaçı olmalıdır. Buna görədə Apellyasiya Məhkəməsi qərarı ləğv edir və bunun əsasında İddiaçı adına çıxarış verilmişdir. Bundan sonar Lətif mirasın qəbul edilməsiylə bağlı məktub təqdim edərək işin yeni hallar kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, 107.10 kv.m torpaq sahəsi 3/8 hissədə X5, 3/8 hissədə X7, 2/8 hissədə X4 adına, ünvan 5ində 0.2014 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X23 adına tam mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. • Zaqatala Rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin yerinə yeni inşa edilmiş evlər barədə məlumat cavabdehə təqdim edilmiş, Gözbarax kəndində FHN tərəfindən tikilmiş , yaşayış evlərinin siyahısında 253 nömrəsinin qarşısında X23 adı qeyd edilmişdir. • Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsindən, xx.xx.2022-ci il tarixli SDS-719 №-li məktubundan və Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixdə cavabdehə ünvanladığı məktubdan görünür ki, məhkəmənin qanuni qüvvəsini almış, müvafiq qətnaməsinə əsasən İddiaçı 26 iyul 1995-ci il tarixdə vəfat etmiş anası X13 miras qalmış ünvan 5ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evin miras əmlak qismində qəbul edilməsi, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilmişdir. • Zaqatala Rayon İcra Hakimiyyəti cavabdehə məlumat verərək, mərhum X20 məxsus ünvan 5ində yerləşən həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evinin rayonda baş vermiş məlum zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü üçün yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X23 adının qeyd olunmasını bildirmişdir. • Zaqatala RİHB-nın Gözbarax kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 11 №-li və xx.xx.2022-ci il tarixli 28 №-li məktublarından görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X18 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X6 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir. 2012-ci ildə yenidən inşa edilmiş yaşayış evi yuxarıda qeyd olunan torpaq sahəsində yerləşir. Yaşayış evi 2012-ci ildə X23 adına tikilmişdir. X18 fərdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra oğlu X10 və oğlunun arvadı X17 yaşamışdır. Ailənin uşaqları olmamışdır. X10 xx.xx.2005-ci ildə, arvadı X17 isə xx.xx.2011-ci ildə vəfat etmişdir. X3 Fatma Məhəmməd qızının bacısı oğludur. Onun həmin evdə yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. 2012-ci ildə ərazidə baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın qiymətləndirilməsi FHN-nin komissiyaları tərəfindən aparılmışdır. X18 fərdi yaşayış evi qəzalı hesab edilmiş və yerində sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli ev tikilmişdir. Yaşayış evini tikilməsindən (2012-ci ildən) indiyədək evdə heç kim yaşamır. • Zaqatala rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” informasiya sistemində yoxlama aparılaraq vətəndaşlar X14 ilə X10 arasında nikahın bağlanmasına dair akt qeydi aşkar olunmamışdır. • cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsində qeyd olunan ünvan 5ində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda hər hansı sənədlər və qeyd olunan qətnamənin icrası ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X10, X17, X27, X2 adları qeyd edilmişdir. • A 276950 №-li “Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Zaqatala RAİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 5ində yerləşən 2142.37 kv.m torpaq sahəsinin plan-ölçü sənədi X5 adına tərtib edilmiş və X40 kitabında xx.xx.2010-cu il tarixdə 295 nömrə ilə uçota alınmışdır. • Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 11 №-li məktubuna əlavə edilmiş, 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan X10 və X20 aid hissədən çıxarışlardan görünür ki, təsərrüfatda 1986-1990-cı illərdə, 1991-1995-ci illərdə və 1996-2000-ci illərdə X15 və X8 adları qarşısında 0.20 ha torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilmişdir. X18 adına 1986-1990-cı illərin, 1991- 1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat qeyd edilmiş, lakin adının qarşısında torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilməmişdir. • cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir • AZ-İ 836307 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. • Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 473 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, X5 vərəsəsi arvadı xx.xx.2011-ci il tarixdə ölmüş X7 bacısı oğlu X38 və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. • qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə ölmüş X9 vərəsəsi bacısı oğlu X29r və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. • xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə ölmüş X5 vərəsəsi bacısı oğlu X29r və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. • Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sentyabr 2016-cı il tarixli 661 nömrəli arayışına əsasən, X5 varisləri ( X17 və X29r. • Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 668 nömrəli arayışına əsasən X38 mərhum X10 və X7 əmlakından özü istifadə edir. • Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sentyabr 2016-cı il tarixli arayışına əsasən, X7 varisi X29r. • Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2001-2005-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X38- ailə başçısı, X16-arvadı, X39-qızı, X47 oğlu-oğlu. • Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2006-2010-cu illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X38- ailə başçısı. • Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X38- ailə başçısı. • Gözbarax bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 9 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X10 və X1 rayonu Gözbarax kəndində yerləşən onla4ra məxsus yaşayış evi, həyətyanı torpaq sahəsi, əmlakı və pay torpağını X30 vəsiyyət etmişlər, • Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsinin 01,08.2024-cü il tarixli qərardadı ləğv edilmiş, X38 iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmiş, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs X23 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. • Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən, maraqlarına toxunan şəxs X38 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə fair ərizəsi baxılmamış saxlanılmışdır. • Fərdi yaşayış evinin məhv olması (yenidən təşkil edilməsi) haqqında yazının təsdiq edilmiş surətindən görünür ki, fərdi yaşayış evi tam mülkiyyət hüuqu əsasında X23 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissə: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X23 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2- 1(116)-483/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X23 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2-1(107)-435/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışda - fərdi yaşayış evi üzərində X23 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı olmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X10, X17, X27, X2 adları qeyd edilmişdir. -2005-ci ildə X10, 2011-ci ildə isə X17 vəfat etdikdən sonra 2006-cı ildən 2015-ci ilə qədər Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı kimi X23 adı, ailə tərkibi kimi isə X16-arvadı, X39-qızı, X35 adı qeyd edilmişdir. -1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlara əsasən, X18 adına 1986-1990-cı illərin, 1991-1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat olduğu qeyd edilsə də, həmin təsərrüfatbaşına kitabda adının qarşısında torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilməmişdir. -X38 həmin mülki iş üzrə maraqlı tərəf kimi cəlb edilməmişdir. X34 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, maraqlarına toxunan şəxs X38 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ləğv edilmiş, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-940/2025 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2- 1(107)-435/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. X48 Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “39. xx.xx.2016-cı il tarixli 377 və 378 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən xx.xx.2005-ci il tarixdə ölmüş X5 və xx.xx.2011-ci il tarixdə ölmüş X7 vərəsəsi - X29r. 40. Hazırda iddiaçının hüquqi marağı üçüncü şəxsin adına verilmiş 2016-cı il tarixli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsinə yönəlmişdir. 41. İddianı təmin edən birinci instansiya məhkəməsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)- 944/2017 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır. 42. Beləliklə yuxarıda göstərilənlərdən müəyyən edilir ki, üçüncü şəxs ünvan 5ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən uzun illərdir istifadə edir və bu işdə olan təsərrüfatbaşına kitablar ilə öz təsdiqini tapır. 43. Belə ki, iş materiallarında olan arxiv arayışlarına əsasən, 2001-2005-ci illərdə, 2006-2010-cu illərdə və 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı hazırkı üçüncü şəxs X38 qeyd olunmuşdur. 44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir. 45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisələndirilən çıxarışı verərkən qanunvericiliyin tələblərinə riayət edərək üzərinə düşən vəzifəni icra etmiş, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış, üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə almışdır. 46. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçıya izah edir ki, mübahisəli daşınmaz əmlaka çıxarışın alınması üçün iddiaçının ilk növbədə həmin əmlaka dair miras payı müəyyən edilməlidir. Həmin məsələyə isə ümumi (mülki) məhkəmə qaydasında baxılmalıdır. Qeyd edilən məsələnin müsbət həllindən sonra iddiaçı pay hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində çıxarışda dəyişikliklərin edilməsini tələb edə bilər. 47. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.”. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsassız olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, üçüncü şəxsin qanunla qorunan maraqları bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Maddə 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Maddə 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. Maddə 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırda istinad etdiyi faktiki hallar üzrə yuxarı instansiya məhkəmələri tərəfindən araşdırma aparılaraq, iddiaçının tələbi əsaslı hesab olunmadığından iddia rədd olunmalı, ünvan 5ində yerləşən X5, X7 və X4 ümumbirgə mülkiyyətində olan 0,2014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.m olan fərdi yaşayış evinin üzərində İddiaçı mükiyyət hüququna dair aparılmış qeydiyat ləğv edilməli, icrada dönüş edilərək həmin fərdi yaşayış evinə dair X23 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək “RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən X10, X17 və X4 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,2014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rədd edilir. ünvan 5ində yerləşən X5, X7 və X4 ümumbirgə mülkiyyətində olan 0,2014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.m olan fərdi yaşayış evinin üzərində İddiaçı mükiyyət hüququna dair aparılmış qeydiyat ləğv edilir. İcrada dönüş edilərək həmin fərdi yaşayış evinə dair X23 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə həvalə olunur. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2417/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2417/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver