Məhkəmə qərarları › İş №2-1(116)-2418/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2418/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2418/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş həmin məhkəmənin icraatına xx.xx.2022-ci ildə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci ildə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra müəyyən edilmişdir ki, İddiaçı eyni məzmunlu iddia ərizəsi ilə bilavasitə Şəki İnzibati Məhkəməsinə də müraciət etmiş, həmin iş xx.xx.2022-ci ildə 2-1(116)-1906/2022 nömrəsi ilə qeydiyyata alınmış və hazırda məhkəmənin icraatındadır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, belə olan halda, Bakı İnzibati Məhkəməsindən Şəki İnzibati Məhkəməsinə göndərilmiş iş üzrə iddia mümkün sayılmamalıdır. Lakin İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, Bakı İnzibati Məhkəməsindən Şəki İnzibati Məhkəməsinə göndərilmiş iş üzrə iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia ərizəsini geri götürdüyünü bildirməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu prosessual hərəkətlər İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar