Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-242/2022 04.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X23, X17, X15 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında qeydiyyatda olan X18 (nəvə), X4 (nəvəsi Xəyalın arvadı), X12 (nəvəsi Xəyalın qızı), X23 (keçmiş gəlini, yəni oğlu Cabirin keçmiş arvadı), X17 (nəvəsi), X15 (nəvəsi Röyalın arvadı) və X6 (nəvəsi Röyalın qızı) onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı iddiaçının adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, X18, X4, X12, X23, X17, X15 və X6 ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 189-20379İ-3222 nömrəli imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən Şəki ŞRPŞ-nin QMQ-da vətəndaşların fərdi uçot kartoçkaları ünvana görə deyil, vətəndaşların familiyası, adı və atasının adına əsasən düzülür. Odur ki. ünvan 1 ünvanında hansı vətəndaşların qeydiyyatda olması barədə məlumat verilməsi mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən saxlama müddəti bitmiş, öz qanuni qüvvəsini itirmiş sənədlər 5 (beş) ildən sonra şöbə rəhbərliyinin iştirakı ilə akt tərtib edilərək ləğv edilir. X18, X4, X17 və X15 iddia tələbinə dair etiraz ərizəsini məhkəməyə ünvanlamışlar. Ərizədə qeyd edilmişdir ki, Fərrux Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evi X.İmamverdiyev və R.İmamverdiyevin atası X19 tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsi X10 atası X19 tərəfindən 1996-cı ildə əldə edilmişdir. Lakin həmin vaxt atasının adına torpaq sahəsi olduğundan, ona görə də ona ikinci torpaq sahəsi verilə bilinmədiyindən X19 məcbur qalaraq həmin torpaq sahəsini atası İddiaçı adına sənədləşdirmişdir. Bundan sonra həmin torpaq sahəsində üçüncü şəxslər X18 və X11 atası X19 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Üçüncü şəxs 2007-ci ildən həmin evdə yaşayır və həmin evdə ailə quraraq həyat yoldaşı X3 həmin fərdi yaşayış evinə gəlin gətirmişdir. Birgə nikahlarından olan övladırı X12 da həmin evdə anadan olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşayan vaxt həmin fərdi yaşayış evi heç İddiaçı mülkiyyətində belə olmamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da görünür ki, həmin fərdi yaşayış evində İddiaçı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının qeyd etdiyinə görə tərəflər arasında hüquq münasibətləri 2012-ci il tarixdə yaranmış və hal-hazıradək davam etmişdir. Lakin tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından əvvəl yaranmışdır. Hazırkı iş üzrə üçüncü şəxs olan X18 iddiaçının nəvəsi, digər üçüncü şəxslər X4 və X12 isə onun arvadı və qızı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxildir. Həmçinin üçüncü şəxs X17 iddiaçının nəvəsi, digər üçüncü şəxslər X15 və X16 isə onun arvadı və qızı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxildir Yuxarıda qeyd edilənlərə əsasən üçüncü şəxslər etiraz məktublarında hazırkı iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-242/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə iş üzrə icraat Şəki Rayon Məhkəməsinin icraatında olan, iddiaçılar X17 və X7 (hazırkı iş üzrə üçüncü şəxs) həmin iş üzrə cavabdehlər İddiaçı (hazırkı iş üzrə iddiaçı) və X8 qarşı “cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar X17, X7, onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı və X8 qadağan edilməsi” tələbinə dair iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. İş materiallarında olan iddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəyə əlavə olunmuş Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-101/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X17 və X7 cavabdehlər İddiaçı və X8 qarşı “cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar X17, X7, onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı və X8 qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 538/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-101/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-101/2022 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)- 101/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-242/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(075)- 822/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X18, X4 və X9 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamə ilə X18, X4 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilmiş, həmçinin qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər X18, X4 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-242/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadının tələblərinə uyğun olaraq əvvəldən iş üzrə üçüncü şəxs qismində iştirak edən X23, X17, X15 və X16 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmənin sərəncamı, məktubu və ona əlavə edilmiş sənədlər üçüncü şəxsə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik xx.xx.2022-ci il tarixli 138 nömrəli məktubunda qeyd etmişdir ki, ünvanlanmış məhkəmə sənədləri xx.xx.2021-ci il tarixdə İmamverdiyev Xəya və İmamverdiyev Röyalın ataları X13 çatdırılmışdır. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “X20, X17, X15 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********09 nömrəli məktubuna əlavə olunmuş: X32 filialının xx.xx.2015-ci il tarixli 1451 nömrəli məktubundan görünür ki, iddiaçıya şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla üç otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir. Şəki ŞİH başçısının xx.xx.2012-ci il tarixli 1/219 nömrəli sərəncamından çıxarışdan görünür ki, həmin sərəncamla Şəki ŞİH başçısının xx.xx.1996-cı il tarixli 1/171 nömrəli sərəncamına əsasən şəhərin 98-ci kvartalında iddiaçının inşa etdiyi fərdi yaşayış evinin tikintisi başa çatdırıldığından onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 275 kv.m hissəsi X2. RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0325 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. ASAN-Şəki tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, X23, X17, X15 və X16 iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-101/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X17 və X7 cavabdehlər İddiaçı və X8 qarşı “cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar X17, X7, onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı və X8 qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-538/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-101/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan, həmin ünvana köçürülmə və istifadəyə hər hansı maneçilik törədilməsinin qadağan olunması tələbinə dair iddiası rədd edilmiş üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbindən ibarət iddiası əsaslıdır və təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X23, X17, X15 və X6 İddiaçı məxsus ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-242/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-242/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver