Məhkəmə qərarları › İş №2-1(116)-243/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-243/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-243/2020 11.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "01.09.1969-cu ildən 10.07.1973-cü ilədəkV.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur. O, 01.09.1969-cu ildə V.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olaraq, həmin İnstitutda təhsil almış və dövlət imtahan komissiyasının 10.07.1973-cü il tarixli qərarı ilə ona orta məktəbdə coğrafiya müəllimi ixtisası verilmişdir. İddiaçıya 28.11.2015-ci ildə cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin həmin vaxt onun İnstitutda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməmişdir. Hazırda onun aldığı pensiyanın məbləği 293,84 manat təşkil edir, təhsil müddəti onun sosial sığorta stajına daxil ediləcəyi halda, bu məbləğ 12,47 manat artaraq 306,31 manat olacaq. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək təhsil aldığı həmin müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh özünün 06.08.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə, təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir, əgər bu müddət nəzərə alınarsa, onun aldığı yaşa görə əmək pensiyasının məbləğində artım olacaqdır. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ю seriyalı 289754 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1969-cu ildən 10.07.1973-cü ilədək V.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır; - İşdə olan, cavabdehin 10.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 28.11.2015ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda pensiyasının məbləği 293,84 manatdır. İddiaçının 01.09.1969-cu ildən 10.07.1973-cü ilədəkəyani təhsil illəri onun sosial sığorta stajına daxil edilərsə aylıq pensiyası 12,47 manat artaraq 306,31 manat olacaqdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, cavabdehin imtinasının dəlili "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsindən ibarətdir. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tuturdu. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının 01.09.1969-cu ildən 10.07.1973-cü ilədək V.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.09.1969-cu ildən 10.07.1973-cü ilədək V.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsiilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar