Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-243/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun, Üçüncü şəxslər X4 və X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X14rşı (üçüncü şəxslər: X12, X17, İskəndərova Bənövşə Əmiran qızı və X15) “Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hazırlanmış 582 nömrə ilə uçota alınmış A 434511 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş 15000 kvm torpaq sahəsinin 0,96 ha hissəsinin ləğv edilməsi, X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və Çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli 577 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, hazırda mövcud vəziyyətə uyğun yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0.96 ha torpaq sahəsinin və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Aparılmış torpaq islahatı zamanı, yəni, 1996-cı ildə qəbul olunmuş Torpaq İslahatı haqqında Qanuna əsasən Zaqatala rayonu Bəhmətli kənd ərazisində iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,71 ha əkinə yararlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon X8 xx.xx.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında xx xxxxxx 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır. Həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Eyni zamanda həmin şəhadətnamədə qeyd olunmuşdur ki, torpaq başqa torpaq istifadəçisinə ancaq qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayda üzrə verilə bilər. Həmin torpaq sahəsi həmin vaxtdan indiyədək onun və ailə üzvlərinin qanuni istifadəsindədir və hal-hazırda da torpaq sahəsindən onlar istifadə edirlər. Zaqatala rayon X8 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması və aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi məqsədi ilə yenidən torpaq islahatı aparılmış və mülkiyyətlərində olan torpaq sahələrinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmin sənədlər 2013-cü ildə hazırlanmış, lakin vətəndaşlara 2018-ci ildə paylanmışdır. Mülkiyyətlərində olan torpaq sahələrinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədlərini əldə etdikdən sonra məlum olmuşdur ki, 1996-cı ildən istifadədə olan 1,7 ha torpaq sahəsinin 0,96 ha hissəsi Bəhmətli kənd sakini X5 və onun ailə üzvülərinin adına işlənmiş və onun adına hüquqi sənədlər hazırlanmışdır. Onun və ailə üzvlərimin adına isə istifadə etmədiyi yerdə sənədlər hazırlanmışdır. X4 adına işlənmiş 0,96 ha torpaq sahəsində 1996-cı ildə o və ailə üzvləri fındıq ağacları əkərək torpaq münbitləşdirərək bağ halına gətirmiş və oradan məhsul yığaraq, hazırda da ondan istifadə edirlər. O, hazırda Dövlət Torpaq Xəritəçəkmə Komitəsi ləğv edildiyindən və Prezidentin fərmanına əsasən ləğv edilmiş Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti olduğundan o, sonuncu adı çəkilən təşkilatın 18 saylı X16 müraciət etmiş. Lakin cavabdeh təşkilat onun müraciətinə imtina cavabı vermişdir. Cavabdehin etirazının dəlilləri: Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə 3-cü şəxslərə (4 nəfərə) Zaqatala rayon X8 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən AN 434506 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi iş üzrə 3-cü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı 3-cü şəxs X4 əmisi olduğunu, sənəd üzrə torpaq sahəsindən istifadə etmədiyini, sənəd üzrə ona verilən torpaq sahəsinin 0.96 ha hissəsini əmisinə verməyə razı olduğunu, faktiki istifadəsində olan sahədə fındıq bağı saldığını bildirib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxslər mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, iddiaçının orada fındıq bağı saldığını, fındıq ağaclarının oradan çıxarılaraq torpaq sahəsinin onlara təhvil verilməli olduğunu bildirib iddianın təmin edilməməsini xahiş etdilər. İş materiallarında olan A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala X8 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 15000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 582 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli A seriyalı 404373 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********66 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və ailə üzvləri X17, İskəndərova Bənövşə Əmiran qızı və X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bəhmətli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Arayışndan görünür ki, X13 və onun ailə üzvülərinə, mülkiyyətinə dair işlənmiş 0.96 ha torpaq sahəsi 1996-cı ildə aparılmış islahat zamanı X2 və onun ailə üzvülərinə, mülkiyyətinə və istifadəsinə verilmiş torpaq sahəsidir. Şahvələd İsgəndərov həmin torpaq sahəsində 1996-cı ildən fındıq bağı salmış və bu günədək həmin torpaq və fındıq bağı Şahvələd İsgəndərovun və ailəsinin istifadəsindədir. Həmin torpaq sahəsinə dair sənədlər 2003-cü ilin islahatında mexaniki səhv olaraq Əli İsgəndərovun adına işlənmişdir. Bu məsələ 2019-cu ildə sənədləşmə aparılan zaman tərəflərə məlum olmuşdur. İş materiallarında olan Bəhmətli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 17 nömrəli Arayışından görünür ki, Bəhmətli kəndində 1996-cı ildə islahatlar getdiyi zaman Mosulhənd çölündə İddiaçı göstərilən 1.50 ha əkin sahəsinə həmin ildən bəri fındıq topaları salmışdır. Lakin 2003-cü ilin islahatları zamanı hər hansısa bir mexaniki səhvə görə yerdəyişməsi etmişlər. Buna görə İddiaçı istifadəsində olan həmin sözü gedən sahənin 1.20 ha X9 və oğlu X10 DT və XK Torpaq sahəsinin plan və ölçüsünə işləmişlər. Halhazırda həmin sözü gedən sahə 2018-ci ildə bilinmişdir və tərəflər arasında mübahisəyə səbəb olmuşdur, hələ də davam etməkdədir. Hal-hazırda həmin fındıq bağı İddiaçı Vəlyyədin oğlunun istifadəsindədir və onun şəxsi mülküyyətındədir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,96 ha torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Məhkəmə araşdırması nəticəsində torpaq sahəsinin 3-cü şəxslərə aid olduğu məlum olmuşdur. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. İddiaçıya “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Həmin şəhadətnamə Zaqatala rayon X8 xx.xx.1995-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir. Verilmiş şəhadətnamə Dövlət qeydiyyat kitabında xx xxxxxx 1996-cı ildə 2002 saylı nömrə ilə qeydiyyata alınmışdır və həmin şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, torpaqdan istifadə hüququna aid şəhadətnamə torpaq mülkiyyətçisinə şəhadətnamə verilən müddətə qədər etibarlıdır. Göründüyü kimi iddiaçının adına Zaqatala rayon X8 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə A seriyalı 434511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, onun verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə” qüvvədən düşmüşdür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin üst-üstə düşməməsi 3-cü şəxslərin adına tərtib olunmuş sənədlərin ləğvinə səbəb ola bilməz. Həmçinin yuxarıda qeyd olunduğu kimi 0.96 ha torpaq sahəsinə dair iddiaçının adına heç bir hüquqmüəyyənedici sənəd tərtib olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X14rşı (üçüncü şəxslər: X12, X17, İskəndərova Bənövşə Əmiran qızı və X15) “Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hazırlanmış 582 nömrə ilə uçota alınmış A 434511 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş 15000 kvm torpaq sahəsinin 0,96 ha hissəsinin ləğv edilməsi, X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və Çıxarış verilmiş qeydiyyatın, həmin qeydiyyatın aparılmasına əsas olmuş Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli 577 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, hazırda mövcud vəziyyətə uyğun yeni torpağın mülkiyyət sənədlərinin hazırlanmasını və həmin 0.96 ha torpaq sahəsinin və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-243/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-243/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver