Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-243/2024 29.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1962-ci ilin sentyabr ayından xx.xx.1966-cı ilə qədər peşə təhsili aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1962-ci ilin sentyabr ayından xx.xx.1966-cı ilə qədər peşə təhsili aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1962-ci ildə Ağdam rayon Kənd təsərüffatı texnikomuna daxil olmuş, xx.xx.1966-cı ildə həmin texnikomu bitirmişdir. 1965-ci ilin oktyabr ayında “Zakafqaziya” montaj idarəsinin Hidroelektromontaj idarəsinə mantyor vəzifəsinə qəbul edilmişdir. 1966-cı ilin aprel ayına qədər həmin vəzifədə çalışmışdır. 1967-ci ilin yanvar ayından SK-da işə daxil olmuş və burada 1972-ci ilin avqust ayına qədər çalışmışdır. 1973-cü ildən 1976-cı ilə qədər Sumqayıtda 7 saylı briqadada gözətçi vəzifəsinə təyin edilmişdir. 1977-ci ildən 1980-ci ilə qədər “Malakorskaya” GES-də işləmişdir. O, 1980-ci ilin noyabr ayında Ağdam subarteziyan quyularının istismarı idarəsində baş mühəndis vəzifəsində çalışmış, 1983-cü ilin iyun ayında işdən çıxarılmışdır. PMK-39 da 1983-cü ilin iyun ayından 1984-cü ilin oktyabr ayına qədər işləmişdir. 1984-cü il Ağdam UOSAAQ EDM-də rəis vəzifəndə işləmişdir. 2013-cü ilin iyun ayında işdən çıxarılmışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-282053/2023 nömrəli ərizəsində qeyd etmişdir ki, cavabdeh orqan İddiaçı ərizəsini aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yönləndirmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanan cavab məktubunda İddiaçı xx.xx.2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla iddiaçıya 42 il 10 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq 423.97 manat pensiya təyin edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq, ona pensiya təyin olunub-olunmadığı soruşulmuşdur. İddiaçı iddia tələbinin cavabdeh tərəfindən təmin olunduğunu, 2023-cü ilin iyun ayından həmin pensiyanı aldığını və iddia tələbinə baxılmasında maraqlı olmadığını bildirmişdir. Məhkəmə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli 3-17-1/2-282053/2023 nömrəli məktubunu iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş, müvafiq tədbirlər görmüş və iddiaçıya onun təhsil illəri nəzərə alınmaqla pensiya təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1962-ci ilin sentyabr ayından xx.xx.1966-cı ilə qədər peşə təhsili aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-243/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-243/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver