Məhkəmə qərarları › İş №2-1(116)-244/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-244/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-244/2021 16.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (Fondun 13 saylı regional ərazi filialı) qarşı “hüququnun yarandığı xx xxxxx 2019cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-ci il tarixdən 04 may işlədiyi illər, xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək Şirvan Su Tikinti Trestinin Ucar ANM-sində çilingər işlədiyi illərin və xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2002-ci il tarixədək fasiləsiz olaraq Şirvan Su Tikinti X1 X2 Stansiyasında (THANS) çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və həmin illərin xx.xx.2019-cu il tarixdən sosial stajına daxil edilərək əmək pensiyası arasında olan fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə iddia tələbində dəqiqləşdirmə aparmış və “hüququnun yarandığı xx xxxxx 2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş məhkəmə icraatında olarkən xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının tələbinə yenidən baxılması üçün vaxt istəmiş və bu səbəblə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. xx.xx.2021ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının tələbi təmin ediləcək, onun pensiya kartı aprel ayının 15-dək təqdim ediləcək və bununla bağlı inzibati orqanın qəbul etdiyi qərar məhkəməyə təqdim olunacaqdır. Cavabdeh orqan İddiaçı 3-cü qrup əlilliyə görə pensiya təyin edilməsinə dair xx.xx.2021-ci il tarixli, 82 nömrəli qərarın surətini məhkəməyə ünvanlamış, qərarın surəti məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Sözügedən qərarın surətindən görünür ki, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edilmiş, ona xx.xx.2019-cu il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə, cavabdeh orqanın ünvanladığı xx.xx.2021-ci il tarixli, 82 nömrəli qərarın surətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarın surətindən görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (Fondun 13 saylı regional ərazi filialı) qarşı “hüququnun yarandığı xx xxxxx 2019cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar