Məhkəmə qərarları › İş №2-1(116)-2444/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2444/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2444/2025 25.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «arayışın ləğv edilməsi, müvafiq cinayət işinin olubolmamasının araşdırılması, hərbi biletin qaytarılması və iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «arayışın ləğv edilməsi, müvafiq cinayət işinin olubolmamasının araşdırılması, hərbi biletin qaytarılması və iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən ucraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 15 iyun 1992-ci il tarixdə Sabirabad rayonundan hərbi xidmətə çağırılmış və xidmətə əvvəlcə N saylı hərbi hissədə başlamışdır. Bir müddət sonra həmin hərbi hissə N saylı hərbi hissə ilə birləşdirilmişdir. İddiaçı həmin dövrdə N saylı hərbi hissəyə, daha sonra isə N saylı hərbi hissəyə köçürülmüşdür. 1997-ci ilin payızında hərbi xidmətdən tərxis olunmuşdur. Bundan sonra Sabirabad rayonunda hərbi qeydiyyata alınmışdır. Xidmət dövründə Gəncə şəhərində və Ağdam rayonunun Sarıcalı kəndində yerləşən hospitallarda kəllə beyin travması ilə dəfələrlə stasionar şəkildə müalicədə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra ona müharibə veteranı statusu verilsə də, 2002-ci ildə həmin status geri alınmışdır. Onun hərbi bileti həmin vaxt o orqanda qalmışdır. Hazırda müharibə veteranı statusunun bərpa olunmasını istəyir və bu məqsədlə Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyaya müraciət etmişdir. Komissiya hərbi bilet və digər sənədlərin təqdim olunmasını zəruri bilmişdir. Hərbi biletin alınması üçün o, cavabdehə və digər təşkilatlara müraciət etmişdir. Xidmətin Ağsu rayon şöbəsi tərəfindən hərbi bilet əvəzinə arayış verilmiş və həmin sənəddə onun 12 iyul 1993-cü il tarixdən 12 iyun 1994-cü il tarixədək xidmət keçdiyi, fərari olduğu, Müdafiə Nazirliyinin 17 yanvar 1997-ci il tarixli qərarına əsasən əfv edildiyi bildirilmişdir. Bu hal həqiqətə uyğun deyil. Odur ki, iş dəqiq araşdırılmalı, hərbi bilet imza və möhürlə verilməli, fərarilik yazısı götürülməlidir. Göstərilənlərə və İPM-in 2, 8, 33-cü maddələrinə əsaslanaraq, cavabdehin verdiyi hərbi bilet əvəzi arayışın ləğv edilməsi, iddiaçının barəsində müvafiq cinayət işinin olubolmamasının araşdırılması, hərbi biletin qaytarılması və iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı dörd tələb irəli sürür: 1) hərbi bilet əvəzi arayışın ləğv edilməsi; 2) cinayət işinin olub-olmamasının araşdırılması; 3) hərbi biletin verilməsi; 4) amtistiya aktına adının daxil edilməsinin ləğv olunması. Hərbi bilet əvəzi arayışın ləğv edilməsi, hərbi biletin verilməsi və amnistiya aktına adının daxil edilməsinin ləğv edilməsi mübahisələndirmə haqqında iddiaya, cinayət işinin olubolmaması isə öhdəliyin icrası haqqında iddiaya aiddir. Hərbi bilet əvəzi arayışın ləğv edilməsi və hərbi biletin verilməsi Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İV hissəsinin 4-1 və 4-1.1.1-ci yarımbəndlərinə müvafiq olaraq Xidmət və Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrılıqda inzibati orqanlardır. Amnistiya aktına adının daxil edilməsinin ləğv olunması isə, hərbi prokurorluğun və ya məhkəmənin səlhiyyətindədir. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 4.2ci maddəsinə əsasən inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Həmin Qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Həmçinin, cinayət işinin olub-olmamasının araşdırılması Xidmətin səlahiyyətləri xaricindədir. Göstərilən məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Yuxarıda sadalananlardan görünür ki, hazırkı inzibati iş üzrə Xidmət cavabdeh qismində çıxış edə bilməz. İPM-in 35-ci maddəsinə, Ali Məhkəmənin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.1-ci bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə işin hazırlıq icraatı üzrə iclas təyin etmiş və bu barədə tərəflərə məlumat vermişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddiaya baxılmalı olduğunu bildirdi. O, qeyd etdi ki, hərbi bileti almaqda məqsədi veteran statusunu almaqdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Göründüyü kimi, hazırkı iddaçının iddiası aşağıdakı dörd tələbdən ibarətdir: - hərbi biletin əvəzinə verilmiş arayışın ləğv edilməsi; - iddiaçının barəsində müvafiq cinayət işinin olub-olmamasının araşdırılması; - iddiaçıya məxsus olmuş hərbi biletin ona qaytarılması; - iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də iddianı mümkün saymasa da, məhkəmə cavabdehin iddianın mümkünsüzlüyü üzrə gətirdiyi əsaslarla tam razılaşmır. Cavabdehin mövqeyinə görə iddianın “hərbi bilet əvəzi arayışın ləğv edilməsi”, “hərbi biletin qaytarılması” və “iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi” mübahisələndirmə haqqında iddiaya, “iddiaçının barəsində cinayət işinin olubolmamasının araşdırılması” isə öhdəliyin icrası haqqında iddiaya aiddir. Məhkəmə isə vurğulayır ki, hərbi bilet əvəzi verilən arayış özü inzibati akt deyil və onun ləğv edilməsi inzibati məhkəmə icraatında baxılan iddia üzrə, o cümlədən mübahisələndirmə haqqında iddia üzrə predmet kimi çıxış edə bilməz. Həmçinin “iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi” tələbinə münasibətdə də eyni hal, yəni inzibati məhkəmə icraatında baxılmasının mümkünsüzlüyü ortaya çıxır. Çünki, şəxsin cinayət törətmiş şəxs kimi amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilməsi cinayət mühakimə icraatı üzrə ayrıca institutdur və amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir. Qalan iki tələbə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının barəsində cinayət işinin olub-olmamasının araşdırılması özü müstəqil inzibati icraatın predmeti deyil, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə aparılan inzibati icraatın tərkibində yer alır. Odur ki, iddianın bu hissəsinə ayrıca tələb kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçıya məxsus hərbi biletin ona qaytarılması tələbi üzrə isə, cavabdeh inzibati orqan düzgün seçilməmişdir və hərbi bileti saxlayan (ondan alan) quruma konkret məzmunda müraciəti olmadığından, məhkəmə iddiaçıya cavabdehin dəyişdirilməsinin tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. Həmçinin məhkəmənin mövqeyinə görə hazırkı tələblərlə iddianın qaldırılması iddiaçının hüquqi marağına da xidmət etmir. Onun hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsidir və bu məqsədlə o, əvvəlcə mövcud olduğu halda hərbi biletinin də alınmasına nail olmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «arayışın ləğv edilməsi, müvafiq cinayət işinin olub-olmamasının araşdırılması, hərbi biletin qaytarılması və iddiaçının adının amnistiya aktına daxil edilməsinin ləğv edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar