Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-245/2021 08.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı (üçüncü şəxs X5) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxs X5) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə JN-292A kod 40501004 nömrəli və JN-292B kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə 0.02 ha və 0.10 ha həyətyanı torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sonradan AİK-nın digər qərarına əsasən 599.45 kv.m həyətyanı torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli A389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək hazırkı iş üzrə üçüncü şəxsin adına qeyd edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini xahiş etmiş, lakin iddiaçının müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbinin həcmini artırmış və “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan həm iddiaçıya, həmçinin məhkəməyə ünvanladığı etiraz məktublarında qeyd etmişdir ki, iddiaçının müraciətinin təmin edilməsi onların səlahiyyətləri daxilində deyildir. Həmçinin bildirilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi sənəd hazırkı iş üzrə üçüncü şəxsə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 599.45 kv.m həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 9662 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-984/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdeh DƏDRX-nin 9 saylı X6 üzərinə xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin planına uyğun xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599.45 kv.m həyətyanı torpaq sahəsi üzərində həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X2 mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə Dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1372/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə çəkişmələrindən başqa hazırkı iş üzrə iddiaçı tərəfindən Oğuz Rayon Məhkəməsində də analoji tələblə iddia qaldırılmış, lakin tələb təmin edilməmiş, verilmiş apellyasiya şikayəti də təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və işə xitam verilmişdir. İş materiallarında olan A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, 0.06 ha həyətyanı torpaq sahəsi Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-984/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən hazırkı iş üzrə üçüncü şəxs X2 mülkiyyətinə verilmiş və bunun əsasında sonuncunun adına ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış tərib edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə iddiaçının ləğvini tələb etdiyi xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında cavabdeh inzibati orqan tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı (üçüncü şəxs X5) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-245/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-245/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver