Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2457/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 03 saylı iclasının qərarı ilə Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindəki boş və istifadəsiz ərazisindən 45,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 03 saylı iclasının qərarı ilə Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindəki boş və istifadəsiz ərazisindən 45,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2457/2022 nömrəli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolundan çıxarışa istinad edərək Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindəki 45 kv.m torpaq sahəsi və qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsinin ona Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolu ilə ayrılması, üzərində inşa edilmiş obyektin inşasına icazə verilməsi, istismara qəbul edilməsi və layihəsinin tərtib edilməsi ilə, cavabdeh orqan, iddia tələbinə etirazını qeyri-yaşayış binasının dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi, 13.6 kv.m sahənin layihədən kənar inşa edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, şəhərin baş planına əsasən 8-ci məhəllədən Azərbaycan küçəsi istiqamətindəi boş torpaq sahəsindən 45.0 kv.m sahə dəyi ödənilməklə mağaza tikintisi üçün şəhər sakini İddiaçı ayrılmışdır. - Zərdab bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 2 №-li qərarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sözügedən qərarda hər hansı qeyd yoxdur. - Zərdab bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 3№-li qərarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sözügedən qərarda hər hansı qeyd yoxdur. - Zərdab rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin 2105.2013-cü il tarixli 225 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsi üzrə tikinti işlərinə 2003-cü ildə başlanılmış, 2004-cü il tarixdə başa çatmışdır. - yanvar 2013-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktından görünür ki, obyektin tikintisinin may 2003-cü ildə başlanması, mart 2004-cü ildə başa çatması, ümumi sahəsinin 45 kv.m olması və mağazanın istismara tam hazır olması qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyriyaşayış binasının faktiki tikinti altı sahəsi 54.1 kv.m, ümumi sahəsi isə faktiki olaraq 46.4 kv.m təşkil edir. Sözügedən qeyri-yaşayış binasının 17.0 kv.m hissəsi Zərdab bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən 45 kv.m torpaq sahəsinə tərtib edilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədinin üzərində yerləşməklə digər 37.1 kv.m hissəsi isə kənarlaşmada (zəbtdə) yerləşir. AZCAD və TEKUİS məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası Təhsi, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, rabitə və Digər Sosial və İctimai Tikinti altında olan torpaqlar, mülkiyyət növü isə Dövlət kimi qeyd olunmuşdur. Baza məlumatlarına əsasən digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. - Zərdab bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 315 nömrəli məktubunda qeyd edilmişdir ki, Zərdab şəhər sakini İddiaçı 45.0 kv.m torpaq sahəsinin ayrılması məlum olmayan səbəblərdən protokollar kitabına işlənməmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolundan çıxarışda qeyd edilmiş 45 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Məhkəmə ilk növbədə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı işdə mövcud olan sənədləri təhlil edərək qeyd edir ki, ümumiyyətlə iddiaçıya Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolu ilə torpaq sahəsinin ayrılması sübut olunmur. İdiaçı tərəfindən əsli təqdim olunan DT və XK-si Zərdab rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 515 nömrəli rəyində qeyd edilmişdir ki, Zərdab şəhər sakini İddiaçı Zərdab bələdiyyəsi ərazisindən sahibkarlıq-tikinti məqsədilə ayrılacaq torpaq sahəsi Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli qanun ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamyə uyğundur və 45.0 kv.m torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilir. Göründüyü kimi torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu 2012-ci il tarixli rəydə bildirildiyi halda bələdiyyənin 2003-cü ildə iddiaçıya torpaq sahəsini ayırması mümkün ola bilməzdi. İddiaçıya 45.0 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolundan çıxarış verilməklə sonuncu, həmin torpaq sahəsinin hərrac və müsabiqə yolu ilə satılması ilə bağlı qanunvericiliyin tələbindən yayınmağa çalışmışdır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli Qanun qəbul edilmiş (xx.xx.2007-ci il tarixdə qüvvəyə minib) və həmin Qanunda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində aşağıdakı kimi dəyişiklik edilmişdir: - Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmişdir: Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçıya tələbdə qeyd edilən torpaq sahəsinin 2003-cü ildə ayrılmaması işin mübahisəsiz halıdır. Belə ki, Zərdab bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 2 №-li və xx.xx.2003-cü il tarixli 3№-li qərarlarının gündəliyində və qərara alınmış məsələlərdə iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qeyd yoxdur. İşdə olan torpaqların alqı-satqısına dair aktda isə iddiaçının bələdiyyənin hesabına nə vaxt və konkret olaraq hansı hesabına, hansı məbləğdə pul ödəməsi ilə bağlı qrafalar boş qoyulmuş, aktın qeydiyyata alındığı tarix xx.xx.2003-cü il göstərilsə də, Bərdə regional Torpaq Mərkəzində qeydiyyatı xx.xx.2013-cü ildə, Dövlət torpaq Kadastrı və Monitorinqi Elm-istehsalat Mərkəzində daxil olması xx.xx.2012-ci il qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, DT və XK-si Zərdab rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 515 nömrəli rəyində 45.0 kv.m torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edildiyindən, hər bir halda bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı prosedurların 2012-ci ildən sonra baş verməsi aşkar sübut olunur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolunun çıxarışının saxtalaşdırılaraq tərtib edilməsi həm də qərarın tarixinin və nömrəsinin uyğun gəlməməsi ilə müəyyən edilir. Belə ki, bələdiyyənin 03 saylı iclas protokolu xx.xx.2003-cü il tarixdə deyil, xx.xx.2003-cü il tarixdə tərtib edilmişdir. Digər tərəfdən mütəxəssis rəyi ilə müəyyən olunur ki iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətində olduğundan bələdiyyənin ümumiyyətlə həmin torpaq sahəsinin iddiaçıya satılmasına səlahiyyəti olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Zərdab bələdiyyəsinin iddiaçıya sahibkarlıq məqsədi ilə 45 kv.m torpaq sahəsinin satılması ilə bağlı qərar qəbul etmədiyindən, təqdim edilmiş Zərdab bələdiyyə şurasının xx.xx.2003-cü il tarixli 03 saylı iclas protokolunun çıxarışı saxta olmaqla qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. İddia olunan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar hesab olunur. Zərdab rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 225 nömrəli arayışda və yanvar 2013-cü ildə tərtib edilmiş istismara qəbul aktında obyektin tikintisinin may 2003-cü ildə başlaması və mart 2004-cü ildə başa çatması qeyd edilsə də, sonradan tərtib edilmiş xx.xx.2019-cu il tarixli 002989 nömrəli istismara hazırlıq aktında tikilinin inşasının xx.xx.2013-cü ildə başlanması, xx.xx.2018-ci ildə başa çatması qeyd olunmuşdur. Halbuki tikilinin 2013-cü ilin mart ayınadək artıq inşa olunması iddiaçının özünün təqdim etdiyi FHN-nin xx.xx.2013-cü il tarixli xx/xx-03047 nömrəli məktubu ilə sübut olunur. Belə ki, həmin məktubdan görünür ki, iddiaçı Zərdab şəhəri 8-ci məhəllədə inşa etdiyi ticarət obyektinin istismara qəbulu ilə bağlı sözügedən orqana müraciət etmiş və ona sənədlərin razılaşdırlaraq ünvanına göndərilməsi ilə bağlı cavab verilmişdir. Həmin qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aşağıdakılar müəyyən olunmalıdır:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,
3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,
4. istismara qəbul aktı. Hazırkı işdə iddia olunan tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və istismara qəbul aktı mövcud olsa da, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı mövcud deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə iddiaçıya torpaq sahəsinin ayrılması iş materialları ilə sübut olunmur. Digər tərəfdən iddiaçının inşa etdiyi tikilinin cəmi 17 kv.m hissəsi özünə ayrıldığını iddia etdiyi torpaq sahəsi üzərində yerləşir. Tikilinin yerləşdiyi digər torpaq sahəsi də Dövlət mülkiyyətində olduğundan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Bundan başqa iş materialları ilə tikilinin inşasının 2004-cü ildə başa çatması və 2013-cü ildə istismara qəbul edilməsi müəyyən edilməsinə baxmayaraq, obyektin tikintisinə xx.xx.2018-ci il tarixli 3 №-li icazə sənədi verilmişdir. Yəni, artıq inşası 14 il əvvəl başa çatmış tikilinin inşasına icazə sənədi verilmişdir. Qeyd olunan hal faktiki olaraq Zərdab rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz inşa edilmiş qeyri-yaşayış sahəsinin leqallaşdırılması üçün istismara hazırlıq aktına və tikintiyə icazə sənədinə yalan məlumatlar daxil etməsi kimi qiymətləndirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hətta tikilinin Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edildiyi iddia olunsa belə yenə də qanunvericiliklə müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, sözügedən tikili, tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aid olduğundan - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazənin təqdim edilməsi zəruridir ki, iddia olunan tikiliyə münasibətdə həmin şərtlər tam yerinə yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Eyni zamanda 15.2-ci maddədə qeyd olunmuşdur ki, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 03 saylı iclasının qərarı ilə Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindəki boş və istifadəsiz ərazisindən 45,0 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.