Məhkəmə qərarları › İş №2-1(116)-246/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-246/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-246/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi İddiaçı Səyfəddin oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Səyfəddin oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla, “İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı iclas protokolu əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırmaqla (cavabdeh tərəfindən təqdim edilmiş 3-21-42/2-1058/2025 nömrəli 03 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssisin sxemi əsasında) daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, İsmayıllı rayon İsmayıllı kənd ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılmaqla (cavabdeh tərəfindən təqdim edilmiş 3-21-42/2-1058/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssisin sxemi əsasında) daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının xx.xx.2025 il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı iclas protokolu əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırmaqla (cavabdeh tərəfindən təqdim edilmiş 3-21-42/2-1058/2025 nömrəli 03 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssisin sxemi əsasında) daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1439/2024 nömrəli qərardadı ilə İsmayıllı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən, “1973-ci ildən İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. Fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2011-ci il tarixdə İsmayıllı kənd Bələdiyyəsinin (hazırda İsmayıllı Bələdiyyəsi adlanır) ehtiyat fondunda olan 0,10 ha torpaq sahəsinin iddiaçıya satılması xahişi ilə İsmayıllı kənd Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2011-ci ildə bələdiyyə orqanının iclasında baxılmış və İsmayıllı rayonu İsmayıllı kənd adlanan ərazisindən 0.10 ha torpağın iddiaçıya satılması qərara alınmışdır. İddiaçı satılmış və həmin qərara müvafiq olaraq, həmin tarixdə "xxxx" ASC-nin İsmayıllı filialından İsmayıllı kənd Bələdiyyənin cari hesabına (qəbz N°31) 600 00 (altı yüz) manat ödəniş aparmışdır. İsmayıllı kənd Bələdiyyəsinin 22 iyul 2011-ci il tarixli 08 saylı qərarına əsasən torpağın alqı-satqısına dair akt tərtib etməklə, İsmayıllı kənd Bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü DTvə XK-i tərəfindən dövlət torpaq kadastrı kitabmda xx.xx.2011-cu il tarixdə 5858 nömrə ilə uçota alınmışdır. Bundan sonra İsmayıllı kənd Bələdiyyəsinin hüdudları daxilində olan X1 planından çıxarış tərtib edilərək iddiaçıya təqdim olunmuşdur. Daha sonra sözügedən həmin torpaq sahəsinin daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınıb, çıxarışın verilməsi üçün cavabdehə müraciət olunmuşdur. Etdiyi müraciətə xx.xx.2024-ci il tarixli 3- 21-3-42/2-L-0002-8/2024 nömrəli məktubu ilə cavab verilmişdir. Verilmiş cavab məktubunda qeyd edilmişdir ki, iddiaçıya satılmış torpaq sahəsi "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişişiliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli 466-İİİ QD nömrəli Azərbaycan Respublikası Qanununun "Bələdiyyələrə dair Azərbaycan Respublikasmm torpaqlarının idarə edilməsi haqqında"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il ,271 saylı sərəncamdan irəli gələn tələblərə cavab vermir. Belə ki,qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixində bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. Beləliklə,qeyd olunanları əsas gətirərək, İsmayıllı kənd Bələdiyyəsinin 22 iyul 2011- ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, İsmayıllı kənd Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsi fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmış və iddiaçı tərəfindən həmin tarixdə 31 nömrəli qəbzlə, İsmayıllı kənd Bələdiyyəsinin hesabına torpağın alqı-satqısına görə 31 saylı qəbzlə 600.00 (altı yüz ) manat ödəniş aparılmış və alqı-satqısına dair akt İsmayıllı rayon Torpaq şöbəsində 22 iyul 2011-ci il tarixdə 304 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin İsmayıllı Bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 265 saylı məktubu ilə 0,10 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmiş və DT və XK-nin İsmayıllı rayon Şöbəsinin İsmayıllı kənd Bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 143 nömrəli məktubu ilə də,bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,10 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etməmişdir. İsmayıllı kənd Bələdiyyəsinin hüdudları daxilində olan X1 planından çıxarış tərtib edilərək mənə təqdim olunmuşdur ki,İsmayıllı kənd Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya 1000 m2 torpaq sahəsi İsmayıllı rayon Torpaq şöbəsində xx.xx.2011-ci il tarixdə 5858 nömrə ilə qeydiyyata alınmışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli 3-21-3- 42/2-L-0002-8/2024 nömrəli cavab məktubunda,göstərmişdir ki,sözügedən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alıb, çıxarış verilməsindən həmin məktubda sadalanan səbəblərə görə imtina etmişdir. Beləliklə, işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutub hesab edir ki, İsmayıllı kənd Bələdiyyəsinin ərazisində daimi yaşadığından və eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğundan və bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq İsmayıllı kənd Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarına əsasən 1000 m2 ha torpaq sahəsi iddiaçıya satıldığından, cavabdehin üzərinə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alıb, çıxarışın verilməsi öhdəliyinin qoyulmasmı tələb etməkdə haqlıdır və iddiaçının 0,10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə tələb etmə hüququna malik olduğumdan cavabdehin üzərinə sözügedən torpaq sahəsi daşınmaz əmlakm dövlət reyestrində iddiaçının adına qeydə alıb, çıxarış vermək öhdəliyi qoyulmalıdır.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İsmayıllı kənd Bələdiyyəsinin İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2011-cü il tarixli. 08 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-Ci il 466- saylı İİİQD Azərbaycan Respublikasının Qanunun. Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • A 365596 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya 1000 kv.m torpaq sahəsi verilmişdir. • DTXK-nın İsmayıllı rayon şöbəsinin xx.xx.2011-cı il tarixli 143 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. • İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli, 265 nömrəli məktubundan görünür ki, Şöbə 1000 kv.metr torpaq sahəsinin satılmasına etiraz etməmişdir. • İsmayıllı bələdiyyəsinin xx.xx.2024-cu il tarixli 288 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər. • İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı İsmayıllı Bələdiyyəsi ərazisindən 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən İddiaçı Səyfəddin oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş, iddiaçının istifadəsində olan 0,17 hektar (1700 kv.m) torpaq sahəsi İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X1 X3 (TEKUİS) əsasən İsmayıllı rayonu İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı adına tərtib olunmuş A N° 365596 saylı plan və ölçü sənədində göstərilən 0,10 hektar torpaq sahəsi ilə iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşmə vəziyyəti yerquruluşu planları üzrə göstərilmişdir. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinə münasibətdə ona bələdiyyə qərarı əsasında ayrılmış 0,10 hektar torpaq sahəsinin tamamlanma qaydası yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinə münasibətdə ona bələdiyyə qərarı əsasında ayrılmış 0, 10 ha torpaq sahəsinin tamamanma qaydası yerquruluşu planı üzrə göstərilmiş. İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı ayrılmış və onun adına tərtib olunmuş A 365596 saylı plan və ölçü sənədində göstərilən 0,10 ha torpaq sahəsinin cizgisində qonşu torpaq sahələri qeyd edilmədiyinə görə yerquruluşu planında göstərilmiş torpaq sahələri qeyd edilmədiyinə görə yerquruluşu planında göstərilmiş torpaq sahələrinin eyni ərazi olub-olmaqmasını təyin etmək mümkün deyildir. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının aynlmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18. 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı ayrılmış 100 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi, sahənin seçmə aktı ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Şəki Bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan"na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt mövcud deyil. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarında ifadə olunur. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi məhz torpaq sahəsinin alqı-satqısı məqsədinə nail olunasına xidmət etdiyindən iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alğı-satqısı baş tutmuş sayılmalıdır. Odur ki, alğı-satqı aktının tərtib edilməməsi yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Mülkiyyətçinin iradə ifadəsinin sərbəst realizə edilməsi baxımından cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bələdiyyənin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş “Mütəxəssis rəyi”ndən görünür ki, “İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı adına tərtib olunmuş A N 365596 saylı plan və ölçü sənədində göstərilən 0,10 hektar torpaq sahəsi ilə iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşmə vəziyyəti yerquruluşu planları üzrə göstərilmişdir. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinə münasibətdə ona bələdiyyə qərarı əsasında ayrılmış 0,10 hektar torpaq sahəsinin tamamlanma qaydası yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinə münasibətdə ona bələdiyyə qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinin tamamanma qaydası yerquruluşu planı üzrə göstərilmiş. İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı ayrılmış və onun adına tərtib olunmuş A 365596 saylı plan və ölçü sənədində göstərilən 0,10 ha torpaq sahəsinin cizgisində qonşu torpaq sahələri qeyd edilmədiyinə görə yerquruluşu planında göstərilmiş torpaq sahələri qeyd edilmədiyinə görə yerquruluşu planında göstərilmiş torpaq sahələrinin eyni ərazi olub-olmaqmasını təyin etmək mümkün deyildir.”. Həmin rəyə əlavə edilmiş sxemlərdən belə müəyyən olunur ki, elektron xəritələrdə iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi (1700 kv.m) ilə İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə ayırılmış torpaq sahəsi (1000) arasında uyğunsuzluqlar mövcuddur. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş “Mütəxəssis rəyi”nə bələdiyyə qərarı əsasında ayrılmış 0,10 hektar torpaq sahəsinin tamamlanma qaydası yerquruluşu planı üzrə təqdim edilmiş və iddiaçı buna dair etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırmaqla (cavabdeh tərəfindən təqdim edilmiş 3-21-42/2-1058/2025 nömrəli 03 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssisin sxemi əsasında) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İsmayıllı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırmaqla (cavabdeh tərəfindən təqdim edilmiş 3-21-42/2-1058/2025 nömrəli 03 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssisin sxemi əsasında) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar