Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2462/2025 04.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Möhubbət oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “vətən müharibəsində aldığı xəsarətlə əlaqədar əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, vətən müharibəsi iştirakçısıdır. Vətən üçün canını, sağlamlığını itirmişdir. Müharibədə fəal və aktivliyi ilə seçilmişidir. Bu səbəbdən də cənab X4 tərəfindən “Suqovuşanın alınması”, “Cəsur döyüşçüsü" medalları ilə, habelə cənab Əli Həsənov tərəfindən “Vətən müharibəsi" iştirakçısı edalı ilə təltif edilmişdir. xx.xx.2020-ci il tarixində sol baldırın ön səthinin açıq qəlpə yarası alaraq ehtiyata buraxılmışdır. Keçirdiyi dərin iztirab və stresslərin, ağır müharibə şəraitinin təsiri onda uzun müddətli postravmatik sonrakı davamlı şəxsiyyət dəyişikliyi istinsa olunmadığı rəyinə gəlinmişdir. O, rəsmi olaraq əlildir. Ancaq əlilliyi səbəbindən o hər şeyini, səhhətini, əmək qabiliyyətini itirmişdir. Bununla bağlı o cavabdeh orqana müraciət etmişdir. Ancaq ona cavabdeh orqan tərəfindən rəsmi olaraq bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli göndərişlə “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlillik təyinatından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtina tam əsassızdır. Bu səbəbdən də əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir. Onun tibbi ekspertizanın keçirilməsini real həqiqətin ortaya çıxmasını istəyir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Ağdaş rayon sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 11650 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (xx.xx.2021) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Sağ baldırın orta 1/3-nin kor qəlpə yaralanmasından (2020) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi 1,0D nəticəsində görmə itiiyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5320/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi istisna olunmur” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4349 nömrəli Tibbi rəyində diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi istisna olunmur” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.20224-xx.xx.2024-cü il tarixli 8405/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi istisna olunmur” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11456/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı davamlı şəxsiyyət dəyişikliyi istisna olunmur” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13305304 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13548010 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 478 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, aqressivlikdən şikayətlənmişdir. Dərmanlardan Depakin 500 mg və digər adını bilmədiyi dərmanlar qəbul etdiyini söyləmiş, ətraflı məlumat verə bilməmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi bütün növlərdə qorunmuşdur. Verilən suallardan dolayı yolla yayınmış, hamısını sosial problemlərlə əlaqələndirmiş, anasının xadimə olmasını vurğulamışdır. İddialı şəkildə ona “borcunun qaytarılmas”nı tələb etmişdir. Klinik məlumatlar verə bilməmişdir. Ruhi xəstəlik əlamətləri müşahidə edilməmişdir. Patoloji affekt izlənilməmişdir. İntellekti aldığı təhsilə və həyat tərzinə uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Xəstəliyin başlanma tarixi və mövcud katamnez İİ Qarabağ müharibəsi ilə səbəb əlaqənin təsdiqlənməsinə əsas vermir. Maddi-sosial mənşəli qeyriqənaətbəxş fonda şəxsiyyətin patoloji nevrotik inkişafı (primitiv şəxs)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. II. X7: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. İİİ. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2025-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina cavabı verilmiş, həmin qərar barəsində iddiaçıya SMS vasitəsilə çatdırılmışdır. İddiaçı, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçı yaşayış yeri Ağdaş rayonu, Eymur kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 11650 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz: F62.0 Fəlakət (xx.xx.2021) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Y36.2 Sağ baldırın orta 1/3-nin kor qəlpə yaralanmasından (2020) sonrakı bərkimiş dəri çapığı. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. DİAQNOZ: “H 52.2 Hər İki gözün sadə miopik astiqmatizmi 1,0 D nəticəsində görmə itiliyinin 0,8- qədər azalması, korreksiya ilə 1,0 olmaqla”, ümumi xəstəlikdir səbəb əlaqəsi ilə təltif olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ağdaş rayonu, Eymur kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Posttravmatik stress pozuntusu” diaqnozu ilə ruhi qeydiyyatda olmuş, xx.xx.2024-cü il tarixdən “Fəlakət (Müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.1999-cu il təvəllüdlü, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2024xx.xx.2024; xx.xx.2024- xx.xx.2024; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicədə olub. xx.xx.2024- xx.xx.2024-cü il tarixdə xəstəxanada stasionar müalicədə olub. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunub. xx.xx.2024-cü il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Fəlakət ( İİ-Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”. İş materiallarında olan cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı dair “imtina” qərarının aydınlaşdırılması üçün verilmiş suallar üzrə məlumatı nəzərinizə çatdırırıq: 1) Qeyd etmək istəyirik ki, İİ Qarabağ Müharibəsi qazilərinin əlillik vəziyyətinin qiymətləndirilməsi işində Tibbi-Sosial Ekspertiza Komissiyasının həkimekspertləri ilə yanaşı, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X1 və Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrları da iştirak edirlər. Xəstəlik tarixi və mövcud katamnez İİ Qarabag Müharibəsi ilə səbəb-nəticə əlaqəsinin olmadığını, simptomların uzunmüddətli sosial-psixoloji adaptasiya çətinlikləri və şəxsiyyətin qeyriyetkin inkişaf xüsusiyyətləri ilə bağlı olduğunu göstərir. Vətəndaşın müayinəsi zamanı aydın olur ki, bu diaqnoz şəxsin həyat fəaliyyətinin əsas kateqoriyalarında ağır dərəcəli davamlı pozuntu yaratmır, psixi durumuna görə onun kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmaya gətirib çıxarmır. Belə ki, şəxs sərəbst düşünmə, mühakimə etmə və fəaliyyət göstərmə, özünəqulluq bacarıqlarını itirməyib. Xəstə gündəlik funksiyaları müstəqil şəkildə yerinə yetirir, davranışa nəzarət və özünütənzimləmə tam qorunub. Bu səbəbdən diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qərar verilmişdir. 2) İddiaçıya qoyulmuş diaqnoz mövcud normativlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.) çərçivəsində qiymətləndirilmiş və diaqnozun: - psixoz səviyyəsində ağır psixi pozuntuya, - intellektual geriliyə, - sosial funksiyaların davamlı və kəskin itirilməsinə, - özünəqulluq və davranışa nəzarətin itirilməsinə səbəb olan əlillik meyarlarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Müayinə nəticəsində davamlı, ağır funksional məhdudiyyət göstərən obyektiv məlumat təqdim edilməmişdir. 3) İddiaçıya qoyulmuş diaqnoz şəxsin gündəlik həyat fəaliyyətinə təsiri aparılan tibbi araşdırmalar zamanı qiymətləndirilmişdir. Qiymətləndirmələr gösrərir ki: - Özünəqulluq tam qorunub, - Hərəkət və məişət bacarıqları müstəqildir, - Ünsiyyətdə primitivlik, sosial adaptasiyasiya çətinliyi olsa da, tam ünsiyyət pozuntusu yoxdur, - Davranışa nəzarət və sosial normativlərə uyğunlaşma qısamüddətli çətinliklərlə müşahidə olunur, lakin ağır funkional itki yaratmır, vətəndaşın sosial təcrid və sosial təhlükəli davranış səbəbilə ətrafı təhlükəli hala salmır. - Gündəlik həyat fəaliyyətində üçüncü şəxsin nəzarəti və himayəsi tələb olunmur. Məlumat üçün bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2462/2025 nömrəli qərardadı ilə məhkəmə- psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş 3220 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra yaranmış davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində barotravma və qəlpə yaraları alması, bununla əlaqədar müayinə və müalicələrdə olması, təxris edildikdən sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, aqressivlik, gərginlik, səs-küy götürə bilməməsi, yuxu pozuntusu halları meydana gəlməsini, MN BKH-nin psixiatriya bölməsində, həmçinin dəfələrlə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müayinə və müalicələrdə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsini, aldığı müalicələrə baxmayaraq onda yaranmış psixi pozuntularla əlaqədar psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik, bəzi hallarda isə ağzının kilidlənməsi vəziyyətinin meydana gəlməsini bildirərək gün ərzində əhval-ruhiyyəsinin aşağı olması, vəziyyətinin yaxşılaşmaması onun, əhval-ruhiyyəsinə təsir göstərərək intihar haqqında fikirlər beyninə gəldiyi günlərin olması, yuxuda müharibə səhnələrini görərək oyanması, narahatlıq halları keçirməsi gün ərzində əhval-ruhiyyəsinin pozulması, psixi vəziyyəti ilə əlaqədar iş qabiliyyətini itirməsi, həyatın ona mənasız gəlməsi və bunun onda daxili sıxıntılar və ümidsizlik yaşatdığını bildirməsi, aparılan sorğu gedişatında tez yorulması, astenizasiya olunması, onda əsəbilik, əhval-ruhiyyənin aşkar enməsi və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra yaranmış davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F62.0 XBT kod 7.7.1.1-ci bənddə (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) təsnif edilmişdir. Müəyyən edilir ki, “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.7.1.1-ci bənddə (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35–60% həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçının əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun öz təsdiqini tapmaması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.7-ci maddəsinin (bənd 7.7.1.1) F-62.0 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nin 35-60 faizinin (birinci dərəcəli məhdudlaşma halı) müəyyən olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-2462/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2462/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver