Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-247/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı Novruzova (İsmayılova) Ayşən Eldar qızının iştirakı ilə İddiaçı Novruzova (İsmayılova) Ayşən Eldar qızının cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “bacısı İddiaçı (təvəllüd xx.xx.1993-cü il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin ona, yəni Novruzova (İsmayılova) Ayşən Eldar qızına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Həmin vaxtdan o, şəxsiyyət vəsiqəsi almamışdır. İddiaçı şəxsiyyət vəsiqəsi almaq istəmiş, lakin ondan doğum haqqında şəhadətnamə tələb edilmişdir. X6 cavabdeh orqana müraciət edərək, İddiaçı doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün müraciət təmin edilməmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ərizəyə əlavə etdiyi Cavabdeh xx.xx.2020-ci il tarixli 05/Q-33/13 nömrəli imtina məktubundan görünür ki, qeyd etdiyi tələblə cavabdeh inzibati orqana o yox, X6 müraciət etmişdir. Odur ki, məhkəmədə iddia həmin şəxsin adından qaldırılmalı və tələb də “Sizə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrarən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qoyulmalıdır. Yardım məktubunu aldıqdan sonra İddiaçı bacısı Novruzova (İsmayılova) Ayşən Eldar qızı tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsi məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Ərizəyə əsasən iddiaçı Novruzova (İsmayılova) Ayşən Eldar qızı bacısı İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, xx.xx.2020-ci il tarixli imtina məktubu aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “bacısı İddiaçı (təvəllüd xx.xx.1993-cü il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin ona, yəni Novruzova (İsmayılova) Ayşən Eldar qızına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 455935 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 828517 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 439920 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X3, anası X2r. İş materiallarında olan 985052 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X1 Ayşən Eldar qızı ilə xx.xx.2014-cü il tarixdə nikah bağlamışdır. Ayşən İsmayılovanın soyadı dəyişilərək “Novruzova” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli 241 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğlumuş, X3, anası X2r. Əsaslandırma hissəsi: Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məktub ünvanlayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Hazırkı halda haqqında təkrar şəhadətnamə tələb edilən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı bacısı Novruzova (İsmayılova) Ayşən Eldar qızı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı (təvəllüd xx.xx.1993-cü il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin iddiaçı Novruzova (İsmayılova) Ayşən Eldar qızına verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-247/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-247/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver