Məhkəmə qərarları › İş №2-1(116)-2482/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2482/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2482/2025 07.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində xx.xx.2021-ci ildə və daşınmaz əmlakın dövlət reyestrinin 15 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmış çıxarışlarla ümumilikdə 89.44 kv.metr sahəsi olan tikilinin üzərində X2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində xx.xx.2021-ci ildə və daşınmaz əmlakın dövlət reyestrinin 15 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmış çıxarışlarla ümumilikdə 89.44 kv.metr sahəsi olan tikilinin üzərində X2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş, iddia ərizəsinin geri qaytarılmasına dair ərizə icraata qəbul edilmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. Maddə 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının vəkili (nümayəndəsi) öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçının vəkili (nümayəndəsi) hazırki mərhələdə iddia ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddia ərizəsinin geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə qarşı “mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində xx.xx.2021-ci ildə və daşınmaz əmlakın dövlət reyestrinin 15 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmış çıxarışlarla ümumilikdə 89.44 kv.metr sahəsi olan tikilinin üzərində X2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X6 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar