Məhkəmə qərarları › İş №2-1(116)-2487/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2487/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2487/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlilliyə görə pensiyanın, 3-cü qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixdən 1-ci qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixədək isə yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlilliyə görə pensiyanın, 3-cü qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixdən 1-ci qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixədək isə yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti xx.xx.2021-ci il tarixdə başa çatdığından ona müvafiq pensiyanın ödənilməsi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı İİİ dərəcə əlillik müəyyən olunduğu üçün (təkrar müayinə) əmək pensiyası ödənişi həmin tarixdən 268,61 manat (“Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə) məbləğində olmaqla bərpa edilmişdir. Daha sonra İddiaçı təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq orqanizmin funsiyalarının 85 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. İddiaçı, əlilliyin bitdiyi xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlililliyin təyin edildiyi vaxtadək pensiyanın və 3-cü qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixdən 1-ci qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixədək müddət üçün pensiya fərqinin ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası məbləğinin ödənilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı G.Hacıyevə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. xx.xx.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”mn 3.1-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: > 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; > 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; > 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekpert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası - sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı (TSERA) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Sözügedən Qanunun 12.1-ci maddəsinin tələblərinə uyqun olaraq İddiaçı xx.xx.2009-cu il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məlumat üçün bildiririk ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı İİİ dərəcə əlillik müəyyən olunduğu üçün (təkrar müayinə) əmək pensiyası ödənişi həmin tarixdən 268,61 manat (“Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə) məbləğində olmaqla bərpa edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddəyə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,27 manat, eyni zamanda Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 327,21 manat müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq orqanizmin funsiyalarının 85 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli rərmanma əsasən 2014-cü ilin aprelin 1-dən “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2023-cü il tarixdən məbləği 200 manat müəyyən edilmişdir. Bildiririk ki, İddiaçıva xx.xx.2022-ci il tarixdən proaktiv qaydada müvafiq Prezident təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 200 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Beləliklə, İddiaçı iddia ərizəsində qeyd edilənlərə münasibətdə məhkəmədən xahişi aşağıdakı kimi olmuşdur:

1. İddiaçı xx.xx.2009-cu il tarixdə təyin edilmiş İİ dərəcə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən yeni - İİİ dərəcə əlillik dərəcəsinin təyin edildiyi xx.xx.2022-ci il tarixədək iddiası üzrə ona ödənilməli olan pensiya məbləğinin ödənilməsi;

2. İddiaçı İİİ dərəcə əlillik dərəcəsinin təyin edildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funsiyalarının 85 faiz pozulmasına görə əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixədək iddiası üzrə ona ödənilməli olan pensiya məbləğinin ödənilməsi. Birinci hissəyə münasibətdə qeyd edirik ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356- VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin oxşar işlər üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-864/2023 nömrəli Qərarına əsasən əlilliyin müəyyən edilməsi şəxsi tibbisosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə (hazırki mübahisəyə münasibətdə TSEK tərəfindən) müəyyən olunur. Həmin qərar şəxsin şəxsin orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, əlilliyin klinik, psixoloji, şəxsin sosialməişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı əlillik müddətinin bitdiyi tarixdən 6 avdan çox müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası məbləğinin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İkinci hissəyə münasibətdə qeyd edirik ki, İddiaçı İİİ dərəcə əlillik dərəcəsinin təyin edildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funsiyalarının 85 faiz pozulmasına görə əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixədək müvafiq olaraq TSEK tərəfindən qəbul edilmiş Qərar əsasında İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişinin icrası həyata keçirilmişdir. Qeyd olunan səbəbdən İddiaçı iddiası üzrə həmin müddətdə yaranmış fərq məbləği olmadığından xx.xx.2022-ci ii tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı müvafiq məbləğin ödənilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 17 saylı TSEk-nın xx.xx.2016-cı il tarixli müayinə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən – xx.xx.2021-ci il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli TSEK-də müayinə ilə bağlı TSEK-nın 0344003AALTU nömrəli “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş göndərişə cavabından görünür ki, iddiaçıya əlilliyin təyin olunmasından göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. - xx.xx.2022-ci il tarixə aid TSEK müayinələrinin nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2022-cı il tarixdən – xx.xx.2027-ci il tarixədək 3-cü dərəcəli əlillik təyin edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından göründüyü kimi xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə iddiaçıya əlillik təyin edilmədiyindən, faktiki olaraq həmin müddət ərzində iddiaçı əlilliyi olmayan şəxs hesab olunur. Belə ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin olunmasından göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmiş və sözügedən imtina iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçıya növbəti əlillik xx.xx.2022-ci il tarixdə təyin ediliyindən əvvəlki dövrə münasibətdə ödənişlərin verilməsi üçün iddiaçı, xx.xx.2022-ci il tarixli qərarı əlilliyin təyin edilməsi tarixinə aid hissədə mübahisələndirməlidir. Sözügedən məsələ müsbət həllini tapdıqdan və iddiaçının xx.xx.2022-ci il tarixdən daha əvvəl əlliyinin olması müəyyən edildikdən sonra iddiaçı, müvafiq dövr üzrə ödənişlərin icra edilməsi üçün hazırkı cavabdehə, təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Eynilə iddiaçı, 3-cü qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixdən 1-ci qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixədək yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsində maraqlıdırsa xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin təyin olunma tarixini mübahisələndirməli, yuxarıda qeyd edildiyi kimi qaldırılmış məsələlər müsbət həllini tapdıqdan sonra, hazırkı tələblə cavabdehə, təmin olunmadıqda isə məhkəməyə müraciət etməlidir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmiş, hüquqi marağına uyğun olaraq qaldırmalı olan iddia tələbinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlilliyin təyin edilməsi ilə bağlı qərarların mübahisələndirilməsi olduğu izah edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlilliyə görə pensiyanın, 3-cü qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixdən 1-ci qrup əlilliyin təyin edildiyi xx.xx.2022-ci il tarixədək isə yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar