Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2491/2024 20.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçılar – İddiaçı1 (yaşayış yeri: Yevlax şəhəri, Kür küçəsi, döngə 1, ev 10) – İddiaçı2 (yaşayış yeri: Rusiya Federasiyası, Omsk Vilayəti, Znamensk rayonu, Zavyalovo kəndi) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer: Yevlax şəhəri, H.Əliyev prospekti 42) qarşı «doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı Qurbanova (əvvəlki soyadı Əliyeva) Elmira Hidayət qızı xx xxxxxxx 1962-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur, onun doğumu haqqında Yevlax şəhər VVAQ şöbəsi tərəfindən 6 avqust 1970-ci il tarixdə 232 nömrəli akt qeydi tərtib edilmişdir. Doğumu ilə əlaqədar onun adına həmin şöbə 6 avqust 1970-ci il tarixdə АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə vermişdir. İddiaçı2 xx xxxxxx 1966-cı il tarixdə Yevlax şəhərində doğulmuşdur, onun doğumu haqqında Yevlax şəhər VVAQ şöbəsi tərəfindən 6 avqust 1970-ci il tarixdə 233 nömrəli akt qeydi tərtib edilmişdir. Doğumu ilə əlaqədar onun adına həmin şöbə 12 fevral 1982-ci il tarixdə Vİİİ ЖГ seriyalı 387142 nömrəli doğum haqqında şəhadətnamə vermişdir. İddiaçıların VVAQ şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydlərinin və verilmiş doğum haqqında şəhadətnamələrin ana qrafalarında “X2” yazılmışdır. İddiaçı1 ərizə ilə Cavabdehnə müraciət edərək, özünün və qardaşı İddiaçı2 doğumu haqqında akt qeydlərinin ana qrafalarında “Raisə” adının “Raya”ya, “Ambarsumovna” ata adının “Ambarsum qızı”na dəyişdirilməsini xahiş etmişdir. O, digər İddiaçı2 müvafiq etibarnamə əsasında təmsil etmişdir. Lakin Cavabdeh tərəfindən 22 may 2024-cü il tarixli məktublarla iddiaçıların doğumu haqqında akt qeydlərinin ana qrafalarında həmin dəyişikliyin edilməsindən imtina olunmuşdur. İddiaçı1 Cavabdehnə qarşı «doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin müraciəti əsasında İddiaçı2 inzibati məhkəmə icraatına iddiaçı qismində cəlb olunmuşdur. İddiaçı tərəf tələbini belə əsaslandırır ki, iddiaçıların doğumu haqqında akt qeydlərinin ana qrafalarında yazılışlarda səhvə yol verilmişdir, yəni “X3” əvəzinə “X2” yazılmışdır. Müvafiq dəyişiklik edilməsi ilə bağlı Cavabdehnə müraciət olunsa da, qurum məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi dəyişiklik üçün kifayət qədər əsasların olmaması göstərilmişdir. Həmin dəyişiklik aparılmadığından, iddiaçılar hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehin üzərinə həmin akt qeydlərində müvafiq dəyişiklik edilməsi və yeni şəhadətnamələrijn verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh mövqeyi belədir ki, iddiaçıların adlarına şöbə tərəfindən tərtib edilmiş 6 avqust 1970-ci il tarixli 232 və 233 nömrəli doğum haqqında bərpa akt qeydlərinin ana qrafalarında ananın adı “Raisə”, ananın ata adı “Ambarsumovna” qeyd edilmişdir. X1 Cavabdeh tərəfindən verilmiş ölüm haqqında akt qeydində isə, adı “Raya”, atasının adı “Ambarsum qızı”, doğum tarixi “1935-ci il” olaraq qeyd edilmişdir. 1948-ci ilədək olan akt qeydləri Yevlax rayon Dövlət Arxivinə təhvil verildiyindən Cavabdeh arxivində saxlanılmır. X1 doğum haqqında akt qeydi şöbənin arxivində, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyindən, şöbə tərəfindən onların (iddiaçıların) doğumu haqqında akt qeydlərində həmin düzəlişin edilməsi mümkün olmamışdır. Doğum haqqında akt qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsaslar yoxdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən iddiaçıların müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Yevlax şəhəri, H.Əliyev prospekti 42 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə Cavabdeh yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurlu deyil, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçıların doğumu haqqında akt qeydlərində dəyişiklik edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2003-cü il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydlərində, o cümlədən doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi hallarının dairəsini konkret müəyyən etmişdir və bu sırada “vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlərin düzəldilməsi” də yer alır. Lakin nəzərə alınmalıdır ki, həmin hal bu dəyişiklik üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisə olmaması ilə şərtləndirilir. Hazırkı işin hallarına görə iddiaçılar onların adına tərtib olunmuş doğum haqqında akt qeydlərindəki səhvlərin düzəldilməsini, yəni ana qrafalarında ananın adı və ananın ata adının dəyişdirilməsini arzulasalar da, bu xüsusatın səhv olması ilə bağlı heç bir tutarlı sübut təqdim etməmişlər və belə hal məhkəmə icraatında da sübuta yetirilmir. İddiaçıların ana adının “Raisə”dən “Raya”ya keçirilməsi üzrə təqdim edilmiş yeganə dəlili onların anasının ölüm haqqında şəhadətnaməsidir ki, bu sənədin düzgün tərtib olunması ehtimalı elə mübahisə predmeti olan doğum haqqında akt qeydlərinin düzgünlüyü və səhvliyi ilə eyni dərəcədədir. Ananın ata adının dəyişdirilməsinə gəldikdə isə, bu dəyişikliyə hər hansı zərurət də mövcud deyil, ata adının sonluğunun “ovna” şəkilçisi ilə saxlanılması inzibati praktikada “qızı” kimi qəbul edilir və hüquqların həyata keçirilməsinə maneə deyil. Odur ki, hazırkı halda onların anasının ata adı hissəsinin dəyişdirilməsində hüquqi maraqları yaranmış olmur. Bu səbəbdən də, iddia tələbi “akt qeydlərinə dəyişiklik edilməsi” hissəsində əsassızdır. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, onlara məxsus doğum haqqında akt qeydlərində dəyişikliklər olunduğu halda, iddiaçılara yeni şəhadətnamələr də verilə bilər. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıların doğumu haqqında akt qeydlərində düzəliş edilməsindən və yeni şəhadətnamələr verilməsindən imtina etməkdə Cavabdeh haqlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 58.7, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-2491/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2491/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver