Məhkəmə qərarları › İş №2-1(116)-250/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-250/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-250/2020 27.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun, Üçüncü şəxs X2, Üçüncü şəxsin vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı (üçüncü şəxs X5) “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 tərəfindən X5 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsinin ona məxsus olan 0.1586 ha torpaq sahəsinin üst-üstə düşən hissəsində, yəni 0.0134 ha hissəsində qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 tərəfindən X5 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsinin ona məxsus olan 0.1586 ha torpaq sahəsinin üst-üstə düşən hissəsində, yəni 0.0134 ha hissəsində qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 0.1586 ha torpaq sahəsi Əliabad kəndində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışdan göründüyü kimi iddiaçıya verilmişdir. İddiaçı həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan torpaq sahəsini qeydiyyata almaqdan imtina edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi, yəni 0.0134 ha hissəsi X2 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda bildirmişdir ki, İddiaçı islahat nəticəsində verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1586 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı X6 ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruluşu lahiyəsindən çıxarışda qeyd olunan 0,1586 ha torpaq sahəsinin 0,0134 ha hissəsi X2 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,1588 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuş və bu barədə ona müvafiq bildiriş məktubu göndərilmişdir. Bundan sonra, İddiaçı hal-hazırkı iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(033)-402/2019 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan X5 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2392/2019 nömrəli qərardadı ilə Zaqatala rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(033)-402/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh orqan bildirir ki, elektron baza məlumatlarında mübahisə predmeti olan 0,0134 ha torpaq sahəsi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”in 982-ci sırasında göstərilən İddiaçı və digərlərilnin (9 nəfər payçıların) adına olan 0,16 ha həyətyanı torpaq sahəsinin daxilindədir. Həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələri”ndən 0,16 ha həyətyanı torpaq sahəsinə aid hissəsindən “Torpaq sahəsinə dair yerquruluşu lahiyəsindən çıxarış” əlavə olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-402/2019 nömrəli Qətnaməsi ilə həmin iş üzrə İddiaçı hazırkı iş üzrə cavabdeh və üçüncü şəxsə qarşı “cavabdeh tərəfindən X5 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsinin ona məxsus olan 0.1586 ha torpaq sahəsinin üst-üstə düşən hissəsində, yəni 0.0134 ha hissəsində qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2392/2019 nömrəli Qərardadı ilə qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-402/2019 nömrəli Qətnaməsi ləğv edilmişdir. Həmçinin, həmin iş üzrə ərizəçi (hazırkı iş üzrə iddiaçı) İddiaçı izah edilmişdir ki, o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə yazılı müraciət etməli, sözügedən orqan onun ərizəsini təmin etməkdən imtina etdiyi halda müvafiq iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. İş materiallarına əlavə edilən Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilir ki, DTXK tərəfindən tərtib edilmiş 236409 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsi 0.14 hektardır. DƏDRX tərəfindən tərtib edilən A 283503 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi 0.1588 hektardır. A 236409 saylı plan-ölçüdə qeyd olunan sahə ilə A 283503 saylı plan-ölçüdə qeyd olunan torpaq sahələri üst-üstə düşmür və konfiqurasiya fərqi mövcuddur. Cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi 0.1486 hektardır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan cavabdeh orqanın imtina və etiraz məktublarından göründüyü kimi iddiaçı cavabdeh orqana məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən analoji tələblə müraciət etməmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində yardım məktubları göndərilərək qeyd olunan nöqsanın aradan qaldırılması üçün vaxt verilmişdir. Lakin iddiaçı məktublara münasibət bildirməmişdir. İş üzrə iddiaçının X5 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsinin ona məxsus olan 0.1586 ha torpaq sahəsinin üst-üstə düşən hissəsində, yəni 0.0134 ha hissəsində qeydiyyatın ləğv edilməsi tələbilə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Tələbin ikinci hissəsi də birincinin həllindən asılı olduğundan həmin hissədə də iddia mümkün sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı (üçüncü şəxs X5) “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8 tərəfindən X5 və digərlərinin adlarına rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.1588 ha torpaq sahəsinin ona məxsus olan 0.1586 ha torpaq sahəsinin üst-üstə düşən hissəsində, yəni 0.0134 ha hissəsində qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 112 manat 72 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar