Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-251/2020 11.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “cavabdehlərin hərəkətsizliyi nəticəsində ona dəymiş 144000 (yüz qırx dörd min) manat maddi ziyan və 50000 (əlli min) manat mənəvi ziyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərin hərəkətsizliyi nəticəsində ona dəymiş 144000 (yüz qırx dörd min) manat maddi ziyan və 50000 (əlli min) manat mənəvi ziyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.48 ha torpaq sahəsinin ******* saylı çıxarışa, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-529/11 saylı qərarı və xx.xx.2012-ci il, 2(102)-28/2012 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən yeganə mülkiyyətçisi hesab edilir. Həmin ərazidə iddiaçının 3 tikilisi mövcud olub. Həmin tikililər 1.48 ha torpaq sahəsinə məxsusdur. Həmin torpaq sahəsinə dair Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cavabdeh Rza Quliyevin iddiaçının torpaq sahəsi ilə hüquqi bağlılığı qalmamış, bütün sənədlər ləğv edilmiş, Rza Quliyevin ərazidən çıxarılması qət edilmişdir. Rza Quliyevə həmin ərazi vaxtı ilə Ağsu rayon Bələdiyyəsi tərəfindən satılmışdır. Beləki eyni torpaq sahəsi 3 nəfərə satılmışdır, Eyni torpaq sahəsi üzrə 3 nəfərə sənəd verilmişdir. Sonradan həmin ərazidə monitorinq keçirilmiş, torpağın dövlət mülkiyyətinə məxsus olması müəyyən edilərək həmin torpaq sahəsi Dövlət Əmlak Komitəsinin balansına verilmişdir. xx.xx.2013-cü il tarixdə Əmlak Komitəsi qətnaməyə əsasən iddiaçının 69.5 kv.m sahəsi olan tikilisinə çıxarış vermiş, xx.xx.2014-cü il tarixdə DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tikilinin altında və ətrafında olan 3240.03 kv.m sahəsi olan torpaq sahəsinə iddiaçının adına texniki pasport təqdim etmiş, xx.xx.2014-cü il tarixdə bu sənədlər əsasında Dövlət Əmlak Komitəsinin Sədri Kərəm Həsənovun 216 saylı Sərəncamı ilə sədr müavini Rafiq Cəlilov iddiaçı ilə 3240,3 kv.m torpaq sahəsinə özəlləşdirmə şərti ilə icarə müqaviləsi bağlamış, lakin bu günə qədər həmin torpaq sahəsindən iddiaçı istifadə edə bilməmişdir. X5 və onun qohumları ərazini qapadıqlarından həmin əraziyə iddiaçı daxil ola bilməmişdir. Dövlət Əmlak Komitəsinin sədri, Rafiq Cəlilov İcra Baş İdarəsinə və Ədliyyə Nazirliyinə iddiaçının rəsmi müraciəti əsasında xx.xx.2018 və 2019-cu illərdə Rza Quliyevin və digər şəxslərin həmin ərazidən çıxarılması ilə bağlı müraciət etmişdir. Bu günə qədər dövlət torpağı və iddiaçının istifadəsində olan torpaq sahəsi Rza Quliyev və onun qohumları tərəfindən zəbt edilmiş və qətnamədə göstərilən 3 tikili iddiaçıya təhvil verilməmişdir. Daha sonra həmin iş üzrə icra sənədi xx xxxx 2012-ci il tarixdə Ağsu rayon İcra Şöbəsinə göndərimişdir. Həmin ilin 09 aprel tarixində icra sənədi Cavabdeh3nə icra edilməsi üçün göndərilmişdir. Sonradan 2015-ci ildə Şamaxı rayon İcra Qrupuna və sonradan yenə də 2019-cu ilin yanvar ayında Ağsu rayon İcra Qrupuna göndərilmişdir. Cavabdeh Rza Quliyev sadəcə olaraq inzibati xəta üzrə prtotokol tərtib edilərək 500 manat cərimə edilmiş və həmin cərimənin onun tərəfindən ödənilməsi təmin edilməmişdir. Artıq neçə illərdir ki, həmin icra sənədi icra edilmir. İddiaçı qeyd edir ki, 8 il ərzində onun 3 tikilisinə 500 manat kirayə haqqı ödənilməklə onun əldə edəcəyi məbləğ və mənəvi zərər cavabdehlər tərəfindən ona ödənilməlidir. Beləki, icra şöbəsi tərəfindən ona 144.000 manat maddi ziyan və 50.000 manat mənəvi ziyan dəymişdir. Bütün bu sənədlərin araşdırılaraq həmin ziyanin hesablanması ekspertiza ilə həyata keçirilə bilər. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 281/2019 nömrəli etiraz məktubunda qeyd edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-529/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən X3 adına verilmiş 0.48 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilməli, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu “Günel” firmasına məxsus olmuş və 69.5 kv. metr sahəsi olan idarə binası boşaldılmalı, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş “Günel” firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996-cı il tarixli texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binası da onun hesabına əvvəlki vəziyyətinə gətirilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Sonrakı müddət ərzində xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar icra prosesi təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmişdir. İcra sənədində göstərilən 69.5 kv.metr qeyri-yaşayış binası tam olaraq boşaldılaraq tələbkar Ə.Qəmbərova təhvil verilmişdir. İcra sənədində digər tələblərlə bağlı, yəni anbar və mağaza binasının əvvəlki vəziyyətinə gətirilməsi ilə əlaqədar tələbkar İddiaçı xahişi ilə icra tədbirləri təxirə salınmışdır. xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar ünvan 3 (köhnə kolxoz bazarı) ünvanında yerləşən 3240.3 kv.m torpaq sahəsinin hal-hazırda kimə məxsus olması və faktiki olaraq kimin istifadəsində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 (köhnə kolxoz bazarı) ünvanında yerləşən 3240.3 kv.m torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla bazarın ümumi istifadəsindədir. Daha sonra icra sənədində göstərilən Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş “Günel” firmasına məxsus invertar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olunmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar borclu tərəfindən tam olaraq bərpa edilmişdir. xx.xx.2020-ci il tarixdə icra şöbəsi tərəfindən təkrar icra təyin edilmiş, bərpa edilmiş mağaza binası və anbar tələbkara təklif edilmişdir. Lakin Ə.Qəmbərov müxtəlif bəhanələr gətirərək bərpa olunmuş mağaza binasını və anbarı qəbul etməkdən imtina etmişdir. İcra prosesində icra şöbəsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında (köhnə kolxoz bazarı) yerləşən 16.2 kv.metr sahəsi, 4,5x3,6 metr ölçülərdə olan mağaza binasının yeri həmin ərazidə yerləşən iş üzrə maraqlı şəxs, fərdi sahibkar X1 məxsus mağaza binasının yerinə düşür. Mağazanın sahibi X2 bildirmişdir ki, onun mağazası tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mağazaya dair Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. İcra yerində mütəxəssis tərəfindən mübahisəli tikililərin 56 kv.metr sahəsi olan idarə və anbar binası və sexin bazarın hansı tərəfində əvvəlki vəziyyətinə gətirilməsi və 16.2 kv. metr sahəsi olan 4.5x3.6 metr mağazanın bazarın ərazisinə düşüb-düşməməsi ilə əlaqədar tədbirlər görülmüş və ölçülər götürülmüşdür. 14 saylı X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, X2 tərəfindən inşa olunmuş mağazanın yerləşdiyi torpaq sahəsi bazarın ərazisi ilə üst-üstə düşmür. Həmçinin icra şöbəsi bildirmək istəyir ki, tələbkar Ə.Qəmbərov məhkəmə qətnaməsində nəzərdə tutulmayan mübahisəli torpaq sahəsinin (köhnə kolxoz bazarı) tam olaraq boşaldılmasını və ümumi istifadədə olan gediş-gəliş yolunun bağlanılmasını tələb edir. Belə olan halda məhkəmə qətnaməsi icra şöbəsi tərəfindən qismən icra edilmiş və xx.xx.2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh1 iddiaçının tələbinin əsassız olduğunu və həqiqətlərə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(106)529/2011 nömrəli Qətnaməsi ilə Ağsu rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin iş üzrə İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və qət edilmişdir ki, X3 adına verilmiş 0.48 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilsin, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu “Günel” firmasına məxsus olmuş və 69.5 kv. metr sahəsi olan karamel və tikiş sexləri binası boşaldılsın, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş “Günel” firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996-cı il tarixli texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binası da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilsin. İddia avadanlıqlar və avtomaşının, vurulmuş 100000 manat maddi və 50000 manat mənəvi ziyanın cavabdehlərdən alınıb ona verilməsi və təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılması tələbi hissəsində təmin edilməsin. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(106)529/11 nömrəli Qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(106)529/2011 nömrəli Qətnaməsinin izah edilməsi ilə əlaqədar Ağsu rayon İcra bölməsi tərəfindən verilmiş ərizəyə baxılaraq qərara alınmışdır: X3 adına verilmiş 0,48 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı həmin torpaq sahəsi ilə bağlı şəhadətnamə etibarsız hesab edildiyindən və cavabdehin (X3) həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ bağlılığı qalmadığından o, həmin ərazidə «Günel» firmasına məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsindən çıxarılması, yəni onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu “Günel” firmasına məxsus olmuş və 69,5 kv.metr tikinti sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş «Günel» firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binasının və anbarın, həmçinin 1996-ci il tarixli texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binasının da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi kimi başa düşülsün. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 56 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən köhnə kolxoz bazarında monitorinq aparılmış və dövlətə məxsus olan 0.48 sot torpaq sahəsində Ağsu rayon Çiyni kənd sakini Quliyev Rza tərəfindən qanunsuz inşa olunmuş obyektlər aşkar olunmuşdur. Hal-hazırda həmin obyektləri Quliyev Rza və digərləri qanunsuz olaraq istifadə edirlər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(106)529/11 nömrəli Qərardadı, xx xxxx 2015ci il tarixli Aktın surəti, ******* nömrəli Çıxarışın surəti, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(106)529/11 nömrəli icra vərəqəsinin surəti, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(106)529/2011 nömrəli Qətnaməsinin surəti, Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli Q-738 nömrəli məktubunun surəti, Kürdəmir İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 780 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, Kürdəmir rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli Qərarının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli 281/2019 nömrəli etiraz məktubu, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədinin təsdiq edilmiş surəti və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 281/2019 nömrəli etiraz məktubu ilə müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-529/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən göstərilən 69.5 kv.metr qeyri-yaşayış binası tam olaraq boşaldılaraq tələbkar Ə.Qəmbərova təhvil verilmişdir. İcra sənədində digər tələblərlə bağlı, yəni anbar və mağaza binasının əvvəlki vəziyyətinə gətirilməsi ilə əlaqədar tələbkar İddiaçı xahişi ilə icra tədbirləri təxirə salınmışdır. İcra sənədində göstərilən Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş “Günel” firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olunmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar borclu tərəfindən tam olaraq bərpa edilmişdir. xx.xx.2020-ci il tarixdə icra şöbəsi tərəfindən təkrar icra təyin edilmiş, bərpa edilmiş mağaza binası və anbar tələbkara təklif edilmişdir. Lakin Ə.Qəmbərov müxtəlif bəhanələr gətirərək bərpa olunmuş mağaza binasını və anbarı qəbul etməkdən imtina etmişdir. Göründüyü kimi İcra şöbəsi icra sənədi ilə bağlı iddia tələbində qeyd olunduğu kimi hərəkətsizlik etməmiş və lazımi icra tədbirlərini həyata keçirmişdir. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin və ya hərəkəsizliyin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “cavabdehlərin hərəkətsizliyi nəticəsində ona dəymiş 144000 (yüz qırx dörd min) manat maddi ziyan və 50000 (əlli min) manat mənəvi ziyanın tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-251/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-251/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver