Məhkəmə qərarları › İş №2-1(116)-251/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-251/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-251/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,0588 ha (588 kv.m) hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı həyətyanı torpaq sahəsi əldə etmək üçün İsmayıllı bələdiyyəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 11 may 2011-ci il tarixli, 206 nömrəli məktubla İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin 04 may 2011-ci il tarixli, 172 nömrəli məktubuna cavab olaraq iddiaçıya həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan ŞPİ fondu torpağından 0,06 hektar torpaq sahəsi satılmasına etiraz etmədiyi bildirilmiş, bələdiyyə mülkiyyətinə verilmiş X3 planından çıxarış (satılacaq torpaq sahəsi olan ərazi) tərtib edilmişdir. İsmayıllı RİH-nin Memarlıq və tikinti şöbəsi 10 may 2011-ci il tarixli, 198 nömrəli məktubla İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin 02 may 2011-ci il tarixli, 166 nömrəli məktubuna cavab olaraq İsmayıllı şəhərinin perspektiv inkişaf fondundan 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına etiraz etmədiyi bildirilmişdir. İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin 19 may 2011-ci il tarixli, 06 saylı qərarı ilə İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan şəhərin perspektiv inkişaf fondu torpağından 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçı X1. İddiaçı satılmış torpaq sahəsinin haqqı olaraq 720 manat məbləğdə pulu xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı filialı vasitəsilə İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin hesabına ödəmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-N-009-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin iddiaçıya 0,06 torpaq sahəsinin satılmasına dair xx.xx.2011-ci il tarixli, 06 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanununun, Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-3180/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2092/2023 nömrəli qərardadı ilə İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi məhkəmə icraatına iş üzrə üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Üçüncü şəxs İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İsmayıllı bələdiyyəsi 156 nömrəli xx.xx.2024-cü il tarixli məktubla məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,0588 ha (588 kv.m) hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin iddiaya qarşı yazılı rəsmi münasibətinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. DTXK-nın İsmayıllı rayon şöbəsinin İsmayıllı bələdiyyəsinə ünvanladığı xx.xx.2011ci il tarixli 206 nömrəli məktubundan görünür ki, İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan şəhərin perspektiv inkişaf fondu torpağından 0,06 ha torpaq sahəsinin satılmasına Şöbə etiraz etməmişdir. İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin İsmayıllı bələdiyyəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli 198 nömrəli məktubundan görünür ki, şəhərin perspektiv inkişaf fondundan 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına Şöbə etiraz etməmişdir. İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarından çıxarışdan görünür ki, həmin qərarla İsmayıllı bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından 0,06 torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı satılmışdır. İsmayıllı rayon Torpaq şöbəsində xx.xx.2011-ci il tarixdə 136 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri "xxxx" ASC-nin İsmayıllı rayon filialı vasitəsilə İsmayıllı bələdiyyəsinin bank hesabına ödənilmişdir. Akt xx.xx.2011-ci il tarixdə tərtib edilərək, imzalanmış və möhürlə təsdiq edilmişdir. DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən tərtib olunmuş A seriyalı 369468 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə 600 kv.m həyətyanı torpaq sahəsi İddiaçı satılmışdır. Sənəd Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 5919-cu nömrə ilə uçota alınmışdır. xx.xx.2011-ci il tarixli 1 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri "xxxx" ASC-nin İsmayıllı rayon şöbəsi vasitəsilə İsmayıllı bələdiyyəsinin bank hesabına ödənilmişdir. İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli 3-48-23RA/2-57/2023 nömrəli məktubunda qeyd olunur ki, İsmayıllı bələdiyyəsinin 2008-ci ildən sonrakı dövrünün sənədləri (2009-2017-ci illər) İsmayıllı rayon arxiv fonduna təhvil verilməyib. İsmayıllı bələdiyyəsinin 317 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin (DTXK-nın İsmayıllı rayon şöbəsi və İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin rəyləri, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarından çıxarış, İsmayıllı rayon Torpaq şöbəsində xx.xx.2011-ci il tarixdə 136 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” akt, elektron kadastr planından çıxarış, xx.xx.2011-ci il tarixli 1 nömrəli qəbz) təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İsmayıllı bələdiyyəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı iclas protokolunun tam mətnini göndərmişdir. Müəyyən olunur ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İsmayıllı bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından 0,06 torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı satılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1191/2024 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ismayıllı şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X4 (TEKUİS) əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələri torpaqlarına aid uqodiyası həyətyanı sahə olmaqla perspektiv inkişaf üçün ayrılmış ərazidə yerləşir. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0588 hektar (588 kv.m) torpaq sahəsi İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə 0,0562 hektar (562 kv.m) hissədə üst-üstə düşür. İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0588 hektar (588 kv.m) torpaq sahəsinin 0,0026 hektar (26 kv.m) hissəsi İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə X8 ayrılmış 0,06 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan, məhkəmənin icraatında olmuş digər iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı bələdiyyəsinin 19 may 2011-ci il tarixli, 06 saylı qərarı ilə satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair 2-1(116)-250/2024 nömrəli işdən təsdiq olunmuş surəti çıxarılaraq əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.20011-ci il tarixli 06 saylı qərarı ilə iddiaçı X8 ayrılmış 0,06 hektar torpaq sahəsi İsmayıllı şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X4 (TEKUİS) əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələri torpaqlarına aid uqodiyası həyətyanı sahə olmaqla perspektiv inkişaf üçün ayrılmış ərazidə yerləşir, iddiaçı X6 nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0627 ha torpaq sahəsi İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə iddiaçı X8 ayrılmış 0,06 hektar torpaq sahəsi ilə 0,0577 ha hissədə üst-üstə düşür. Eyni zamanda iddiaçı X6 nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0627 ha torpaq sahəsi İsmayıllı rayonu ismayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə 26 kv.m hissədə üst-üstə düşür. İddia olunan torpaq sahəsinin üzərində 1 (bir) ədəd fərdi yaşayış evi mövcuddur. Məhkəmənin icraatında olmuş 2-1(116)-250/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarda həmin iş üzrə iddia olunan torpaq sahəsinin İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə 26 kv.m hissədə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hər bir halda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 600 kv.m-dir. İddiaçının həmin torpaq sahəsindən artıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbi yoxdur. Odur ki, üst-üstə düşən hissə nəzərə alınmadan da, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 600 kv.m olmaqla tamamlanır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin üst-üstə düşməni iddia etdiyi 26 kv.m hissədə hər-hansı üst-üstə düşmə mövcud deyildir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mübahisəli torpaq sahəsi üzərində hüquqların qeydiyyatının aparılması və hüquqmüəyyənedici sənədlərin hazırlanması “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının tələbləri baxımından həyata keçirilməlidir. Həmin Fərmana əsasən: 2.3. X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X3 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; ... Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən:

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: ... torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; ...

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. ...

6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və buna səbəb kimi formal əsaslardan çıxış edərək, qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra alqı-satqı etməli olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Ödəniş qəbzinin təsdiq olunmuş surəti bələdiyyə, əsli isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 0,0588 hektar (588 kv.m) torpaq sahəsinin 0,0026 hektar (26 kv.m) hissəsinin İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə X8 ayrılmış 0,06 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Bununla bağlı məhkəmə araşdırması ilə, yəni məhkəmənin icraatında olmuş 2-1(116)-250/2024 nömrəli işdə olan mütəxəssis rəyinə əsasən, X8 ayrılmış, faktiki naturada ölçülmüş 0,0627 ha torpaq sahəsinin hazırkı iş üzrə İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi ilə 26 kv.m hissədə üst-üstə düşdüyü aşkar edilmişdir. Göründüyü kimi bələdiyyə qərarı ilə Elvin Nuriyevə 600,0 kv.m torpaq sahəsi satılmasına baxmayaraq, mütəxəssis rəyi ilə onun faktiki istifadəsində 627 kv.m torpaq sahəsinin olduğu aşkar edilir ki, həmin 627 kv.m torpaq sahəsinin 26 kv.m hissəsi hazırkı iş üzrə İddiaçı faktiki istifadəsində olan 588 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Göstərilənlərə nəzərən məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verməkdədir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinə görə, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,0588 ha (588 kv.m) hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,0588 ha (588 kv.m) hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar