Məhkəmə qərarları › İş №2-1(116)-2514/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2514/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2514/2025 03.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınan reyestr nömrəsi **********19-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m-lik qeyri yaşayış binasını, reyestr nömrəsi **********30-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m-lik qeyri yaşayış binasını və reyestr nömrəsi **********84 qeydiyyat nömrəsi ********** olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha həyətyanı torpaq sahəsini birləşdirərək vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınan reyestr nömrəsi **********19-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m-lik qeyri yaşayış binasını reyestr nömrəsi **********30-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m-lik qeyri yaşayış binasını və reyestr nömrəsi **********84 qeydiyyat nömrəsi ********** olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha həyətyanı torpaq sahəsini birləşdirərək vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə ünvan 1 (yeni qaydalarla Şəki şəhəri, İstiqlaliyyət prospekti 307) ünvanında olan 33,5 kv.m-lik qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə, Şəki şəhəri, M.Müşfiq küçəsi 157B ünvanında yerləşən 81,8 kv.m-lik qeyri-yaşayış binası xx.xx.2024-cü il tarixdə və Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0,0273 ha həyətyaı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir.Həmin çıxarışlara əsasən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ əsasında iddiaçı tərəfindən üzərində qeyri yaşayış binası inşa edilmişdir. İddiaçı ərizəsində bildirir ki, qeydə alınmış bu üç daşınmaz əmlak bir-birinə bitişik sahələrdir. Onların ikisinə – 0,0042 ha torpaq sahəsində yerləşən 33,5 kv.m-lik qeyriyaşayış binasına və 0,0103 ha torpaq sahəsində yerləşən 81,8 kv.m-lik qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adıma müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmin iki qeyri-yaşayış sahəsi bir dam altında tikilsə də ayrı-ayrılıqda qeydə alınmışdır. Digər 0,0273 ha həyətyanı torpaq sahəsi isə həmin iki qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə bitişik ərazi olmaqla mənim adıma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya 18 mart 2025-ci il tarixli imtina təqdim edərək tələbin icrasının mümkün olmadığını bildirmişdir.Cavabdeh orqan iddia tələbinə münasibətdə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binalarının, habelə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən torpaq sahəsinin vahid daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə bağlı təqdim etdiyi sənədlər toplusu (surətləri) ekspertiza edilərkən araşdırma zamanı məlum olmuşdur ki, tikililərin faktiki göstəricilərinin həmin tikililərin texniki pasportunda göstərilmiş göstəricilərə uyğun olmadığı, dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlərin dəyişdirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri göstərildiyindən və müraciətdə qeyd edilmiş tikililərdə aparılmış işlər qeyd olunan maddənin təsiri altına düşmədiyindən tikintiyə və tikinti obyektinin istismarına icazə barədə müvafiq sənədlər tələb olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və digər müvafiq qanunvericiliyin müddəalarını rəhbər tutaraq ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;

2. adına qeydə alınmış ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddaçının mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2024-cü il tarixli çıxarışı;

3. ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2021-ci il tarixli çıxarışı;

4. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli çıxarışı;

5. A seriyalı 183094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü;

6. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı;

7. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilən mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İddia tələbi mahiyyət etibarilə əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüuqi marağı müvafiq çıxarışlara əsasən mülkiyyətində olan əmlaklar üzərində vahid daşınmaz əmlak kimi çıxarışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını tikiliyə icazənin olmaması təşkil edir.Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki,vahid daşınmaz əmlak kimi qeydə alınması iddia olunan əmlaklar üzərində ayrı-ayrılıqda iddiaçının mülkiyyət hüququ qeydə alınaraq çıxarışlar verilmişdir. Belə ki,həmin əmlaklar aşağıdakılardır.

1. ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m sahəsi olan qeyri-yaşayış binası **********19-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir.

2. ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m sahəsi olan qeyri-yaşayış binası **********30-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir.

3. Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsi xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,göstərilən əmlaklar bir-birinə bitişikdir.İşin araşdırılması çərçivəsində 21 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyi təqdim edilmişdir.Rəydə aşağıdakı məsələlərə dair suallar cavablandırılmışdır.

1. İddia olunan 360,7 kv.m qeyri-yaşayış binasının 33,5 kv.m olan hissəsi 2001-ci ildə, 81,8 kv.m olan hissəsi 2003-cü ildə, yerdə qalan hissəsi isə 2019–2022-ci illər ərzində inşa edilmişdir. Sözügedən 33,5 kv.m və 81,8 kv.m olan qeyriyaşayış binalarına dair istismar aktlarının təsdiq olunmuş surətləri təqdim olunur.

2. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü xüsusi mülkiyyət olub, torpaq sahəsinin ölçüləri təqdim olunmuş sxemdə öz əksini tapmışdır.

3. Sözügedən 33,5 kv.m və 81,8 kv.m olan qeyri-yaşayış binaları naturada mövcuddur və iddia olunan 360,7 kv.m-lik qeyri-yaşayış binasının tərkib hissəsidir. Məhkəmə qeyd edir ki,iddiaçının hüquqi marağı 2019–2022-ci illər ərzində inşa edilmiş qeyri-yaşayış binasının hissələri üzərində mülkiyyət hüququnun qeydə alınması deyil,əvvəldən qeydə alınmış hüquqlarının vahid daşınmaz əmlak kimi çıxarışda göstərilməsindən ibarətdir. Bu baxımdan da əvvəlki tikililərin mövcudluğu da araşdırılmışdır.Bu barədə verilmiş sorğuya əsasən aşağıdakı hallar müəyyən edilmişdir :

1. İddia olunan 33,5 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi 55,1 kv.m, 81,8 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi isə 70,7 kv.m-dir.

2. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən qeyri-yaşayış binalarının ümumilikdə sahəsi 360,7 kv.m-dir.

3. xx.xx.2021-ci il qeydiyyat tarixli və xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışlara əsasən üzərində mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir. Rekonstruksiya və bərpa işləri aparılmışdır. Aparılmış işlər nəticəsində xx.xx.2021-ci ildə qeydə alınan binanın ümumi sahəsi artmış, xx.xx.2024-cü ildə qeydə alınan binanın sahəsi isə azalmışdır. Göründüyü kimi vahid daşınmaz əmlak kimi qeydə alınması iddia olunan qeyriyaşayış binaları naturada mövcuddur.Həmçinin, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsi göstərilən torpaq sahələrinə bitişikdir. Məhkəmə qeyd olunanlara əsasən xüsusi ilə qeyd edir ki,fiziki, konstruktiv və funksional baxımdan bir bütöv olan tikili vahid daşınmaz əmlak kimi qiymətləndirilməlidir. Ayrı-ayrı ölçü, tarix və mərhələlərlə tikilməsi vahidlik prinsipini pozmur. Bu zaman üç əsas hala diqqət yetirilməldir : bitişik torpaq sahəsi olması, funksional baxımdan ərazinin və tikilinin bütövlüyü və faktiki olaraq bir bina kimi istifadə olunması. Hazırkı vəziyyətdə isə göstərilən işin halları nəzərəd tutululmuş şərtlərə uyğundur. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır.Tələbin icrasını istisna edən,məhdudiyyət nəzərdə tutulan norma mövcud deyildir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki,iddia olunan fərdi yaşayış evi məlumatlandırma icraatı çərçivəsindən kənara çıxmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmaməşdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki,iddia olunan fərdi yaşayış evi məlumatlandırma icraatı çərçivəsindən kənara çıxmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmaməşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m sahəsi olan qeyri-yaşayış binası və Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq İddiaçı Çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar