Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2515/2024 21.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Müşviq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ümumi iş stajı, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alaraq xx.xx.2024-cü ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1982-ci il tarixdən etibarən bu günə kimi əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında da müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi, 1983-cü ildən 1985-ci ilə kimi həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1985-xx.xx.1987-ci illər üzrə Şəki meliosu tikintinin 29 nömrəli tikinti montaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci illər üzrə 175 nömrəli təsərrüfatlararası mexanikiləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu illər üzrə yemçilik müəssisəsi nəzdində irəli donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci illər üzrə volform kooperativində, xx.xx.1991-xx.xx.2006-cı illər üzrə Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021-ci il tarixdən bu günədək isə X1 idarəsində elektik qaynaqçısı, qaynaqedici və qaynaqçı peşələrində işləməyi qeyd edilmişdir. Qaynaqçı kimi o, uzun müddət işləmişdir. Həmin vəzifə ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında 35-ci bəndində əl ilə qaynaq aparan elektrik qaynaqçıları, qaz qaynaqçılar vəzifəsində çalışınlar güzəştli vəzifələr siyahısındadır. Göründüyü kimi onun işlədiyi sahələr qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Buna görədə 60 yaşı bitdikdən sonra güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSM yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də sözü gedən qurum 21 may 2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericilik baxımından mümkün hesab edilməməsinə görə imtina edilmişdir. Cavabdeh imtina səbəbi kimi xx.xx.1985-xx.xx.1987, xx.xx.1987xx.xx.1988, xx.xx.1989-xx.xx.1989 və xx.xx.1990-xx.xx.1991-ci illər arasındakı dövlər ərzində güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışının mərkəzi filiala təqdim edilməməsi, məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı və xx.xx.1991-ci ildən xx.xx.2005-ci illər arasındakı dövr üzrə işləyib-işləməməyinə dair əsaslı şübhələrin mövcud olması qeyd edilmişdir. Cavabdehin yuxarıda qeyd edilən imtinasını tamamilə qanunsuz və əasssız hesab edir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, ona məxsus olan əmək kitabçasının surətindən və müvafiq arayışlardan göründüyü kimi onun faktiki işlədiyi illər qeyd edilən sənəddə öz təsdiqini tapmışdır. Qaynaq işləri məlum olduğu kimi ya elektriklə ya da qaz ilə (loru dildə desək avtogenlə) aparılır. Bunun başqa formada aparılma üsulu yoxdur. Onun işlədiyi müəssisələr təmirtikinti işəri aparan şirkətlərdir. Orda elektrik qaynağı ilə işlər həyata keçirilir. Yəni o zaman vəzifə olaraq qaynaqçı gedir. Cavabdeh tərəf əsassız imtina vermişdir. Bütün növ qaynaqçı vəzifələri güzəştli vəzifələr sayılır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında 35-ci bəndində əl ilə qaynaq aparan elektrik qaynaqçıları, qaz qaynaqçılar vəzifəsində çalışınlar güzəştli vəzifələr siyahısındadır. Bundan başqa növ qaynaq növü olmur. Bildiyiniz kimi, əmək şəraiti incəsənətin xüsusi sahələrində zərərli və ağır olan işlərdə çalışan kişilər 25 il sığorta stajına malik olduqda və bu müddətin yarısını həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərə yaşa görə pensiyaya çıxa bilər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işləı də çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-118491/2024 nömrəli məktubunda iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunan 25 ildən az olması və güzəştli iş stajının 12 il 6 aydan aşağı olması səbəbindən pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:
1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5);
2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli;
3. stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxanda qeyd edilən bütün şərtlər ödənilməlidir. İkinci şərtə münasibətdə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş materiallarına əlavə edilmiş əmək kitabçasında qeyd edilən məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (10 il 3 ay 13 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2021- 2024-cü illər üzrə 2 il 5 ay)) təşkil etmiş, iddiaçının xx.xx.1991ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və {və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericilikdə əmək pensiyası təyin edilərkən məcburi dövlət sosial sığorta haqqlarının ödənilmədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. Qeyd olunan hal iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələr yaratmış və bu səbəbdən müvafiq dövrlər iddiaçının ümumi iş stajına daxil edilməmişdir. Üçüncü şərtə münasibətdə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr'nm ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC X1 idarəsinin 24 aprel 2024-cü il tarixli 89 nömrəli arayışına əsasən iddiaçı, xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli Tikinti-Montaj idarəsində, xx.xx.1987-xx.xx.1988ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində ‘İrəli’’ donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom" kooperativində, xx.xx.1991 -xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021 ci il tarixindən bugünədək isə X1 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir. Lakin, müvafiq arayışda iddiaçının xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021-ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmamadığı barəsində hər-hansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasımın 4.1.20 ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləsdirməkdir Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayış cavabdehə təqdim edilməmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10678,04 manat təşkil etmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il ümumi is stajı və 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, AZE № ********-li şəxsiyyət vəsiqəsi, - Г № 599030 nömrəli Diplom, НЗ ******* nömrəli hərbi bilet, ИT-İ 1379713№-li əmək kitabçası, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 24 aprel 2024-cü il tarixli 89 nömrəli Arayışı, Sığortaolunanın hesabından çıxarış, 777 nömrəli Əmək müqaviləsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Suvarma İdarəsi üzrə 15 noyabr2021-ci il 71-5 saylı, 12 sentyabr 2024-cü il tarixli 107-K saylı əmrlərindən Çıxarış, X2 Filialının 18 noyabr 2024-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Г № 599030 nömrəli Diplom və НЗ ******* nömrəli hərbi biletlə idiaçının təhsil aldığı müddət 2 il, 10 ay, 15 gün, hərbi xidmət müddəti 2 il 17 gün müəyyən edilir. ИT-İ 1379713№-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.2006-cı il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.2021-xx.xx.2024-cü il. Sadalanan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajının 26 il 7 ay olması müəyyən edilir. xx.xx.2006-cı ildən sonrakı müddətdə isə iddiaçının 2 il 6 ay 1 gün sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajının cəmi 29 il 10 günə bərabər olur. Cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələrin olmasını bildirir və müvafiq dövrləri iddiaçının ümumi iş stajına daxil etmir. Belə ki, müvafiq şübhə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə əsaslandırılır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, sözügedən əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.2002-ci ildən sonra işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 622/2021 №-li qərarında əks olunmuş hüquqi mövqe). Hazırkı işdə cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sosial sığorta stajını qəbul etməmiş, lakin bunu iddiaçının sözügedən müddət ərzində faktiki əmək fəaliyyətinin olmaması ilə əsaslandırmamışdır (o cümlədən müvafiq sübutlar təqdim etməmişdir). Yuxarıda qeyd edildiyi kimi əmək kitabçasında göstərilən qeydlərin həqiqətə uyğun olmadığı barədə şübhələr yalnız cavabdeh orqan tərəfindən təqdim edilən sübutlarla təsdiqlənə bilər. İddiaçının xx.xx.2006-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti üzrə sosial sığorta ödənişlərinin mövcud olmaması, yalnız həmin dövrün sosial sığorta stajına daxil olubolmaması məsələsində ayrıca qiymətləndirilməlidir. Lakin, bu vəziyyət əmək kitabçasındakı xx.xx.1991-xx.xx.2005-ci illərin ümumilikdə mötəbərliyini şübhə altına alması üçün yetərli deyil. Hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur. Belə olan halda məhkəmə yalnız xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə sosial sığorta ödənişlərinin mövcud olmaması əsasından çıxış etməklə iddiaçının xx.xx.1991-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrünün şübhə altına alınmasını əsaslı hesab etmir. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğunluğuna dair şübhələr yalnız konkret sübutlarla təsdiqlənə bilər ki, hazırkı iş üzrə bu müəyyən edilmir. Buna görə də, iddiaçının həmin dövr üzrə sosial sığorta stajı etibarlı hesab edilməli və qanunvericiliyə uyğun olaraq pensiya təyin olunması üçün nəzərə alınmalıdır. Qeyd olunan hal iddiaçının ümumi iş stajının 25 ildən artıq olması qənaətini yaradır. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçı, xx.xx.1985xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli Tikinti- Montaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində ‘İrəli’’ donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom" kooperativində, xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021 ci il tarixindən xx.xx.2024-cü il tarixədək isə X1 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir. Göründüyü kimi xx.xx.2006-xx.xx.2006-cı il tarixlər üzrə əmək fəaliyyəti müddəti nəzərə alınmadan iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıqdır. Cavabdeh orqan bildirir ki, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021-ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamadığı barəsində hərhansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Məhkəmə xüsusi iş stajına münasibətdə də, cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçasında qəbul olunduğu iş üzrə vəzifəsini nəzərə alınmaqla onun zərərli peşələrə aid olan “qaynaqçı” kimi işləməsi müəyyən edilir. Odur ki, həmin peşə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir. Nəzərə alınmalıdır ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 23200000—11620 kodunda qeyd edilmiş - qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır. Belə olan halda hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müəssisələr artıq mövcud olmadığından iddiaçının güzəştli arayış təqdim etməsi faktiki olaraq mümkün deyil. Qeyd olunan halın iddiaçının ziyanına şərh edilməsi və onun sosial təminat hüququnun məhdudlaşdırılması yolverilməzdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi və xüsusi iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.