Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2538/2022 25.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün qapının məcburi açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün qapının məcburi açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi icra sənədi Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı olduğu üçün qətnamənin icrasına həmin məhkəmə nəzarət etməli və qətnamənin icrası ilə bağlı müraciətlər də məhz həmin məhkəməyə verilməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə mümkün sayılmamalıdır. Daha sonra İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsində olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı məhkəmənin yardımından sonra sənədlərinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu prosessual hərəkətlər İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün qapının məcburi açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-2538/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2538/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver