Məhkəmə qərarları › İş №2-1(116)-254/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-254/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-254/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından icra edilən tutulmaların dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan pensiyanın sığorta hissəsinin kapitalına görə yazılan bütün arayışlar fonddan məhkəməyə təqdim edilməsi, 2022-ci ilin avqust ayından başlayaraq iddiaçının pensiyasından tutulan 390 manat Sosial Müdafiə Fondundan alınaraq ona geri qaytarılması və pensiyanın sığorta hissəsinin kapitalına görə yazılan arayış səhv olduğuna görə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli əmək pensiyasından “tutulma haqqında” qərarın ləğv edilməsi və həmin qərarın icrası ilə əlaqədar yaşa görə əmək pensiyasından icra edilmiş bütün tutulmaların ona gerii qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən Məhkəmə iclasında tələbini dəqiqləşdirərək, “əmək pensiyasından icra edilən tutulmaların dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı əmək fəaliyyətinə 1972-ci ildə Mingəçevir PMK 5 Azərbaycan kənd tikinti tresdi 5-ci idarəsində başlamışdır. Həmin idarədə 1974-cü ilə qədər orda çalışmış, 1974cü ildən Rusiya Federasiyasının Varonej şəhərində usta (prarav) kimi işə qəbul olmuş, 1986-cı ilə kimi əmək fəaliyyətini orada davam etirmiş, 1986-ci ildən Qarabağ kənd tikinti trektinin istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, 1994-cu ilə qədər həmin işdə çalışmışdır. O, xx.xx.2012-ci il tarixdən 63 yaşı tamam olduğuna görə əmək pensiyaysına çıxmışdır. Bu zaman X2 Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış siğorta hissəsinin tam məbləğində ödənilməsi üçün ona xx.xx.2006-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər arayış yazılmış və ona pensiya hesablanmışdır. O, xx.xx.2012-ci il tarixdən pensiyada olarkən yenidən müqavilə ilə xx.xx.2017-ci il tarixinədək işləmişdir. xx.xx.2017-ci il tarixində qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyası yenidən hesablanarkən xx.xx.2012-ci il tarixindən 01,07.2017-ci il tarixinədək arayış yazılmalı olduğu halda səhv arayış yazılmışdır. Ancaq pensiya kapitalı düzgün hesablanmışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixinədək 26 manat, 01.10 2012-cı il tarixdən xx.xx.2017-ci il tarixinə kimi 14 manat hesablamışlar. Onun pensiyası yaşa görə yenidən hesablanan zaman pensiyanın siğorta hissəsinin kapitalına görə yazılan arayış 2012-ci ildən 2017-ci ilə kimi yazılmalı idi, ancaq səhvə yol verilərək 2006-ci ildən 2017-ci ilə qədər yazılmışdır. Nəticədə onun 2022-cı ilin avqust ayında yoxlama zamanı pensiyasının siğorta hissəsini yoxlamadan, pensiyasının siğorta hissəsindən 30 manat pul kəsilmiş və ondan əlavə ödədikləri 2017-ci ildən 2022-ci ilə qədər ödənilmiş 1568.83 manat artıq ödənilmiş pul tutulmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-73334/2023 nömrəli məktubla onun pensiyasının yenidən hesablanması haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2012-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olməmaqla azaldılır. Mərkəzi filiala təqdim edilən sənədlərin surətlərinə əsasən İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1968-ci il tarixdən xx.xx.1969-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 29 il 7 av 28 gün sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5146,56 manat pensiya kapitalı, Qanunun 37.3.1 -ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün onun xx.xx.2012-ci il tarixdən işdən azad olduğu tarixədək 2911,04 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixidən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) 271,55 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 316,62 manata, xx.xx.2021-ci il tarixdən 352,71 manata, 01.01,2022-ci il tarixdən isə 364,70 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin və Qanunun 29.1 -ci maddəsinin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 437,42 manata çatdırılıb. Bildirilir ki, xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Tutulma haqqında” qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki. xx.xx.2017-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən İddiaçı yasa görə əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yaşa pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu təqdirdə, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmışdır. Nəticədə ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1568,83 manat artıq pensiya ödənilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətdən 3 il əvvəl) xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə xx.xx.2023-cü il tarixdən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyqun hesablanmışdır. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli xidməti məktubundan görünür ki, X3 əldə edilmiş məlumatlara əsasən xx.xx.2017- ci il tarixdə Nazirliyin Daxili Nəzarət və Audit şöbəsi tərəfindən keçirilmiş yoxlama zamanı İddiaçı pensiya işi araşdırılarkən məlum olmuşdur ki, “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən hesablama aparıldığı dövrdə pensiya kapitalı xx.xx.2012-ci il tarixdən xx.xx.2017- ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmışdır. Nəticədə, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq pensiya ödənişinin həyata keçirildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, “X2” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin tələbləri tətbiq edilmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş vəsait 998,03 (doqquz yüz doxsan səkkiz manat üç qəpik) manat müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, artıq ödənilmiş vəsait xx.xx.2022-ci il taixdən xx.xx.2023-cü il tarixədək hər ay 39,23 (otuz doqquz manat iyirmi üç qəpik) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 45,22 (qırx beş manat iyirmi iki qəpik) manat, 2024-cü ilin fevral ayında 45,22 + 48,99 (yanvar ayının fərqi) = 94,21 (doxsan dörd manat iyirmi bir qəpik) manat olmaqla, xx.xx.2024-cü il tarixə cəmi 821,02 (səkkiz yüz iyirmi bir manat iki qəpik) manat tutulmuşdur. Artıq ödənilmiş vəsaitdən hazırkı dövrə 177,01 (yüz yetmi yeddi manat bir qəpik) manat qalıq qalmışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli etiraza əlavədə qeyd etmişdir ki, İddiaçı “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2012-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-73334/2023 nömrəli məktubla onun pensiyasının yenidən hesablanması haqqında məlumat verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Tutulma haqqında” məktubla iddiaçıya bildirilmişdir ki. onun əmək pensiyasının ödənilməsində artıq ödəmə aşkar edilmişdir. Belə ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən İddiaçı yasa görə əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yasa görə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu təqdirdə. xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmışdır. Nəticədə ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1568,83 manat artıq pensiya ödənilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci il tarixli müraciətdən 3 il əvvəl) xx.xx.2022-ci il tarixədək artıqödəmə müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqan iddia tələbinə etirazda iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, **********8 nömrəli “Tutulma haqqında” qərarın qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin tarixdə **********8 nömrəli “Tutulma haqqında” məktub iddiaçıya ünvanlanaraq, artıq ödəmənin aşkar edilməsi barədə məlumat verilmişdir İddia tələbi inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, iş materiallarında olan iddiaçının cavabdeh orqana ünavnladığı xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, faktiki olaraq iddiaçı pensiyasından icra edilən tutulmalardan narazıdır. İddiaçı, müraciətində pensiyasında artıq ödəmənin olmadığını bildirir. Eynilə xx.xx.2022-ci il tarixli ərizəsində iddiaçı pensiyasından icra edilən tutulmaların əsassızlığı ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının bütün müraciətləri pensiyanın yenidən hesablanması tələbi baxımından cavablandırılaraq, pensiyasından tutulan pul məbləği ilə bağlı müraciətinə münasibət bildirilməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia əsaslıdır. “X2” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından görünür ki, müvafiq pul məbləğinin tutulması ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Əksinə, iddiaçının cavabdeh orqana müraciət ərizələrinin məzmunundan görünür ki, o ümvafiq tutulmanın icra edilməsinə etiraz etmişdir. Cavabdeh orqan müvafiq tutulmaların aparılmasına iddiaçının razılığının olmamasını aşkar bildiyi halda tutulmaları icra etməkdə davam etmiş və ötən müddət ərzində cəmi 821,02 manat pul məbləğini ona ödənilən əmək pensiyasından tutmuşdur. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “X2” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdeh orqanın faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur. Odur ki, cavabdeh orqanın üzərinə tutulmaların dayandırılması və tutulmuş həmin vəsaitin geri qaytarılması öhdəliyi qoyulmalıdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı əmək pensiyasından icra edilən tutulmaların dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar