Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2544/2022 07.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nun pensiya təminatının öhdəliyinin qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nun pensiya təminatının öhdəliyinin qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İddiaçı iddia ərizəsinin nəticəvi hissəsində tələbini "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nun pensiya təminatımın öhdəliyi qoyulsun" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli yardım məktubunda göstərilmişdir ki, həmin cümlədən onun tələbinin nədən ibarət olması məhkəməyə aydın olmur. Belə ki, əvvəla, "pensiya təminatımın öhdəliyi" dedikdə, iddiaçı ona pensiya təyin olunması öhdəliyini nəzərdə tutmuşdursa, bu halda, pensiyanın növünü və pensiyanın hansı tarixdən təyin olunmasını istədiyini göstərməlidir. Digər tərəfdən, o, tələbini yuxarıda qeyd olunan şəkildə ifadə etsə də, iddia ərizəsinin əsaslandırıcı hissəsində pensiya təyin olunması üçün deyil, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini, ona imtina rəyi verildiyini, bu imtina barədə qərarla razı olmadığını, bu səbəbdən də məhkəmədə iddia qaldırdığını bildirmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, araşdırma bitdikdən sonra İddiaçı əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılacağı bildirilmişdir. Göründüyü kimi, nə iddia ərizəsi, nə də ərizəyə əlavə edilmiş sənədin surəti İddiaçı hazırkı iddia tələbinin nədən ibarət olmasını müəyyən etməyə imkan vermir. Ona görə də "pensiya təminatımın öhdəliyi qoyulsun" şəklində tələb məhkəmə tərəfindən mümkün sayıla bilməz. Məhkəmənin yardım məktubunda İddiaçı izah edilmişdir ki, əgər əldə etmək istədiyi hüquqi nəticə əlilliyin müəyyən edilməsindən ibarətdirsə, bu halda, o, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərərək ona qarşı məcburetmə haqqında iddia qaldırmalı, əgər əlilliyi artıq müəyyən edilmişdirsə və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdursa, bu halda, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərməklə həmin orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmalıdır. Bundan başqa, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddiaların mümkünlük şərtlərindən biri odur ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Əks təqdirdə, iddia mümkün sayıla bilməz. Həm də məhkəməyə sənədlərin yalnız əsli, yaxud notariat qaydasında təsdiq olunmuş surəti təqdim edilməlidir, notariat qaydasında təsdiq edilməmiş surətlər isə məhkəmədə sənəd kimi qəbul edilmir. Lakin İddiaçı məhkəməyə hər hansı inzibati orqana müraciət etməsini və inzibati orqanın bu tələbi təmin etməkdən imtina etməsini təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmənin yuxarıda göstərilən yardım məktubu ilə İddiaçı izah olunmuşdur ki, o, müvafiq tələblə inzibati orqana əvvəlcədən müraciət etməsini və inzibati orqanın onun tələbini təmin etməkdən imtina etməsini təsdiq edən sənədin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə təqdim etməlidir. Yuxarıda sadalanan çatışmazlıqlar məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı diqqətinə çatdırılmış və çatışmazlıqların aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Yardım məktubu poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci ildə imza etdirilməklə təqdim olunmuş, lakin təyin olunmuş müddətdə və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin təklifinə yazılı münasibət bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, İddiaçı sadalanan çatışmazlıqları aradan qaldırmaqla eyni tələblə bağlı iddia ərizəsi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nun pensiya təminatının öhdəliyinin qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-2544/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2544/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver