Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-255/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ona təkrarən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona təkrarən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 mart 1963-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bu barədə 16 iyul 1967-ci il tarixdə Cavabdehndə 117 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X3, anası X2 olmuşdur. 1993-cü ilədək Şəki şəhərində yaşamış, 1993-1994-cü ildən işləmək üçün Ukraynaya getmişdir. Şəkidən gedərkən şəxsiyyətini təsdiq edən sənədi SSRR-i pasportu olmuşdur. 2019-ci ilin may ayınadək Ukraynada qaldığından Azərbaycan Respublikasının vətəndaşına məxsus olan şəxsiyyət vəsiqəsi olmamışdır. Ukraynadan Azərbaycana qayıdarkən qayıdış şəhadətnaməsi alaraq qayıtmışdır. Bununla belə şəxsiyyət vəsiqəsinin alınması üçün sənədləri yığaraq Şəki Asan Xidmət mərkəzinə getmiş və ona şifahi olaraq bildirmişlər ki, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət veriqəsinin verilməsi mümkün deyil. Bundan sonra Cavabdehnə müraciət edərək təkrarən doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, 13.07.2019-cu il və 28.09.2019-cu il tarixli məktublarla bildirilmişdir ki, şəxsiyyəti təsdiq edən sənəd olmadan doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil, buna görə də məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazlarının olmadığını bildirdi. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə bxmayaraq gəlməmi, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və ona Abşeron RPŞ QvŞV bölməsi tərəfindən 27.12.2019-cu il tarixdə AA seriyalı ******* nömrəli Şəxsiyyət Vəsiqəsi verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Sadalananlardan göründüyü kimi iddiaçıya şəxsiyyət vəsiqəsi verildiyi üçün onun hüququ pozulmamış, inzibati orqanın failiyyətindən irəli gələn hərəkət və hərəkətsizliyindən onun hüquqi müdafiəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ona təkrarən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-255/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-255/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver