Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-256/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X2, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı (üçüncü şəxs: Cavabdeh2) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 Şəki rayonu, Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatlar üzrə yenidən ölçülərək mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 Şəki rayonu, Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatlar üzrə yenidən ölçülərək mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01/05 nömrəli qərarı ilə Şəki şəhəri 125-ci kvartaldan fərdi yaşayış evi tikmək üçün X7 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsi xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. O zaman həmin torpaq sahəsi üçün sənədlər əsasında (reyestrdən çıxarış) evi inşa edərkən evin arxasından qonşu ərazi ilə 1 metrə yaxın ərazi saxlayaraq evi inşa etdirmişdir. İddiaçı həmin saxladığı 1 metr ərazini gələcəkdə evin arxasında nəmişlik olmaması üşün beton bərkitmə işləri görmək üçün saxlamışdır. Lakin sonradan 2019-cu ilin əvvəllərində yeni sənədlər hazırlanarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15 və Qurban adlı əməkdaşları tərəfindən iddiaçının sahəsi ilə qonşu sahənin üst-üstə düşdüyü bildirilmiş və bunu texniki səhv kimi qiymətləndirmişdilər. Həmin səhvi aradan qaldırmaq üçün iddiaçıya və Cavabdeh2 təklif etmişdirlər ki, aktla həmin texniki səhv aradan qaldırılsın və onlara yeni torpaq sahəsinin planı və ölçüsü sənədi verilsin. Onların xahişi ilə razılıq əsasında xx.xx.2019-cu il tarixində akt tərtib edilmiş və texniki səhv aradan qaldırılmış və iddiaçının evinin arasında gələcəkdə görəcəyi işlər üçün saxladığı 1 metrə yaxın torpaq sahəsi qonşu əraziyə, yəni Cavabdeh2 verilmişdir. Həmin ərazi qonşu ərazisinə verildikdən sonra iddiaçının ərazisi artıq 600 kv.m-dən az qalmışdır. Son dövrlər yağış damcıları və s. nəticəsində iddiaçının evinin arxasında nəmişlik yarandığından evin gələcəkdə çökməsi başbilər. Məhz buna görə də həmin hissəyə beton bərkitmə işləri aparmaq məcburiyyətində qalmışdır. Buna görədə evin arxasında beton bərkitmə işləri apardıqdan sonra Cavabdeh2 iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçının evinin sökülməsini xahiş etmişdir. Nəticədə işə məhkəmədə baxılaraq iddiaçı tərəfindən aparılmış beton bərkitmə işlərinin sökülməsi qət edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi qeyd olunan ərazi iddiaçıya məxsus olmuş və ev tikərkən iddiaçı həmin ərazini məhz bu işlər üçün saxlamışdır. Cavabdeh təşkilatın əməkdaşlarının xahişi ilə iddiaçı akta qol çəkmişdir. Onlar o zaman bu işləri görərkən Cavabdeh2 ilə hər hansı bir problem olmayacağına vəd vermişdilər. İddiaçı cavabdeh orqana müraciət edərək, **********19 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və 0.06 ha torpaq sahəsinin yenidən ölçülərək onun mülkiyyətinə verilməsini xahiş etmişdir, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehlərə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Buna görə də cavabdeh qismində qeyd etdiyi (fiziki şəxs) Cavabdeh2 üçüncü şəxs kimi göstərməklə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmək tövsiyyə edilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı nöqsanları aradan qaldırmış və Cavabdeh2 üçüncü şəxs qismində qeyd edərək iddia ərizəsini məhkəməyə ünvanlamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********56 nömrəli məktubunda qeyd etmişdir ki, Şəki Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 05 saylı qərarı, DTXK-nın Şəki rayon şöbəsində qeydiyyatdan keçmiş xx xxxxxx 2007-ci il tarixli, 132 saylı torpaqların alqı- satqısına dair akt və DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2010-cu il tarixli, 359 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında X5 adına xx xxxxxx 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA00445 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki 2 saylı DNK-nın xx xxxxxx 2011-ci il tarixli, 4Ə-1/41 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış, sonuncunun adına xx xxx 2018-ci il tarixli, A245504 saylı torpaq sahəsinin planı və ölçüsü, xx xxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx xxxxxx 2019-cu il tarixli akt əsasında torpaq sahəsinin planı və ölçüsünə düzəliş edilməsi üçün ərizə qəbul edilmiş və xx xxxxxx 2019-cu il tarixli, A361440 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 15 saylı qərarı, DTXK-nın Şəki rayon şöbəsində qeydiyyatdan keçmiş xx xxxxxx 2007-ci il tarixli, 1316 saylı torpaqların alqısatqısına dair akt və DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2007-ci il tarixli, 45 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında X8 adına xx xxxxxx 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 268 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki 2 saylı DNK-nın xx xxxxxx 2011-ci il tarixli, 4Ə-361 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış, sonuncunun adına xx xxx 2018-ci il tarixli, A245843 saylı torpaq sahəsinin planı və ölçüsü, xx xxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx xxxxxx 2019-cu il tarixli akt əsasında torpaq sahəsinin planı və ölçüsünə düzəliş edilməsi üçün ərizə qəbul edilmiş və xx xxxxxx 2019-cu il tarixli, A361439 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-577 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı “xx xxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi “ tələbi baxılmamış saxlanılmışdır. İş üzrə üçüncü şəxs Cavabdeh2 iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, o, İddiaçı qarşı tikilinin sökülməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edilmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan başqa İddiaçı Şəki Rayon Məhkəməsinə çıxarışın ləğv edilməsi tələbi ilə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa Cavabdeh2 qeyd edir ki, həmin iş üzrə xx.xx.2019-cu il tarixli 11907 nömrəli ekspert rəyi vardır. Ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə istifadə etməli olduğu torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür, torpaq sahələri arasında konfiqurasiya fərdi yoxdur. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qeyd edilən torpaq sahəsinin hüdüdları çərçivəsində aparılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı iclas protokolunun 15 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə ərizəsinə əsasən 600 kv.m torpaq sahəsi 125-ci kvartaldan X8 mülkiyyətinə verilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi A.Aslanova satılmışdır. Bunun əsasında A.Aslanovun adına A seriyalı 006944 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət Kadastrı Kitabında xx.xx.2007-ci il tarixdə 45 nömrə ilə uçota alınmışdır. Həmçinin A.Aslanovun adına MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Sonradan A.Aslanov xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini Cavabdeh2 satmış, sonuncunun adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. İddiaçının adına olan 600 kv.m torpaq sahəsi isə əvvəllər ərizəsinə əsasən Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına və alqı-satqı müqaviləsinə əsasən X1, sonuncunun adına AA seriyalı 004445 nömrəli xx.xx.2011-ci il tarixli plavə ölçü sənədi və MA seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə X10 torpaq sahəsini İddiaçı satmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli A seriyalı 245504 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Həmçinin RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının hazırki iddia üzrə əsas dəlili ondan ibarətdir ki, 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə plan-ölçü sənədləri hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, plan-ölçü sənədləri ilkin sənədlərə uyğun tərtib olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli akt əsasında torpaq sahəsinin planı və ölçüsünə düzəliş edilməsi üçün iddiaçı və 3-cü şəxsdən ərizə qəbul edilmiş və xx xxxxxx 2019-cu il tarixli, A361440 və A361439 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. İddiaçı öz razılığı ilə mövcud uyğunsuzluğun aradan qaldırılmasına etirazının olmadığını bildirmiş və nəticədə cavabdeh inzibati orqan tərəfindən texniki sənədlərə düzəliş edilmişdir. Mülki məhkəmə icraatında tərəflər arasında olan mübahisəyə baxılarkən iddiaçının torpaq sahəsinin azalmasına dair dəlili təsdiqini tapmamışdır. Əksinə iddiaçı tərəfindən aparılan bərkitmə işlərinin 3-cü şəxsin torpaq sahəsində aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi düzgün tərtib olunmuş, qeyd olunan plan ölçü sənədi tərtib olunarkən iddiaçının qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməmişdir. İddiaçı adına tərtib olunmuş plan ölçü sənədində qeyd olunan torpaq sahəsindən istifadə etmək əvəzinə 3-cü şəxsin sahəsinə müdaxilə edir. Qeyd olunan hal iddiaçıya 3-cü şəxsin qanuni tərtib olunmuş sənədinin ləğv edilməsini tələb etmək üçün hər hansı bir əsas vermir. Həmçinin mübahisəli torpaq sahəsinə dair iddiaçının öz razılığı ilə düzəliş edildiyindən onun adına yenidən mülkiyyət hüququ da qeydə alına bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı (üçüncü şəxs: Cavabdeh2) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 Şəki rayonu, Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatlar üzrə yenidən ölçülərək mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-256/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-256/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver