Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-257/2020 03.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “onun ad və soyadının dəyişdirilərək əvvəlki ad “Sevər”, soyad “Fətəliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 28.10.2019-cu ildə Cavabdehnə ad və soyadının dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra “Fətəliyeva Sevər”dən “İddiaçı”yə dəyişdirilmişdir. X5 ilə 27 yanvar 1994-cü il tarixdə nikaha daxil olmuş və həmin tarixdə də Əliyeva soyadını qəbul etmişdir. Adını və soyadını dəyişməyinə baxmayaraq yenə də iddiaçını köhnə soyadı və adı ilə yəni Fətəliyeva Sevər kimi tanıyırlar. Əvvəlki adı və soyadına qayıtmağından ötrü aidiyyəti üzrə inzibati orqan sayılan Cavabdehnə İddiaçı ad və soyadından Fətəliyeva Sevər ad və soyadına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya 28.10.2019-cu il tarixli, 642 nömrəli imtina cavabı vermişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, bundan əvvəl ilkin doğum aktı qeydindəki soyadı və adı olan X1 İddiaçı dəyişdirilməsi üçün şöbəyə müraciət etmisiniz və müvafiq sənədlər təqdim etmisiniz. Toplanmış sənədlər araşdırılaraq qanunmüvafiq qaydada tərəfimizdən soyad və adın dəyişdirilməsi barədə 24.12.2013-cü il tarixdə akt qeydi tərtib olunmuş və adınız və soyadınız Fətəliyeva Sevərdən, İddiaçı dəyişdirilmişdir. Sizin yenidən soyadınızı və adınızı İddiaçı Fətəliyeva Sevərə dəyişdirilməsi səlahiyyətləri daxilində olmadığı üçün imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, iddiaçının hüquqlarını da məhdudlaşdırmışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “onun ad və soyadının dəyişdirilərək əvvəlki ad “Sevər”, soyad “Fətəliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı münasibətində bildirmişdir ki, İddiaçı adını və soyadını X2 dəyişdirmək Cavabdehndə mümkün deyil. Məhkəmə iclasında iddiaçı 2013-cü ildə Rusiya Federasiyasından deportasiya olunduğu üçün adını və soyadını dəyişdiyini, artıq ora getmək fikrinin olmadığı üçün əvvəlki ad və soyadına qayıtmaq istədiyini bildirib iddianın təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli, AZE seriyalı 07294364 nömrəli şəxsiyyət vəsiqəsiqələrin surətləri, AZ-İİİ seriyalı 209029 nömrəli doğum haqqında şəhadətnamənin surəti,AZ-İ seriyalı 009769 nömrəli ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə, AZ-İİİ seriyalı 209028 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Cavabdeh 28.10.2019cu il tarixli 642 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis şöbəsinin 10.12.2019-cu il tarixli 189-28482-1219 nömrəli məktubu və ona əlavə edilmiş tələbnamə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 20.12.2019cu il tarixli 33/7370 nömrəli məktubu, Cavabdeh 28.12.2019-cu il tarixli 8336 nömrəli məktubu, 24.12.2013-cu il tarixli ********* nömrəli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydi, Cavabdeh 25.12.2019-cu il tarixli 821 nömrəli məktubu, AZ-İ seriyalı 873439 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, AZ-İİİ seriyalı 209027 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı Cavabdehnə qarşı “onun ad və soyadının dəyişdirilərək əvvəlki ad “Sevər”, soyad “Fətəliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı İddiaçı Cavabdehnə qarşı “onun ad və soyadının dəyişdirilərək əvvəlki ad “Sevər”, soyad “Fətəliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-257/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-257/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver