Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-257/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Haı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10rşı (üçüncü şəxs: Məmmədova Hicran Əliəsgər qızı) “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyata və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və texniki pasportun alınması üçün maneə olan reyestr məlumatlarında buraxılmış texniki səhvin aradan qaldırılması və reyestrə müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyata və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və texniki pasportun alınması üçün maneə olan reyestr məlumatlarında buraxılmış texniki səhvin aradan qaldırılması və reyestrə müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli, 249246 alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən iddiaçıya ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində qeydiyyat vəsiqəsi (Qeydiyyat vəsiqəsinin nömrəsi: 5668/455, qeydiyyat tarixi: xx.xx.2005) verilmişdir. Qeyd edilən əmlakın bir hissəsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, Məmmədova Hicran Ələsgər qızı İddiaçı qarşı “Maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia qaldırmışdır. İşə baxan Şəki rayon Məhkəməsi xx.xx.2019cu il tarixli 2(075)-647/2019 saylı qətnamə qəbul edərək iddiaçı Məmmədova Hicran Ələsgər qızının iddiasını təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli 2(107)-2225/2019 saylı qətnamə qəbul edərək iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini iddiaçı Məmmədova Hicran Ələsgər qızına münasibətdə dəyişdirilmədən, onun apellyasiya şəkayətini isə təmin edilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli 2(107)- 2225/2019 saylı qətnaməsindən də narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli 2(102)-7571/2019 saylı qərarı ilə kassasiya şikayətini təmin etməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Göründüyü kimi, qeyd edilən fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun tərkib hissələrinə olan iddiaçının mülkiyyət hüququ dəyişilməz olaraq qalmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, fərdi yaşayış evinə adına texniki pasport və çıxarış verilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materillarında Şəki şəhəri, Pravda küçəsi, 16 saylı ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı adına xx xxxx 2005-ci il tarixli, 5668/455 saylı qeydiyyat vəsiqəsi və xx xxxxxxxx 1962-ci il tarixli, 1141 inventar nömrəli texniki pasport verilməsi barədə məlumat mövcuddur. Şəki şəhəri, Pravda küçəsi, 17 saylı ünvanda yerləşən fərdi yaşayış evinə Nuxa Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx xxxxxx 1951-ci il tarixli, 234/448 saylı torpaq qeydi əsasında digər mülkiyyətçinin adına xx xxxxxx 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 12518 inventar nömrəli texniki pasport verilmişdir. Sözügedən fərdi yaşayış evinə texniki pasport işlənilmədiyindən və torpaq qeydində otaqların təsnifatı göstərilmədiyindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhv olaraq İddiaçı məxsus sahəsi 17.8 kv.m olan 4 və 10 saylı otaqlar ümumi sahəyə daxil edilmiş, xx xxxx 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən texniki səhv aradan qaldırılmamışdır. Məmmədova Hicran Ələsgər qızı ərazi idarəsində olduqda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılmasının mümkünlüyü nəzərinə çatdlrılmış, lakin hüquq sahibi düzəliş aparılmasına etiraz etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılmasına hüquq sahibi etiraz edərsə belə düzəlişlər məhkəmənin qərarı əsasında aparıldığından İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 5668/455 nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhəri, Pravda küçəsində yerləşən beş otaqlı 103 kv.m ərazidən ibarət yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan inventar nömrəsi 12518 olan xx.xx.2008-ci il tarixdə tərtib edilən Texniki pasport və MH seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X9 və X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan inventar nömrəsi 12518 olan xx.xx.2011-ci il tarixdə tərtib edilən Texniki pasport və MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhəri, Pravda küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ayna Əzizovanın etibarnamə üzrə nümayəndəsi satıcı X11 alıcı Məmmədova Hicran Əliəsgər qızına Şəki şəhəri, Pravda küçəsində yerləşən beş otaqlı ümummi sahəsi 121.2 kv.m, yaşayış sahəsi 81.9 kv.m olan 17 saylı fərdi yaşayış evini satmışdır. Bundan sonra Hicran Məmmədovanın adına MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış tərtib edilmişdir. Əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-647/2019 saylı qətnaməsindən müəyyən olunur ki, məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə iddiaçı və onun nümayəndəsi (vəkili)nin iştirakı ilə yerli baxış keçirilmiş, baxış zamanı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı, ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ Məmmədova Hicran Əliəsgər qızının mülkiyyətində olması müəyyən edilmişdir. Həmçinin mübahisə predmeti olan Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı reyestrdən çıxarışla sahəsi 17.8 kv.m olan 4 saylı və 17.8 kv.m olan 10 saylı otaqların həm iddiaçı Məmmədova Hicran Əliəsgər qızının adına qeydə alınmış texniki pasportda, həm də cavabdeh İddiaçı məxsus evin texniki pasportunda öz əksini tapması müəyyən edilmişdir. Sözügedən ünvana aid texniki pasport olmadığından, xx xxxxxx 1951-ci il tarixli 234/448 saylı torpaq qeydinə istinad olunduğundan və torpaq qeydində yalnız tikilialtı göstərilərək otaqların təsnifatı göstərilmədiyindən, xx xxxxxx 2008-ci il tarixdə qeydiyyat aparılan zaman X12 tərəfindən göstərilmiş sahələrin inventarizasiyası aparılmış, sahəsi 17.8 kv.m olan 4 saylı və 17.8 kv.m olan 10 saylı otaqlar da ümumi sahəyə əlavə edilmişdir. Məmmədova Hicran Əliəsgər qızının şifahi müraciətindən sonra qonşuya aid ünvan 1 saylı ünvana aid arxiv qovluğundakı sənədlərin araşdırılması zamanı 4 və 10 saylı otaqların İddiaçı məxsus fərdi yaşayış evinə aid olduğu, texniki səhv olaraq Məmmədova Hicran Əliəsgər qızına verilmiş 12518 inventar nömrəli texniki pasportda göstərildiyi müəyyən olunmuşdur Göründüyü kimi ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi 12iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Məmmədova Hicran Əliəsgər qızına satılmış, sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 tərəfindən xx xxxx 2011-ci il tarixdə MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən İddiaçı satılmış, sonuncuya Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 5668/455 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisə predmeti olan sahəsi 17.8 kv.m olan 4 saylı və 17.8 kv.m olan 10 saylı otaqlar İddiaçı məxsus fərdi yaşayış evinə aid olmasına baxmayaraq texniki səhv olaraq Məmmədova Hicran Əliəsgər qızına verilmiş 12518 inventar nömrəli texniki pasportda göstərilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə keçirilən yerli baxış zamanı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 tərəfindən həmin otaqların texniki olaraq yanlışlıqla Məmmədova Hicran Əliəsgər qızına verilmiş 12518 inventar nömrəli texniki pasportda göstərildiyi müəyyən olunmuş, bundan başqa həmin otaqların cavabdeh tərəfindən iddiaçıya satılması ilə bağlı hər hansı sübut iddiaçı Məmmədova Hicran Əliəsgər qızı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Odur ki, mübahisə predmeti olan sahəsi 17.8 kv.m olan 4 saylı və 17.8 kv.m olan 10 saylı otaqlar İddiaçı məxsus fərdi yaşayış evinə aid olduğundan onların iddiaçı tərəfindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, artıq qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verdiyi təsdiqini tapdığından, mübahisə predmeti olan otaqların 3-cü şəxsə aidiyyətinin olmadığı müəyyənləşdirildiyindən və bununla da iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 üzərinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyata və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və texniki pasportun alınması üçün maneə olan reyestr məlumatlarında buraxılmış texniki səhvin aradan qaldırılması və reyestrə müvafiq düzəlişin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 üzərinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyata və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və texniki pasportun alınması üçün maneə olan reyestr məlumatlarında buraxılmış texniki səhvin aradan qaldırılması və reyestrə müvafiq düzəlişin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-257/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-257/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver