Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2576/2023 13.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 978 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 13 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 978 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 saylı kolxoz üzvlərinin ümumi yığıncağının qərarı ilə iddiaçıya 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bu günədək iddiaçının istifadəsindədir. İddiaçı mübahisə predmenti olan 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq Çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edimiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları əldə edilməsini təsdiq edilməsini təsdiq edən sənədlər Siyahısı”nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkillərinin yığıncağının qərarı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 saylı qərarının 12 oktyabr 2022-ci il tarixli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməyindən müraciətin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir.. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli ümumi yığıncağından çıxarışın surəti;
3. Milli Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2022-ci il tarixli 851 nömrəli arxiv arayışına əlavə edilmiş Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli ümumi yığıncaq protokolunun çıxarışından görünür ki, İddiaçı şəxsi mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmişdir.
4. Şəki rayonu Baş Layısqı bələdiyyəsi tərəfindən ayrılmış 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı.
5. Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli Qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı torpaq sahəsi verilmişdir.
6. Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Baş Layısqı kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Baş Layısqı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı qeyd olunmuşdur
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3945/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 978 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında Yaşayış Məntəqələrinin torpaqları kateroqiyasına aid uqodiyası-çoxillik əkmələr, Xüsusi mülkiyyət kimi göstərilmişdir. DWG faylında isə həmin torpaq sahəsi Baş Layısqı bələdiyyəsinə aid bələdiyyə mülkiyyətində olan ərazidir. İddiaçının bildirdiyinə görə hal-hazırda torpaq sahəsi onun tərəfindən istifadə olunur. Sözü gedən torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu yoxdur, döngə nöqtələri,koordinatları, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Ayrılmış torpaq sahəsinə dair sxem təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh tərəfindən imtinanın əsası olaraq Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 saylı qərarında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməyini qeyd edilmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,spzügedən qərarın arxiv nüsxəsi əldə edilmiş,həmin qərarda şəxslərə ayrılan torpaq sahələrinin ölçüsünə dair qeydin aparılmadığı müəyyən edilmişdir.Lakin,iddiaçı tərəfindən təqdim olunan kolxoz qərarına dair çıxarışdan görünür ki,ayrılan torpaq sahəsi 0,12 ha olaraq nəzərdə tutulmuşdur.Onun əsasında tərtib olunmuş xx.xx.1995-ci il tarixli aktda da tərtib olunan sxemin ölçüsü 0,12 ha olaraq qeyd edilmişdir.Həmin torpaq sahəsinin bir hissəsi hazırda onun istidfadəsindədir.İddia tələbi isə həmin hissəyə münasibətdə dəqiqləşdirilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Şəki rayon Baş Layısqı kənd keçmiş “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsindən onun istifadəsində olan 978 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Baş Layısqı kəndi keçmiş “Baş Layısqı” kolxozunun 28 fevral 1995-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 978 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə