Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2576/2024 25.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1i ünvanında yerləşən 0,19 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Oğuz rayon Sincan bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Mollalı kəndi ünvanında yerləşən 0,19 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Oğuz rayon Mollalı kəndi ərazisində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,35 ha həyətyanı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qeyd edilən evə və torpaq sahəsinə onun adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və Texniki Pasport hazırlanmışdır. Həmin evin həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 0.19 ha torpaq sahəsi 30 ildən çox müddətdir onun istifadəsindədir. Həmin torpaq sahəsində fındıq və digər ağaclar əkərək qulluq etmişdir. Sincan Bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsinin ona uzunmüddətli icarəyə verilməsi xahiş etmiş, sonuncu isə iddiaçıya imtina cavabı göndərmişdir. Cavadeh orqan iddia tələbinə münasibətdə etirazını sözügedən torpaq sahəsinin **********16 reyestr nömrəli çıxarışa əsasən X2 istifadəsində olması və torpaq sahəsinin icarəyə verilməsinin yalnız istifadəçinin notarial qaydada razılıq ərizəsi olduqdan sonra mümkün olması ilə əsaslandırır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin iddia olunan “torpaq sahəsinin planı və ölçüsü” sənədi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayonu Mollalı kəndi ünvanında yerləşən 0,19 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə cavabdeh tərəfindən müvafiq inzibati aktın qəbul edilməsinə nail olmaqdır. Məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi məsələsinə sahəvi qanunvericilik aktı olan “Torpaq icarəsi haqqında” Qanunun müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Sözügedən Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin tərtib etdiyi X2 mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə dair A№ 908464 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, iddia olunan torpaq sahəsi həmin plan-ölçü sənədində faktiki sahə olaraq göstərilən 0,392 ha torpaq sahəsinin bir hissəsidir. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin tələbinə görə bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci cümlə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Qanunvericilikdə bələdiyyə torpaqlarına münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində bağlanması barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmişdir (12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir). Torpaq icarə müqaviləsinin uzadılmasına münasibətdə isə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsinin icarə müqaviləsinin bağlanmasının iki fərqli qaydası müəyyən edilmişdir. Belə ki, istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə icarəyə verilən torpaq sahələrindən başqa qalan bütün torpaq sahələrinin icarəyə verilməsi açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə həyata keçirilir. Hazırkı işdə isə iddia olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında torpaq icarə münasibətləri olmamışdır (iddia olunan torpaq sahəsi istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə iddiaçının icarəsinə verilməmişdir). Həmin torpaq sahəsindən iddiaçının faktiki istifadəsi zəbtetmə ilə əlaqədardır. Odur ki, sözügedən torpaq sahəsinə münasibətdə açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən torpaq sahəsinin birbaşa icarəyə verilməsi barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh ünvan 2i ünvanında yerləşən 0,19 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.