Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2578/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxs X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-28/2023 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X3 ilə anası X13 1953-cü il tarixdə evlənmiş və 1972-ci il tarixinədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə atası X3 ilə anası X13 arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindən zal otaq 30 kv.m qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.molmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə, digər divar tərəfdən bir otaq 26 kv.m qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, evlərdən zal otaq 30 kv.m, orta otaqdan isə bir qapı, bir pəncərə daxil olmaqla 15 kv.m, həm də balkondan 3 metr 75 sm İsmayılova Rənaya verilməlidir. Yan barı tərəfdə olan 26 kv.m sahədə bir otaq, orta otaqdan bir pəncərə onun tərəfində qalmaq şərti ilə evi 2.75, uzunu 4 metr sahə 11 kv.m Səlimov Abduləvvələ verilməlidir. Balkonun uzunu 14 metrdir. 10 metr 25 sm yenə Səlimovda qalmalıdır. Göründüyü kimi zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. Lakin nədənsə sonradan X9 texniki pasport hazırlanarkən orta otağın atasına düşən hissəsi və həmin hissəyə münasibətdə qarşısındakı balkon hissəsi X6 payı kimi göstərilmişdir. Halbuki, həmin texniki pasportda texniki pasportun verilməsi əsası kimi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin olması qeyd edilmişdir. Buradan da aydın şəkildə görünür ki, cavabdeh Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələblərini kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport qanunsuz və əsassız tərtib edilmişdir. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı onunla dəyişdirilmişdir. Həmçinin, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən orta otağın 2.25 m hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bununla da, Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin, sonradan anası X13 öz payına düşən hissəsini nəvəsi X7 bağışlamış və ondan sonra da X8 xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973- cü il tarixli qətnaməsi ilə X2 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X8 məxsus kimi göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir. İddiaçı həmin hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evinin arxiv məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, 05 oktyabr 1972-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının atası X1 adına 9922/4488 nömrəli torpaq qeydi verilmiş, Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iki yerə bölünərək, sahəsi 30 kv.metr olan zal otaq, orta otağın bir qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.metr hissə iddiaçının anası X9 verilmiş, digər tərəfdən sahəsi 26 kv.metr olan otaq, orta otağın qalan 11 kv.metr olan hissəsi, 27 kv.metr eyvan X1 mülkiyyətində saxlanılmışdır. 16 yanvar 1974-cü ıl tarixdə X3 və X6 adlarına ümumi birgə mülkiyyətdə olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 23 yanvar 1974-cü il tarixli evdəyişmə müqaviləsi ilə X3 öz payını İddiaçı vermişdir. 26 yanvar 1974-cü il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X6 adlarına olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 01 sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X6 adlarına olmaqla 9922/4488 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 01 sentyabr 2001 -ci il tarixdə İddiaçı adına 10864 inventar nömrəli texniki pasport verilmişdir. Məhkəmə qətnaməsində göstərilən orta otağın qalan 11 kv.metr olan hissəsi və 27 kv.metr eyvan texniki pasportda göstərilməmişdir. 22 avqust 2006-cı il tarixdə X6 adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq və qabaq eyvan bütünlüklə göstərilmişdir. 06 iyul 2007-ci il tarixdə X4 adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq və qabaq eyvan bütünlüklə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxıldığı iddia edilən texniki səhvin düzəlişinə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X10 etiraz etdiyindən, həmçinin fərdi yaşayış evinin İddiaçı aid hissəsi xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəsi ilə "Azərdəmiryolbank’’ ASC-də yüklü olduğundan ərizəçiyə xx.xx.2021-ci il tarixli **********88 Ne-li imtina məktubu verilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 01 sentyabr 2001 -ci il tarixli 10864 inventar nömrəli, 22 avqust 2006-cı il tarixli 11759 inventar nömrəli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportlara düzəliş edilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. X6 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun surəti,
3. İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun surəti,
4. X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun surəti,
5. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi;
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 336/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-540/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidənn baxılması üçün göndərilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-373/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə işə yenidən baxılaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-28/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir.
10. Üçüncü şəxs X10 tərəfindən təqdim edilmiş etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq aşağıda qeyd edilmiş texniki pasportlara düzəliş edilməsinə nail olmaqdır; Məhkəmə tərəfindən qaldırılmış iddia tələbi üzrə iddia olunan fərdi yaşayış evinin faktiki vəziyyətinin Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində göstərilən vəziyyətə uyğun olub-olmaması yoxlanılmışdır. Odur ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-324/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıda qeyd edilmiş suallar qoyulmuşdur:
1. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportla xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri üstüstə düşürmü (düşmürsə, hansı hissədə üst-üstə düşməməsi qeyd edilməklə)?
2. xx.xx.2006-cı il tarixli texniki pasportda, həmçinin xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğundurmu (uyğunluq yoxdursa qətnamənin tələbinə uyğun olmayan texniki göstəricilər nədən ibarətdir)?
3. xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin sənəd üzrə texniki göstəriciləri - sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportun sənəd üzrə texniki göstəriciləri ilə üst-üstə düşürmü? Ekspertə izah olunmuşdur ki, hazırkı iş üzrə tədqiqat obyekti Seriya MH0000842 nömrəli çıxarışa əsasən X10 və İddiaçı paylı mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evidir və qoyulmuş suallar sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportların göstəricilərinin birbirinə və işdə olan məhkəmə aktına uyğun olub-olmaması barədədir. Odur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi inzibati mübahisənin araşdırma predmeti olmadığından torpaq sahəsinə dair baza məlumatlarının və koordinatlarının əldə edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur) 10/519 nömrəli rəyindən görünür ki, tədqiqat obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Qərardadın 1-ci sualı üzrə: - xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportla xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri müqayisələndirilən zaman göstəricilər arasında qismən uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, xx.xx.2007-c il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində yarımzirzəmi hissənin “3” nömrəli otağının uzunluğu 6.30 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 6.50 metr, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində 1-ci mərtəbənin “6” nömrəli otağının uzunluğu 6.30 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 6.50 metr qeyd olunmuşdur. Həmçinin xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində 1-ci mərtəbənin “5” nömrəli otağının uzunluğu 4.0 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 3.60 metr qeyd olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: - xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli 10864 inventar nömrəli texniki pasport sənədlərində Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində qeyd olunan ölçülərdə 30kv.m zal, orta evdən eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15kv.m və balkondan eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15kv.m, digər divar tərəfdən 26kv.m, orta evin 11kv.m hissəsi və 27kv.m balkonun mövcud olmadığı müəyyən olunmuşdur. Belə olan halda xx.xx.2006cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmadığı müəyyən olunur. Qərardadın 3-cü sualı üzrə: - xx.xx.2006-cı il tarixli və xx.xx.2007- ci il tarixli 11759 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin sənəd üzrə texniki göstəriciləri ilə 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportun sənəd üzrə texniki göstəriciləri müqayisələndirilən zaman 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasport sənədinin iş üzrə iddiaçının istifadəsində olan hissələrinin (1,2,3,4 və 5 nömrəli otaqlar) göstəriciləri ilə xx.xx.2006-cı il tarixli texniki pasportun iddiaçının istifadəsində olan hissələrinin göstəricilərinin eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasport sənədində ştrixlənmiş hissələrin göstəriciləri (ölçüləri) qeyd olunmadığından həmin hissələrin xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədləri ilə müqayisələndirilməsi mümkün olmamışdır. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə həqiqətən də cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmaması müəyyən edilmişdir. Yəni, qaldırılmış iddia tələbi üzrə hüququn pozulması və hüquqi müdafiəyə ehtiyacınızın mövcud olması müəyyən edilir. Lakin, X6 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli 10864 nömrəli texniki pasportun və X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi tələbi mahiyyəti üzrə əsassızdır.Belə ki,ekspert rəyindən də göründüyü kimi fərdi yaşayış evinin faktiki vəziyyəti uyğun deyildir.Bu baxımdan da cavabdeh tərtib edilmiş texniki pasportu uyğunlaşdırmaq imkanı faktiki olaraq mümkün olmadığından tələbin icrasında imtina etməsi əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı
7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.