Məhkəmə qərarları › İş №2-1(116)-258/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-258/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-258/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Qardaşı X3 (təvəllüd xx.xx.1957-ci il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnaməsinin ona, yəni İddiaçı verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının qardaşı X5 xx.xx.1967-ci ildə Şəki rayonu Aşağı Şabalıd kəndində anadan olmuşdur. Doğum şəhadətnaməsi olmuş, sonradan itirmişdir. Lakin şəxsiyyət vəsiqəsi bu günədək olmamışdır. Şəxsiyyət vəsiqəsi almaq üçün şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etsə də, doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamış, təkrar doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Bununla bağlı Cavabdehnə rəsmi müraciət etmişdir, lakin qardaşının şəxsiyyət vəsiqəsinin olmamasına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış, Cavabdeh xx.xx.2019-cu il tarixli 05/Q-2202/15 nömrəli məktub ilə məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının iddia tələbinə etirazının olmadığını bildirərək qeyd etmişdir ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunu”nun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.14-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydaların 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X13 şəhər, rayon şöbələrinə verilə bilər. 16yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi qeydiyyat şöbələrinə təkrar şəhadətnamələrin verilməsi ilə bağlı şəxsən müraciət etmiş şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. X2 təvəllüdünə nəzər saldıqda isə onun yetkinlik yaşına çatması müəyyən edilmişdir. Lakin, İddiaçı qardaşının şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini və ya bunu əvəz edən digər sənədi), o cümlədən qardaşına aid şəhadətnamənin ona verilməsi üçün qardaşının adından ona verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnaməni Cavabdehnə təqdim etməmişdir. Buna görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.14 və 9.8-ci bəndlərində göstərilən müddəaları ətraflı izah edilmiş və bu müddəaların tələbləri əsas götürülərək İddiaçı qardaşının doğumu haqqında təkrar şəhadətnamənin verilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsində qaldırdığı iddia ilə bağlı göndərdiyimiz məktubda isə iddianın təmin olunmasına etiraz edilməməsini bildirməklə məhkəmə tərəfindən çıxarılacaq qərara hörmətlə yanaşılaraq qərarının Cavabdehnə aid hissədə vaxtında icra olunacağını bildirmək məqsədi güdülmüşdür. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini Sizdən xahiş edirik. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X3 (təvəllüd xx.xx.1957-ci il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnaməsinin verilməsinə etirazı yoxdur. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı qardaşının şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsini və ya bunu əvəz edən digər sənədi), o cümlədən qardaşına aid şəhadətnamənin ona verilməsi üçün qardaşının adından ona verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnaməni Cavabdehnə təqdim etməmişdir. Buna görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.14 və 9.8-ci bəndlərində göstərilən müddəaları ətraflı izah edilmiş və bu müddəaların tələbləri əsas götürülərək İddiaçı qardaşının doğumu haqqında təkrar şəhadətnamənin verilməsindən əsaslı olaraq imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx xxxxxx 2019-cu il tarixli 756740 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X2 dövlət sərhədindən hərəkəti və başqa ölkə ərazisindən Azərbaycan Respublikası istiqamətində deportasiya olunması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Vİ-ЖГ seriyalı 577376 nömrəli pasportun təsdiqlənmiş surətindən görünür ki, X1 Sosialist Respublikaları İttifaqının vətəndaşı olmuşdur. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 821929 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan gediş ünvanı vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1957-ci iltəvəllüdlü X5 Azərbaycan Respublikası Şəki şəhərindən Bakıya getmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı 475157 nömrəli “Boşanma haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 ilə X7 arasında nikah ləğv olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinənə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslərdə müraciət edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx xxxxxx 2019-cu il tarixli 756740 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. X4 (təvəllüd xx.xx.1957-ci il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnaməsinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar