Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-258/2025 05.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 üzərinə mərhum həyat yoldaşı X2 “ölüm haqqında tibbi şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 üzərinə mərhum həyat yoldaşı X2 “Ölüm haqqında tibbi şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin dəyişdirilməsi barədə ərizəni nəzərə almadan “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçının mərhum arvadı X4 xx.xx.1997-ci ildə Göyçay rayonu Çərəkə kəndində doğulmuş,həmin ünvanda yaşamışdır. İddiaçının arvadının Göyçay rayonu Çərəkə kəndində yerləşən yaşadıqları evdə səhhəti pisləmiş,xx.xx.2023-cü il tarixində saat 00:20 radələrində evdə vəfat etmişdir. X1 rayonu Çərəkə kəndində dəfn olunmuşdur. İddiaçı mərhum arvadı barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 ərizə ilə müraciət edilmişdir.Cavabdeh 18-1- 40/2-K-299-31-178/2023 saylı, 21 dekabr 2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, mərhum Kərimova (Babayeva) Fidan Müzəffər qızı vəfat etdikdən sonra xx.xx.2023-cü il tarixde saat 00:20-də təcili yardım maşını ilə xəstəxanaya gətirilmiş va döldə həyat əlamətlərinin olub-olmamasının müəyyən etmək üçün USM müayinəsi edilmişdir. Burada ona "36-37 həftəlik hamiləlik, sağrı gəlişi, ölü döl, ciftin normal yerləşməsi, dölyani maye temiz ve normal miqdarda" diaqnozu qoyulmuşdur. Bundan sonra meyit Məhkəmə Tibbi Ekspertiza ve Pataloji Anatomiya birliyi Göyçay rayon şöbəsinə köçürüldüyü üçün F.Kərimovanın xx.xx.2023-ci il tarixdə vəfat etməsi barədə Forma 106-Ölüm şəhadətnaməsinin verilməsi haqqında RMX-nın xəstə xidmətləri şöbəsində heç bir məlumat olmadığından həmin şəhadətnamənin verilməsi mümkün deyil. Həmçinin, iddiaçı Göyçay Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadnamənin verilməsini xahiş etsə də, 05/11-555 saylı, 05 sentyabr 2023-cü il tarixli məktubla Göyçay Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ölümü haqqında akt qeydinin aşkar edilmədiyini bildirərək şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdeh iddiaya imtina ilə eyni məzmunlu etirazın təqdim etmişdir.Cavabdeh etirazında mərhum Kərimova (Babayeva) Fidan Müzəffər qızının barədə Forma 106-Ölüm şəhadətnaməsinin verilməsi haqqında RMX-nin xəstə xidmətləri şöbəsində heç bir məlumat olmadığından həmin şəhadətnamənin verilməsi mümkün olmadığı bildirilmiş,iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 18-1-40/2-K-299-31-178/2023 saylı, 21 dekabr 2023-cü il tarixli məktubla imtina məktubu;
2. Göyçay Rayon qeydiyyat şöbəsinin 05 sentyabr 2023-cü il tarixli məktubu;
3. Göyçay rayon prokurorluğunun cinayət işinin başlanması haqqında 01 fevral 2023-cü il tarixli Qərarı;
4. Göyçay RİHB-nin Çərəkə KİƏD üzrə nümayənədəliyinin 06 sentyabr 2023-cü il tarixli arayışı;
5. Göyçay RPŞ-nin 24 aprel 2024-cü il tarixli məktubu;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur .Məhkəmə aşağıdakı normalara əsasən hesab edir ki, iddia əsasızdır “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun : İnsanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimat: Bənd 3. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X5 Stansiyasının Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Bənd 4. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir İşin hallarına əsasən müəyyən edilir ki,cavabdehin tələbin təmin edilməsində imtina etməkdə dəlili mərhumun ölüm səbəbinin müəyyən edilə bilməməsi ilə bağlıdır. Ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırkı mübahisə üzrə “xəbərdarlıq vərəqəsi”nə əsasən iddiacının anasının ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olsa da, ölümün səbəbi müəyyən edilmir. Başqa sözlə, iddiaçının anasının ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə bu barədə heç bir sənəd təqdim edilməmişdir.Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə iddiaçıya hüquqi yardım qaydasında izah edir ki, iddiaçı mərhum arvadı X2 ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X8 üzərinə iddiaçının mərhum həyat yoldaşı X2 “ölüm haqqında tibbi şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.