Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-26/2021 05.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 37 saylı 2 mərtəbəli, çoxmənzilli yaşayış binasının qarşısında 20 ildən artıq istifadəsində olan 0.03 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxx 2006-cı il tarixli JN-7200A saylı (kod ********) “Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 37 saylı 2 mərtəbəli, çoxmənzilli yaşayış binasının qarşısında 20 ildən artıq istifadəsində olan 0.03 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıq müddətdə istifadə etdiyi, yaşadığı ünvanda 2 mərtəbəli, çoxmənzilli yaşayış binasının qarşısında olan 0.03 ha torpaq sahəsini torlarla hasarlayaraq yardımçı sahə kimi maneəsiz və heç bir etirz olmadan istifadə etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, istifadəsində olan 0.03 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün ona ayrılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü bildirmiş, bu səbəblə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis və ekspert rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 37 saylı 2 mərtəbəli, çoxmənzilli yaşayış binasının qarşısında 20 ildən artıq istifadəsində olan 0.03 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyi və ekspertiza rəyinin verilməsinə çəkilən xərclər iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat 60 qəpik iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 (yüz) manat iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi AZ34CTRE**********0002088501 VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-26/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-26/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver