Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-26/2023 31.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Qax rayonu Qıpçaq Bələdiyyəsinə qarşı “X5 8,02 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarının özünə məxsus 0,2989 ha və 1,3026 ha torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Qax rayonu Qıpçaq Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu, Oncallı kəndində yerləşən özünə məxsus torpaq sahəsinin Qax rayonu Qıpçaq Bələdiyyəsi tərəfindən X5 ayrılmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-284/2022 nömrəli qərardadı ilə X8, X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qax rayonu Qıpçaq bələdiyyəsinin X5 8,02 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarının özünə məxsus 0,2989 ha və 1,3026 ha torpaq sahələri ilə üstüstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayonu Oncallı kəndində yerləşən çoxillik əkmə təyinatlı 0.2989 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Buna dair xx.xx.2013-cü il tarixdə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin iddiaçıya məxsus olan hissəsi cavabdeh Qax rayonu Qıpçaq bələdiyyəsinin qərarı ilə X5 ayrılmışdır. Bu səbəbdən torpaq sahəsinin X5 ayrılmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax rayon Qıpçaq bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolundan görünür ki, Qıpçaq bələdiyyəsinin mülkiyyətinə aid 8,02 ha çoxillik əkmə və 2,40 ha əkin torpaq sahəsinin kənd təsərrüfatı təyinatı üzrə uzun müddətli icarəyə verilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibi X8 ilə bələdiyyə arasında müsabiqənin nəticəsi olaraq qəbul edilmiş illik icarə haqqı çoxillik əkmənin bir ha (fındıq bağı) 150 manat olmaqla və əkin sahəsinin hər hektarı 70 manat olmaqla 49 illik icarə müqaviləsi bağlanması qərara alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 8,02 ha torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixli 3M-58 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixədək X3 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixli 3M-57 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixədək X3 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi Qax rayonu Qıpçaq bələdiyyəsinin tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 8,02 ha torpaq sahəsi üzərində Qax rayonu Qıpçaq bələdiyyəsinin tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Oncallı kəndində yerləşən 0,2989 ha torpaq sahəsi üzərində İddiaçı, X6 və X2 ümumbirgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - JN-0036 kod 40313048 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 04 nömrəli qərarı ilə X4 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,03 ha torpaq sahəsi ayrılmışdır. - Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 nömrəli qərarından çıxarışdan görünür ki, Qıpçaq bələdiyyəsinin icarə məqsədilə 6,04 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı məqsədli üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması qərara alınmışdır. - Qıpçaq bələdiyyəsi kəndi ərazisindən bələdiyyə mülkiyyətində olan bağaltı (fındıq) və əkin torpaqlarının hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulan sxematik plandan görünür ki, bağaltı (fındıq) torpaq sahəsi- 8,02 ha, əkin torpaq sahəsi isə 6,04 ha-dır qeyd edilmiş, tərtib edilmiş sxematik plan DTXK-si Qax rayon şöbəsi və Qıpçaq bələdiyyəsi tərəfindən təsdiqlənmişdir. - Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 nömrəli qərarından çıxarışdan görünür ki, Qıpçaq bələdiyyəsinin icarə məqsədilə 8,02 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı məqsədli üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Oncallı kəndində yerləşən 1,3026 ha torpaq sahəsi üzərində İddiaçı, X6 və X2 ümumbirgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,2989 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür. TEKUİS məlumatlarında X1 adına göstərilmiş torpaq sahəsi ilə AA000526 nömrəli plan-ölçü sənədi və JN-0036 (kod ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır. AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN- 0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. TEKUİS məlumatlarında X1 adına göstərilmiş torpaq sahəsi ilə AA000525 nömrəli plan-ölçü sənədi və JN-0036(kod ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır. AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.2989 ha torpaq sahəsi JN- 0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. xx.xx.2017-ci il tarixli **********04-04301 reyestr nömrəli (183072) çıxarışda göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********04-04201 reyestr nömrəli Qax rayonu Qıpçaq bələdiyyəsinin adına tərtib edilmiş 143358 nömrəli plan ölçü sənədində göstərilən 8.02 ha torpaq sahəsinin sənəd üzrə eynilik təşkil edir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş yerquruluşu planında qara cizgidə göstərilmiş iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yaşıl cizgidə qeyd edilmiş **********04 reyestr nömrəli çıxarışla üst-üstə düşən hissəsi 627 kv.m-dir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onların subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişlər. Cavabdeh orqan tərəfindən iddiaçının, mübahisələndirilən qərar barədə hansı tarixdən məlumatlı olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Oncallı kəndində yerləşən 0,2989 ha torpaq sahəsi və RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Oncallı kəndində yerləşən 1,3026 ha torpaq sahəsi iddiaçının ümumibirgə mülkiyyətindədir. İddiaçı hesab edir ki, X5 icarəyə verilmiş 8,02 ha torpaq sahəsinin, özünə məxsus 0,2989 ha və 1,3026 ha torpaq sahələri ilə üst-üstə düşür. Buna görə Nigar Nəzərliyə 8,02 ha torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş cavabdehin xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarını mübahisələndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi 1310 kv.m torpaq sahəsi üçüncü şəxsin icarəsində verilmiş **********04 reyestr nömrəli çıxarışda qeyd edilən torpaq sahəsi ilə 627 kv.m hissədə üst-üstə düşür. AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.2989 ha torpaq sahəsi JN- 0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN- 0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. Həmçinin məhkəmə araşdırması zamanı əldə edilən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,2989 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür, AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. Yəni, iddiaçının ümumibirgə mülkiyyət hüququnun qeydə alındığı torpaq sahələrinə dair sonuncu tərtib edilmiş plan-ölçü sənədləri ilkin sənədlərdə qeyd edilmiş torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilir ki, 0,2989 ha torpaq sahəsinə münasibətdə iddiaçının faktiki istifadə etdiyi, plan-ölçü sənədində göstərilən və TEKUİS məlumat bazasında torpaq sahəsinin yerləşmə vəziyyəti tamamilə fərqlidir və hətta faktiki istifadə vəziyyətində belə sözügedən torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahələri sənəd üzrə onun mülkiyyətində olmadığından və üst-üstə düşmə yalnız faktiki istifadə vəziyyətində mövcud olduğundan cavabdehin xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarının ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Qax rayonu Qıpçaq Bələdiyyəsinə qarşı “X5 8,02 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarının özünə məxsus 0,2989 ha və 1,3026 ha torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-26/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-26/2023
31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver