Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2609/2024 14.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2609/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublkasının İqdisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçının xüsusi mülkiyyətində Oğuz rayon Padar kəndi ərazisində 18,8 kvadrat metr torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) vardır. Binanın yerləşdiyi 0,00246 ha yorpaq sahəsi dövlət torpağı olmaqla istifadə hüququ ilə adına qeydiyyata alınmışdır. O, həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Torpaq sahəsi 0,00246 ha. hissədə iddiaçının və ondan əvvəlki mülkiyyətçinin adına istifadə hüququ ilə qeydiyyata alınmış olsa da, həmin qeyri yaşayış binası həm faktiki olaraq, həm də hüquqi əsasla 0,06 hektar torpaq sahəsində yerləşir. Qeyd edilən 0,06 hektar torpaq sahəsi Oğuz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 1999-cu il tarixli 77 nömrəli sərəncamı əsasında “Arzu"' firmasının sahibi X6 yanacaq doldurma məntəqəsi tikintisi məqsədilə satılmışdır. Bu zaman torpaq sahəsinin həmin dövrdə müəyyən edilmiş dəyəri olan ******* (bir milyon bir yüz iyirmi min doqquz yüz səksən altı) manat pul məbləği X9 tərəfindən müvafiq hesaba ödənilmişdir. 16 iyul 1999-cu il tarixdə X5 Oğuz rayon Padar kənd icra nümayəndəsi X7 və Oğuz rayon torpaq şöbəsinin müdiri X10 iştirakı ilə dövlət alqı-satqısına dair akt bağlanılmış, 0,06 hektar torpaq sahəsi yerində ölçülərək, bu barədə də akt tərtib edilərək X6 təhvil verilmişdir. X4 almış olduğu 0,06 hektar torpaq sahəsində qeyri yaşayış binası inşa etmiş, həmin binaya dair onun adına 10 noyabr 2004-cü il tarixli, 01-130 №-li Qeydiyyat vəsiqəsi və Yanacaq doldurma məntəqəsinin texniki pasportu hazırlanmışdır. Qeydiyyat vəsiqəsindən görünür ki. həmin əmlak xx.xx.2004-cü il tarixdə 01 nömrəli reyestr kitabında 130 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (inventar № 267). Qeyd edilən texniki pasportun 2-ci səhifəsində əmlakın yerləşdiyi torpaq sahəsinin miqdarı həm sənəd üzrə, həm də faktiki olaraq 600 (altı yüz) kvadrat metr kimi göstərilmişdir. X5 ölümündən sonra qeyd edilən əmlak vərəsəlik qaydasında tam pay hüququ ilə onun arvadı X3 adına rəsmiləşdirilmiş, onun adına 01,02.2019-cu il tarixli, ******* nömrəli DƏDR-dən çıxarış və xx.xx.2019-cu il tarixli qeyri yaşayış binasının texniki pasportu hazırlanmışdır. Çıxarış sənədində torpaq sahəsinin mülkiyyət növü “dövlət kimi, kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları" kimi, miqdarı isə əsassız olaraq 0,00246 hektar kimi, texniki pasportda isə torpaq sahəsinin miqdarı 600 kvadrat metr kimi göstərilmişdir. İddiaçı həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X1 aldıqdan sonra adına hazırlanmış xx.xx.2022-cı ıl tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi, kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları" kimi, miqdarı isə 0,00246 hektar kimi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi hələ 1999-cu ildə pulu ödənilərək satın alınmış 0,06 hektar torpaq sahəsinin miqdarının 0.00246 hektar kimi, mülkiyyət növünün isə dövlət torpağı kimi qeydiyyata alınmasından narazıdır. Bu hal həmin torpaq sahəsi barədə əvvəlki mülkiyyətçilərdən devr aldığı hüquqlarının pozulmasıdır. O, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********14-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər müvafiq sənədləri cavabdehə təqdim edərək Oğuz rayon Padar kəndində yerləşən, xüsusi mülkiyyətində olan qeyri yaşayış binasının yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınaraq müvafiq DƏDR- dən çıxarış və texniki pasport hazırlanıb verilməsini xahiş etmişdir. Həmin təşkilatdan verilən 05 aprel 2024-cü il il tarixli, 3-21-3-42/2-Y-00xx-xx/2024 saylı cavab məktubu ilə ərizəsinə baxıldığı, təqdim olunmuş sənədlərin araşdırılması zamanı, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna, dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulduğu, qeyd edilən torpaq sahəsini hərrac yolu ilə satın ala biləcəyi bildirilmiş, qeyri yaşayış binası və yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilən 0.06 hektar torpaq sahəsi artıq bir dəfə satın alındığından həm əvvəlki hüquq sahiblərinin, həm də onun həmin torpaq sahəsinə münasibətdə qeydiyyata alınmalı hüquqların əsassız olaraq qeydiyyata alınmasından imtina edildiyindən həmin imtinanı əsassız hesab edir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim etdilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi idarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddia olunan Oğuz rayonu, Padar kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı Oğuz rayonu, Padar kəndində yerləşən qeyri-yaşayış binasının və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair müvafiq icarə müqaviləsi təqdim etməmişdir. İddia olunan Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlar, tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotek qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı, sənəd təqim etməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə görə dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakın, idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası, Qanununun 16-cı maddəsi ilə Dövlət əmlakının özəlləşdirilməsi üsullar, müəyyən edilmişdir. Qanununun 16.1.4-cü maddəsinə əsasən sözü gedən üsullardan biri də əmlakının hərraclar vasitəsilə satışıdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası, tərəflərindən mümkün olmamışdır. Cavabdeh orqan "Daşınmaz əmlakın dövlət reyestr, haqqında" Qanunun 11, 12.1 və 23-cü, Torpaq Məcəlləsinin 55, 66, 67, 111-ci, “Torpaq islahatı haqqında" Qanunun 10cu maddəsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu, Oğuz rayon İHB-nın xx.xx.1999-cu il tarixdə 77 №-li sərəncam, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Torpaq Məcəlləsi Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ...
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır (tikili ilə birlikdə vahid daşınmaz əmlak olaraq). Belə ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00246 ha olmaqla dövlət mülkiyyətində olması qeyd edilmişdir Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili də, qeyri-yaşayış binasının yerləşdiyi 0,06 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlıdır. İddiaçı bildirir ki, tikilinin yerləşdiyi torpaq sahəsi 0,00246 ha qeyd edilsə də, faktiki olaraq torpaq sahəsinin ölçüsü 0,06 hektardır və qeyd edilən torpaq sahəsi Oğuz rayon İHB-nın xx.xx.1999-cu il tarixdə 77 №-li sərəncam əsasında “Arzu” firmasının sahibi X6 yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədilə satılmışdır. Şamil Salehovun ölümündən sonra həmin əmlak onun arvadı X3 adına sənədləşdirilmiş və bu zaman torpaq sahəsinin ölçüsü əsassız olaraq 0,00246 ha göstərilmişdir. İddiaçı, Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binasını xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 almışdır. Şahsənəm Salehovaya aid xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da, tikilinin yerləşdiyi 0,00246 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçının Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilə əsasında isə iddiaçıya yalnız ümumi sahəsi 18,8 kv.m olan qeyri-yaşayış binası satılmışdır. Hazırda iddiaçı, ona satılmayan torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin ilkin sahibə satılması sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Belə ki, iddiaçı, yalnız alqı-satqı müqaviləsindən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasını tələb edə bilər ki, müqavilədə göstərilən daşınmaz əmlak obyektinə münasibətdə də, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin satıldığı ilkin subyekt isə həmin torpaq sahəsini özəlləşdirməmiş və məhz tikili iddiaçıya satılmışdır. Beləliklə iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak yalnız qeyriyaşayış binasını əhatə edir. Müqavilədə torpaq sahəsinin satışı ilə bağlı hər hansı müddəa yer almadığından, bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi mümkün deyil. Həmçinin tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan sözügedən torpaq sahəsi üçün mülkiyyət hüququnun digər subyektə keçməsi yalnız qanunla müəyyən edilmiş özəlləşdirmə prosedurlarına uyğun aparıla bilər. Torpaq Məcəlləsinin 88-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçı, tikiliyə mülkiyyət hüququnu alqı-satqı müqaviləsi əsasında əldə edib. Lakin tikili üzərində əvvəlki sahibə məxsus olan torpaq sahəsinin hüquqi statusuna baxıldıqda, onun dövlət mülkiyyətində olduğu müəyyən edilir. Əvvəlki sahibin yalnız tikilidən istifadə hüququ mövcud olub (torpaq sahəsinin özəlləşdirmə prosesi aparılmayıb). Torpaq sahəsi üzərində əvvəlki mülkiyyətçiyə aid olan hər hansı mülkiyyət hüququ olmadığına görə, həmin hüquq iddiaçıya keçə bilməz. Hazırkı işdə torpaq sahəsinin mülkiyyətçisi dövlətdir və dövlət orqanları ilə iddiaçı arasında torpaq sahəsinin satışı və ya istifadəyə verilməsinə dair razılaşma yoxdur. Tikilinin torpaq sahəsində yerləşməsi özü-özlüyündə torpaq üzərində mülkiyyət hüququ yaratmır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Qəbələ İnzibati Məhkəməsi (Qəbələ şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Qəbələ Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.